Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 80 81 82 83 84 85 86 87 88 » #
    Hansı jurnalistlər ev ala bilməyəcək?
    Jurnalistlər üçün tikiləcək evin təməlqoyma mərasimi avqustdan o tərəfə keçməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Səbail Rayon İcra Hakimiyyətində milli mətbuatın 136-cı ildönümü münasibətilə keçirilən tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söyləyib. Fond rəhbəri xatırladıb ki, təməlqoyma mərasimi 22 iyulda nəzərdə tutulmuşdu. Ancaq bəzi sənədlər hələ tam hazır olmadığından bu, başqa vaxt olacaq. Onun sözlərinə görə, təməlqoyma mərasimi 20 günə kimi baş tutacaq. V.Səfərli qeyd edib ki, bu işin reallaşması ilə bağlı bir sıra müzakirələr keçirilib. Onun sözlərinə görə, əvvəlcə 1 blok 9 mərtəbəli binanın tikilməsi nəzərdə tutulmuşdu, ancaq müzakirələr və məsləhətləşmələrdən sonra bina ilə bağlı son qərar qəbul edilib. Qərara əsasən, jurnalistlər üçün tikiləcək bina 2 bloklu, 18 mərtəbəli və 154 mənzilli olacaq. V.Səfərli açıqlayıb ki, binada 2 mərtəbəli qaraj, Mətbuat Klubu və başqa yerlər də nəzərdə tutulub.
    20.07.11 Məqaləni oxumaq
     
    3 dini icma dövlət qeydiyyatından keçib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) daha 3 dini icmaya dövlət qeydiyyatından keçmək haqqında şəhadətnamə və dini qurumların dövlət reyestrindən çıxarış sənədlərini verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQİDK-dən veriblər. Bunlar Şəki şəhər Aydınbulaq kəndi “Hacı Mir Ələkbərağa” məscidi dini icması, Salyan şəhəri “Mirəşrəf ağa” məscidi dini icması və “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”dır. Qeyd edək ki, bu vaxta qədər DQİDK-də 513 dini icma dövlət qeydiyyatından keçib. Qeydiyyata alınan icmalar həm islam, həm də qeyri-islam təmayüllüdür. Xatırladaq ki, 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması başlayıb.
    19.07.11 Məqaləni oxumaq
     
    Səlim Müslümov: “Pensiyaçıların 99,4 faizi pensiyasını plastik kartlarla alır”
    “2011-ci ilin ilk yarısında Fondun xərcləri 905,8 mln. manat təşkil edib”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov fondun kollegiya iclasında bildirib. Onun sözlərinə görə, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 97,8 faizi və ya 886, 4 mln. manatı yönəldilib ki, bu da əvvəlki ilin ilk 6 ayına nisbətən 14 faiz çoxdur. DSMF sədri əlavə edib ki, hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 98,7 faizi, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99,4 faizi pensiyasını plastik kartlarla alır. İlin ilk yarısında ehtiyac olan ərazilərdə əlavə olaraq 10 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 507-yə çatdırılıb.
    19.07.11 Məqaləni oxumaq
     
    Respublika Baş Prokurorluğunda kadr dəyişikliyi olub
    Respublika Baş Prokurorluğunda kadr dəyişikliyi olub. Bu barədə “KƏLAMİNFO”a Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Nazim İmanov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Azər Hətəmov, Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru Tariyel Qurbanov tutduqları vəzifələrdən azad ediliblər. Onlar müvafiq olaraq Binəqədi, Tərtər və Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər.
    16.07.11 Məqaləni oxumaq
     
    Meksika–Azərbaycan Dostluq Parkı açılacaq
    Mexiko şəhərində Meksika–Azərbaycan Dostluq Parkının salınması məqsədi ilə səfir İlqar Muxtarov Mexiko şəhəri Hökumətinin Başçısı (meri) Marselo Ebrard ilə şəhər meriyasının binasında görüş keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Səfir İ.Muxtarov, məsələ ilə əlaqədar Mexiko şəhərinin hökuməti tərəfindən verilən mühüm dəstəyə görə mer M.Ebrarda öz təşəkkürünü bildirib və hər iki ölkənin gələcək mədəni və siyasi əlaqələrinin inkişaf etdirilməsi üçün sözügedən layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tərəflər Mexiko şəhərində açılacaq Meksika–Azərbaycan Dostluq Parkının yekun planını birgə nəzərdən keçirərək, Qarşılıqlı Razılaşma haqqında Saziş imzalayıblar. Səfir İ.Muxtarov Azərbaycan və Meksika arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin gələcək perspektivlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan hökuməti iki ölkə arasında münasibətlərin geniş spektrdə inkişaf etdirilməsində maraqlıdır.
    15.07.11 Məqaləni oxumaq
     
