Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Səlim Müslümov: “Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bir sıradadır”
    “Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov yap.org.az saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, Bakı şəhərində Assosiasiyanın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması və bu tədbirə BSTA-nın Baş katibi Hans-Horst Konkolevski və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri cənab Zbiqnev Derdzyukun da şəxsən qatılmaları ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir:
    05.07.11 Məqaləni oxumaq
     
    İnternet medianın inkişafı ilə bağlı yeni sənəd hazırlanır
    Azərbaycanda internet media və jurnalistikanın inkişafı ilə bağlı Mətbuat Şurası yeni bir sənəd hazırlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda keçirilən tədbirdə MŞ sədri Əflatun Amaşov söyləyib. Bununla bağlı mütəxəssislər, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyevlə məsləhətləşmələr aparıldığını xatırladan Ə.Amaşov qeyd edib ki, cari ilin sonuna kimi bu sənəd hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək. Onun sözlərinə görə, sənəddə ənənəvi jurnalistika ilə yanaşı, internet medianın da inkişafı, bu sahədəki mövcud problemlər və onun həlli yolları öz əksini tapacaq. O, internet medianın dövlət tərəfindən də dəstəklənməsinin zəruri olduğunu vurğulayıb.
    05.07.11 Məqaləni oxumaq
     
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Kazan görüşü ilə bağlı bəyanat yaydı
    Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya partiyadan veriblər. İclasda ölkədəki ictimai-siyasi məsələlər müzakirə olunub. Əsas müzakirə obyekti Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri olub. Mövcud vəziyyətlə bağlı BAXCP İdarə Heyətinin üzvləri münaqişənin tənzimlənməsi ilə bağlı partiyanın mövqeyini bir daha bəyan ediblər.
    04.07.11 Məqaləni oxumaq
     
    Azərbaycanda əhalinin 36 faizi internetdən istifadə edir
    2011-ci ilin əvvəlinə Azərbaycan əhalisində 419,8 min ədəd kompyuter olub. “KƏLAMİNFO” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, son bir ildə əhalidə olan kompyuterlərin sayı onların sayı 72,5 min ədəd artıb. Kompyuterə malik ev təsərrüfatlarının xüsusi çəkisi son bir ildə 18,2 faizdən 21,7 faizə yüksəlib, hər 100 nəfərə düşən kompyuterlərin sayı 3,9 ədəddən 4,6 ədədə çatıb. Əhalinin 38,0 faizi kompüterdən istifadə edir və istifadəçilərin 39,7 faizi bu avadanlıqdan öz mənzilində, 22,4 faizi iş yerində, 22,3 faizi təhsil müəssisələrində istifadə ediblər. Ölkə ailələrinin internetə çıxış imkanları genişlənib, hər beş nəfərdən üçü kişi, ikisi isə qadın olmaqla əhalinin 36,0 faizi internet istifadəçisidir. Əvvəlki illə müqayisədə internet istifadəçilərinin sayı 32,2 faiz artıb.
    04.07.11 Məqaləni oxumaq
     
    Azərbaycanda onkoloji xəstələr üçün yeni pulsuz dərmanların siyahısı açıqlanıb
    Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi anbarında olan həyati vacib şiş əleyhinə və başqa dərman preparatlarının yeni siyahısını açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Milli Onkologiya Mərkəzindən veriblər. Dərmanlar onkoloji xəstələrə pulsuz verilir. 228 adda olan dərmanların tam siyashısı www.onkologiya.az internet səhifəsində yerləşdirilib.
    04.07.11 Məqaləni oxumaq
     
