Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 81 82 83 84 85 86 87 88 89 » #
    BTRIB paytaxtda telefon çəkilişi prosesini elektronlaşdırmağı planlaşdırır
    Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRIB) paytaxtda telefon çəkilişi prosesini elektronlaşdırmağı planlaşdırır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BTRİB-dən veriblər. Burada söhbət telefon çəkilişi ilə bağlı ərizənin verilməsindən və vətəndaşın mənzilinə telefonun işləməsinə qədər olan prosesin elektronlaşmasından gedir. Belə ki, telefon çəkdirmək istəyən vətəndaş BTRİB-in portalına daxil olmaqla yaşadığı ünvan üzrə aidiyyəti qovşağı seçir və ona təqdim olunan elektron ərizəni doldurur və plastik kartla elekton ödəniş aparır. Bundan sonra montyor gələrək mənzilə telefon çəkir. Qeyd edək ki, bütün bu proseslərin icrası rəhbərliyin tam nəzarətində olacaq ki, bu da iş prosesinə nəzarətin daha da gücləndirilməsi deməkdir.
    11.07.11 Məqaləni oxumaq
     
    Gənclər və gənc alimlər barəsində məlumat bankı yaradılacaq
    Azərbaycanda istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması nəzərdə tutulub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında əks olunub. Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində potensialı haqqında dolğun məlumat¬ın formalaşdırıl¬ması, dövlət dəstəyinin ünvanlılığı və səmərəliliyinin təmin edilməsi məqsədi daşıyan layihənin formalaşması 2011-2012-ci illəri əhatə edəcək. Məlumat bankının yaradılmasını Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirəcəklər. Tədbirlər Planında, həmçinin bu illər ərzində gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili də nəzərdə tutulub. Məqsəd onların elmi fəaliyyətinin stimullaşdırılmasından ibarətdir. Bu işin icraçısı isə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu olacaq. Qeyd edək ki, iyulun 7-si 2011-ci ildə prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilib.
    08.07.11 Məqaləni oxumaq
     
    BDU- İstanbul Universiteti əməkdaşlığı müzakirə edilib
    Bu gün Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şəlalə Məmmədova İstanbul Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor, Aydemir Okayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə bu ali təhsil ocağının Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, kafedra mudiri Cahangir Məmmədli, professor Qulu Məhərrəmli və digər qonaqlar iştirak edib. BDU-nun və İstanbul Universitetinin jurnalistika fakültələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, universitetlər arasında iki il öncə imzalanan Memorandumdan irəli gələn vəzifələr müzakirə predmeti olub. Tərəflər birgə seminarlar, mühazirələr, təcrübə mübadiləsi və s. keçirilməsi barədə razılığa gəliblər.
    08.07.11 Məqaləni oxumaq
     
    Ədliyyə Nazirliyi elektron xidmət köşkləri yaradıb
    Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasın əsas müzakirə mövzusu ölkə prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn tapşırıqların icrası ilə bağlı olub. Kollegiyada müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair həyata keçirilmiş işlər müzakirə edilib və əlavə tapşırıqlar verilib. Bununla bağlı ədliyyə orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq 1 iyuldan etibarən sınaq rejimində bir sıra yerli qurumlarda istifadəyə verilib.
    08.07.11 Məqaləni oxumaq
     
    Baş Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru axtarır
    DİN Baş Dövlət Yol Polis İdarəsi Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN Baş Dövlət Yol Polis İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vuran, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunan digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
    07.07.11 Məqaləni oxumaq
     
    Ağabəy Əsgərov: “Qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”
    “Təəssüf ki, qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirib. O, dəqiq rəqəm açıqlamasa da, nəşriyyatda yerləşən əksər qəzetlərin onlara borcu olduğunu vurğulayıb. Onun sözlərinə görə, elə qəzetlər var ki, xeyli vaxt keçsə də, hələ də borclarını ödəyib qurtara bilmirlər. “Reket” qəzetlərlə bağlı münasibət bildirən direktor dedi ki, artıq nəşriyyatda “reket” qəzet yoxdur. “İndiyə qədər 50-ə yaxın “reket” elan olunan qəzeti nəşriyyatdan çıxarmışıq. Mətbuat Şurası tərəfindən hər dəfə siyahı yeniləndikcə də biz bunu davam etdirəcəyik” - deyə A.Əsgərov vurğulayıb. O, həmçinin əlavə edib ki, Azərbaycanda qəzetlərin çap qiymətləri dünya standartlarına uyğun qiymətlərdir.
    07.07.11 Məqaləni oxumaq
     
    Sabir Rüstəmxanlı: Xaricdəki soydaşlarımız Azərbaycanda təhsil almaqda çətinlik çəkir
    Dünya Azərbaycanlıları Konqresi (DAK) hələ də Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) qeydiyyatdan keçməyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O, xatırladıb ki, DAK İsveçrə və Avropa ölkələrinin əkəsəriyyətində qeydiyyatdan keçməsinə baxmayaraq, burada hələ də qeydiyyata alınmayıb. O, bununla bağlı DİDK sədri Nazim İbrahimova şikayət etdiyini də xatırladıb. S.Rüstəmxanlı, həmçinin təklif edib ki, Azərbaycan qanunvericiliyində xaricdə yaşayan azərbaycanlılarla bağlı müvafiq dəyişikliklər etmək lazımdır: “Bu gün xaricdə yaşayan elə azərbaycanlılar var ki, onlar Azərbaycanda gəlib təhsil almaq üçün müəyyən çətinliklər yaşayır. Hansısa əcnəbi Azərbaycanda rahat təhsil ala bilir, ancaq xaricdəki soydaşımız burada təhsil ala bilmir”.
    06.07.11 Məqaləni oxumaq
     
    Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb
    Əfqanıstanın Pərvan əyalətində «Azərbaycan Hava Yolları» (AZAL) aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən yaydığı xəbərə görə, bu barədə Əfqanıstanın “Ariana” Dövlət Aviaşirkətinin nümayəndəsi məlumat yayıb. Onun sözlərinə görə, təyyarə Bakı vaxtı ilə saat 23:00 radələrində Kurband nahiyəsinin Siyah Gərd yaşayış məntəqəsində qəzaya uğrayıb: «Hazırda təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Axtarış işlərini yerli polis və ordu bölmələri aparır». Təyyarənin ekipajının taleyi barədə məlumat verilmir. Bəzi məlumatlara görə, onların yarısı Azərbaycan, yarısı isə Özbəkistan vətəndaşıdır. Əfqanıstandakı ABŞ komandanlığının nümayəndəsi, britaniyalı mayor Tim Ceyms bildirib ki, təyyarə 3,8 min metr yüksəklikdə dağa çırpılıb. Mayorun verdiyi məlumata görə, təyyarənin qəzaya uğradığı ərazidə aktiv hərbi əməliyyatlar keçirilmirmiş.
    06.07.11 Məqaləni oxumaq
     
    Qəzaya uğrayan təyyarə ilə bağlı rəsmi açıqlama yayılıb
    Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Silk Way” aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı rəsmi açıqlama yayıb. Administrasiyadan verilən məlumata görə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumatda 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitənin ani olaraq kəsildiyi və radarlarda görüntüsünün itdiyi bildirilib. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirib.
    06.07.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinə 734 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il iyun ayı ərzində 734 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Daxil olan müraciətlərin 420-si şikayət, 194-ü sorğu xarakterli olub, 37-si aidiyyəti üzrə deyil, 83-ü isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    06.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 81 82 83 84 85 86 87 88 89 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30