    Yeni səfir soyqırımı sözünü işlətmədi
    ABŞ-ın Ermənistanda yeni səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Con Heffer Senatın Xarici Əlaqələr Komitəsinin keçirdiyi dinləmələrdə senatorların suallarına cavab verib. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Con Heffer dinləmələr zamanı Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından demokrat senator Bob Menendezin Osmanlı imperiyası tərəfindən 1,5 milyon erməninin sistematik şəkildə qırıldığı, yəni «soyqırımı»na məruz qalması hadisəsini qəbul edib-etmədiyi barədə suala cavabında «soyqırımı» sözünü işlətməsə də, Osmanlı imperiyasının son illərində 1,5 milyona qədər erməninin qətlə yetirildiyi fikri ilə razılaşdığını bildirib. O, eyni zamanda cavabında prezident Obamanın məsələ barədəki çıxışlarını xatırladıb. Dinləmələrdə Robert Menendezin başqa sualının cavabında Heffer cavabı dəqiq bilmədiyini etiraf etməklə yanaşı, indiki Türkiyə Cümhuriyyətinin Osmanlı imperiyasının varisi olduğu fikri ilə razılaşdığını deyib.
    14.07.11 Məqaləni oxumaq
     
    QMİ jurnalistlər üçün kurslar təşkil edəcək
    Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda dini sahə üzrə ixtisaslaşmaq istəyən jurnalistlər üçün kurslar təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında QMİ sədri Allahşükür Paşazadə bildirib. O, qeyd edib ki, hazırda bununla bağlı işlər gedir və tezliklə idarə nəzdində jurnalistlər üçün belə bir treninqlər fəaliyyətə başlayacaq. “Dini sahədə, şəriət qanunları ilə bağlı əksər jurnalistlərimizin heç bir məlumatı yoxdur. Ona görə də onlar çox vaxt bu sahəyə müraciət edəndə kifayət qədər səhflərə yol verirlər. Onları qınamaq da olmur, çünki öyrənmək üçün yerləri də yoxdur. Bunma görə də biz qərara gəlmişik ki, dini sahədə ixtisaslaşmaq üçün jurnalistlərə yardımçı olaq”-deyə Şeyx vurğulayıb. A.Paşazadə bunun üçün Türkiyə təcrübəsinin nümunə kimi göstərib.
    14.07.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə daxili işlər nazirinə müraciət edib
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərin ətrafında çadır avtomobillərinin yığışdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də toy və yas mərasimlərinə həsr olunmuş Dəyirmi masada çıxışı zamanı bildirib. O, müraciətini “Əjdərbəy” məscidinin yaxınlığındakı çadır maşınları ilə bağlı olduğunu bildirib: “Çoxları deyir ki, bu maşınlar, bu çadırlar Şeyxindir. Nazirliyə iki məktub yazmışam ki, bunları buradan qovsunlar, çıxarsınlar. Artıq üçüncü məktubu da yazacağam ki, onları məscidin yaxınlığından uzaqlaşdırsınlar. Bilirsiniz, çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdi? Ziyalılar, imkanı olan adamlar... Əlbəttə ki, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz”,-deyə A.Paşazadə vurğulayıb.
    14.07.11 Məqaləni oxumaq
     
    Azərbaycanın 9 milyon 165 min nəfər əhalisi var
    İlin əvvəlindən iyulun 1-nə kimi ölkə əhalisinin sayı 54 min nəfər artaraq 9165 min nəfərə çatıb. “KƏLAMİNFO” Dövlət Statistika Komitəsində istinadən bildirir ki, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22,3 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. 2011-ci ilin birinci yarısında 80,2 min, gündə təxminən 443 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,3-dən 17,9-dək artıb. Cari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənilir. Yanvar-iyun aylarında ölkədə 38,6 min nikah, 5,4 min boşanma qeydə alınıb və 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,6-ya, boşanmaların sayı isə 1,0-dan 1,2-yə qədər artıb. 2011-ci ilin altı ayı ərzində yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlmiş və 0,2 min nəfər ölkədən gedib.
    13.07.11 Məqaləni oxumaq
     
    DSMF tərəfindən 6 ayda 98 010 vətəndaşa fərdi hesab açılıb
    Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində, cari ilin əvvəli ilə müqayisədə sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 5,44 faiz artıb. Belə ki, cari ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 98 010 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”a verilən məlumata görə, nəticədə 01.07.2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 898 462 nəfərə catıb. Sığortaolunanların 55,8 faizi kişi, 44,2 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 22,6 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,1 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
    12.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 80 81 82 83 84 85 86 87 88 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30