    RİTN rəsmisi: “Azərbaycanda son 6 il ərzində özəl poçt sektoru 5 dəfə inkişaf edib”
    “Regionlarda dövlət poçt operatoru ilə yanaşı, özəl poçt operatorları da fəaliyyət göstərir”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov verib. Onun sözlərinə görə, nazirlik tərəfindən 33 özəl şirkətə poçt xidməti göstərmək üçün lisenziya verilib. “Hal-hazırda bu poçt şirkətlərindən “Röyal Express”, “Ase Skype” və DHL regionlarda da fəaliyyət göstərir”,-deyə N.Məmmədov vurğulayıb. Azərbaycanda poçt bazarının liberal olduğunu bildirən N.Məmmədov 6 il ərzində özəl poçt sektorunun 5 dəfə inkişaf etdiyini qeyd edib.
    04.07.11 Məqaləni oxumaq
     
    Ötən ay 1.191 əcnəbi inzibati qanunvericiliyin tələblərini pozub
    Cari ilin iyun ayı ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə bir sıra məsələlərlə bağlı 2.295 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DMX-dən veriblər. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Həmçinin DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiya, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
    04.07.11 Məqaləni oxumaq
     
    Azərbaycandakı bütün elmi-tədqiqat müəssisələri bir mərkəzdən idarə oluna bilər
    Azərbaycandakı bütün elmi-tədqiqat müəssisələri, ali təhsil müəssisələrindəki elmi kafedra və laboratoriyalar vahid prinsip əsasında bir mərkəzdən idarə oluna bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu yenilik “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın “Elm sahəsində idərəetmə sisteminin təkmilləşdirilməsi və elmi qurumların strukturunun müəyyənləşdirilməsi” bölməsində əks edilib. Strategiyada göstərilir ki, Azərbaycan Respublikasındakı bütün elmi strukturların, AMEA-nın elmi-tədqiqat müəssisələrinin, nazirliklərin, dövlət komitələrinin, səhmdar cəmiyyətlərin və şirkətlərin nəzdindəki elmi-tədqiqat müəssisələrinin, ali təhsil müəssisələrindəki elmi kafedra və laboratoriyaların vahid prinsip əsasında idarə olunması üçün AMEA-nın və Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının hüquqi səlahiyyətləri müasir tələblərə uyğun olaraq yeniləşdirilməli və genişləndirilməlidir. Respublikada aparılan bütün elmi-tədqiqat işlərinin müntəzəm ekspertizası keçirilməli, nəticələri və səmərəliliyi qiymətləndirilməlidir.
    02.07.11 Məqaləni oxumaq
     
    İnformasiya Texnologiyaları İnstitutuna 110 833 müraciət daxil olub
    AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az rəsmi saytına cari ilin I yarımili ərzində olan müraciətlərin sayı 110 833 təşkil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Sayta dünya ölkələrindən olan müraciətlərin aktivliyinə görə ilk beşliyə Rusiya (2 014), İran (1 000), Ukrayna (745), ABŞ (605) və Türkiyə (569) başçılıq edir. AMEA İTİ-nin www.ict.az saytı ölkədə və dünyada elmi-texniki tərəqqinin son nailiyyətləri, İKT sahəsinin inkişafına xidmət edən müxtəlif səpkili layihə və tədbirlər, qəbul edilən dövlət proqramları, digər rəsmi sənədlər və s. haqda məlumatları operativ şəkildə təqdim edən dəyərli informasiya mənbəyidir.
    01.07.11 Məqaləni oxumaq
     
    Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika İttifaqının daimi üzv seçilib
    Avstraliyanın Melburn şəhərində Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 25-ci Baş Assambleyasının “Yer təhlükə ilə üz-üzə: Dayanıqlı planet naminə elm” mövzusunda toplantısı keçirilir. Geologiya İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, iyunun 28-də başlamış tədbirdə 28 ölkə, o cümlədən ABŞ, Braziliya, İtaliya, Fransa Danimarka, Rusiya, Türkiyə, Azərbaycan, Çin, Yaponiya və digər dövlətlərin nümayəndələri iştirak edir. Ölkəmizi toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) baş katibi, Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev təmsil edir.
    01.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30