Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  83 84 85 86 87 88 89 90 91  #
    Dünya Azərbaycanlılarının III Qurultayının proqramı açıqlanıb
    Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ən çox nümayəndə və qonaq Rusiya (155), Türkiyə (101), Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland (21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (11), Kanadadan (10) olacaq. Dünya Azərbaycanlılarının III Qurultayında ümumilikdə 13 ölkə parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
    01.07.11 Məqaləni oxumaq
     
    ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları çap edilib
    Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Bu barədə “KƏLAMİNFO”ya Qarabağ Fondundan məlumat verilib. Satış üçün nəzərdə tutulan bu poçt markaları Qarabağ: "Keçmişə və Gələcəyə Baxış" layihəsinin bir hissəsidir. Markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə hədiyyə olaraq təqdim edəcək. Markaları əldə etmək üçün hər kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan sifariş verə bilər. Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq.
    30.06.11 Məqaləni oxumaq
     
    “İşğal altında olan rayonlarımızda bütün televiziya kanalları problemsiz yayımlanır”
    “İşğal altında olan rayonlarımızın hamısında Azərbaycanın bütün yerli televiziya kanalları problemsiz yayımlanır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov bildirib. O qeyd edib ki, Ağsu aşırımında 843 metr yüksəklikdə 93 metrlik teleqüllənin tikilməsindən sonra Azərbaycan kanallarının yüksək keyfiyyətlə yayımı tam təmin edilib. “Hazırda Füzuli rayonunun “Əhmədbəyli” stansiyasından Qarabağın cənub bölgələrində keyfiyyətli yayım təmin olunur. Bu yaxınlarda Tərtərdə tikilən yeni teleqüllənin istifadəyə verilməsi ilə bölgənin şimalında da yayım keyfiyyəti bir qədər artacaq. Ancaq Ağsu qülləsindən güclü yayım nəinki Qarabağa, hətta Ermənistan ərazisinə də çatır ” -deyə M.Əmirov vurğulayıb.
    29.06.11 Məqaləni oxumaq
     
    Ombudsman Aparatında Milli preventiv qrup yaradılacaq
    Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında Milli preventiv qrup yaradılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) haqqında” qanuna edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərdə qeyd olunur ki, bu qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin oluna bilər. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.
    28.06.11 Məqaləni oxumaq
     
    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub
    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. “KƏLAMİNFO” xəbər verir ki, nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Zöhrab Qəndilov xidməti fəaliyyətini davam etdirə bilməyəcəyini əsas gətirərək, öz raportu əsasında xəstəliyi ilə əlaqədar bir müddət öncə təqaüdə göndərilib. Qeyd edək ki, Z.Qəndilovun yerinə hələki təyinat olmayıb.
    25.06.11 Məqaləni oxumaq
     
    Bir sıra Avropa ölkələri QHT maliyyələşdirilməsinin Azərbaycan modelindən yararlanmaq niyyətindədir
    Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İttifaqı və ECNL təşkilatının “QHT–hökumət əməkdaşlığının effektiv modeli” mövzusunda keçirdiyi regional konfransda iştirak edir. Tədbir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Şuradan veriblər. Konfransda “Azərbaycanda QHT-hökumət əməkdaşlığı” mövzusunda təqdimatla çıxış edən A.Quliyev Azərbaycanda QHT sektorunun inkişaf dinamikası, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri, QHT qanunvericiliyi, QHT-lərin dövlət proqramlarında iştirakı, QHT-lərin maliyyələşdirilməsi mexanizmləri və qaydaları, layihələrin qiymətləndirmə prosedurları haqqında geniş məlumat verib.
    24.06.11 Məqaləni oxumaq
     
    Həkimlərin və müəllimlərin əmək haqları iki dəfəyədək qaldırılacaq
    Azərbaycanda həkimlərin və müəllimlərin dövlət qulluğu ilə bağlı statusu müəyyən edildikdən sonra onların əmək haqları iki dəfəyədək qaldırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, Azərbaycan prezidentinin tapşırığına əsasən, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi istiqamətində hökumət artıq müvafiq sənədlər üzərində işləyir və bu qaydalar avqustun sonuna hazır olacaq. “Həkim və müəllimlərin statusu təxminən vergi və hüquq-mühafizə orqanlarında çalışanların statusuna bərabər olacaq” - deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, sonra həkimlərin işəgötürmə prosesində də dəyişikliklər olacaq.
    24.06.11 Məqaləni oxumaq
     
    “Əhalinin sağlamlığı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb
    Milli Məclisin bu gün keçirilən son növbədənkənar iclasında “Əhalinin sağlamlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklərə görə, məişət zorakılığından zərər çəkmişlərin dövlət səhiyyə sistemi müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunmaları nəzərdə tutulub. Eyni zamanda qeyd olunur ki, övladlarına qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər. Həmçinin parlamentin növbədənkənar iclasında Azərbaycan və Mərakeş arasında imzalanan bir sıra dövlətlərlərarası müqavilələr təsdiq olunub.
    24.06.11 Məqaləni oxumaq
     
    Bakıda əmək miqrantları ilə bağlı beynəlxalq seminar keçiriləcək
    İyunun 28-29-da Bakıda “Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda beynəlxalq texniki seminar keçiriləcək. “KƏLAMİNFO” Dövlət Sosial Müdafiə Fonduna istinadən bildirir ki, Fondun, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının (BPSFA) birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və s. ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxsləri iştirak edəcəklər. Bundan başqa, seminara Qeyri-Dövlət Pensiya Fondları Milli Assosiasiyası, Beynəlxalq Əmək Təşkilatı və bir sıra nüfuzlu qurumların nümayəndələri qatılacaqlar.
    24.06.11 Məqaləni oxumaq
     
    Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklər qəbul olunub
    Bu gün Milli Məclisin bu mövsümdə son növbədənkənar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa əlavələr və dəyişikliklər təkrar səsvermədə qəbul olunub. Dəyişikliklərdə informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi əks olunub. Qanunun birinci oxunuşu yanvarın 28-də olmuşdu. Konstitusiya qanunu 6 aydan sonra təkrar səsverməyə çıxarılır. Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında əlavə 20 məsələnin müzakirəsi gözlənilir.
    24.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  83 84 85 86 87 88 89 90 91  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30