Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 79 80 81 82 83 84 85 86 87 » #
    BAXCP yeni kampaniyaya start verdi
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yeni kampaniyaya start verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya partiyadan veriblər. Partiyadan bildirilir ki, fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvəkkili tərəfindən “Azad müsiqi azad olmayan ölkədə” adlı təxribat xarakterli kampaniyaya başlanılıb. BAXCP sədri Qüdrət Həsənquliyev isə “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib. Q.Həsənquliyev ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi “Azad musiqi torpaqları işğal altında olan ölkədə” kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edən BAXCP ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı.
    01.08.11 Məqaləni oxumaq
     
    Əli Abbasov rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov verib. O, qeyd edib ki, Tədbirlər Planında respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən ibarət “DVB-T” rəqəmli TV yayımının tətbiq ediləcəyi qeyd olunur.
    01.08.11 Məqaləni oxumaq
     
    Azərbaycanda temperatur iqlim normasından kifayət qədər yüksək olacaq
    Azərbaycanda avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər. Yağıntıların da ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
    01.08.11 Məqaləni oxumaq
     
    Analoq televizorların ölkəyə gətirilməsi qadağan olunacaq
    Yaxın il yarım ərzində Azərbaycanda analoq sistemlə işləyən televizorların idxalına qadağa qoyulacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, analoq yayımdan rəqəmsal yayıma keçid bütün dünyada 2015-ci ilə qədər yekunlaşmalıdır. Nazir bildirib ki, bu barədə Ümumdünya Yayım İttifaqının şərtlərində də öz əksini tapıb: “Bununla əlaqədar olaraq da analoq yayım televizorların idxalı və istehsalı dayandırılacaq. Azərbaycanda bu prosesə keçid 2013-cü ilin ilk yarısında başa çatacaq. Artıq hökumət müvafiq qərar qəbul edib və proqram təsdiqlənib. Analoq yayımın dayandırılması ilə əlaqədar analoq televizorların da idxalı dayandırılacaq”.
    30.07.11 Məqaləni oxumaq
     
    SAM ilin ilk altı ayı ilə bağlı hesabatını açıqlayıb
    Strateji Araşdırmalar Mərkəzinin (SAM) bu ilin ilk altı ayı ərzində mətbuatda və elektron mediada 91 məqalə və 16 müsahibəsi çap edilib. Bu barədə “KƏLAMİNFO”ya SAM-dan məlumat verilib. SAM-ın elmi tədqiqatları arasında türk dilində yazılmış “Güney Kafkasiya. Toprak bütünlüyü, jeopolitik mücadeleler ve enerji” kitabı, Türkiyədə fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilmiş və SAM-ın dəstəyi ilə nəşr olunmuş Caucasus International (ingilis dilində) rüblük jurnalının ilk sayı, “2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirləri” adlı hesabat yer alıb. Bu siyahıya eləcə də Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrası və SAM-ın birgə layihəsi çərçivəsində ərsəyə gəlmiş "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" adlı kitab daxildir ki, o, Cənubi Qafqazda problemlərin təhlili və münaqişədən sonrakı nizamlanmanın optimal modellərinin axtarışı üçün maraqlı bələdçidir.
    29.07.11 Məqaləni oxumaq
     
    Müdafiə təyinatlı məhsulların istehsalı 2 dəfə artıb
    Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2011-ci ilin I yarımilliyinin yekunlarına həsr edilən səyyar kollegiya iclasları keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, 2011-ci ilin 6 ayında tabeli müəssisələrdə ümumilikdə istehsal olunan məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
    28.07.11 Məqaləni oxumaq
     
    “Təmiz şəhər” təmizlik dərsləri keçir
    “Təmiz Şəhər” ASC ictimai ekoloji təlim-tərbiyə işlərinin aparılması, təhsil müəssisələrində mühazirələrin oxunması, sakinlərlə görüşlərin təşkil edilməsi və ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılmasını davam etdirir. “KƏLAMİNFO”ya ASC-dən verilən məlumatda bu məqsədlə 2011-ci ilin ilk yarısında həyata keçirilən tədbirlər öz əksini tapıb. Bildirilir ki, ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” istiqaməti üzrə magistratura pilləsində təhsil alan tələbələrə tullantıların idarə edilməsi mövzusunda mühazirələr oxunub.
    27.07.11 Məqaləni oxumaq
     
    “Mətbuat Ensiklopediyası” hazırlanacaq
    Parlament Jurnalistləri Birliyi (PJB) Bakı Dövlət Universiteti ilə birgə milli KİV tariximizin əks olunacağı böyük bir layihənin icrasına başlayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə PJB sədri Elşad Eyvazlı bildirib. O qeyd edib ki, “Mətbuat Ensiklopediyası” adlanan layihə çərçivəsində çap olunacaq eyni adlı kitabı BDU-nun jurnalistika fakültəsi ilə birgə tərtib etmək nəzərdə tutulub. Kitabda “Əkinçi” qəzetindən başlayaraq ötən əsrdə və çağdaş Azərbaycanda çap olunmuş qəzetlər və bu qəzetlərə rəhbərlik edən baş redaktorlar barədə ensiklopedik məlumatlar əksini tapacaq. “Mətbuat Ensiklopediyası” layihəsilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə PJB arasında anlaşma sənədinin imzalanması nəzərdə tutulur. Sənədin avqust ayında təsdiq ediləcəyi gözlənilir.
    22.07.11 Məqaləni oxumaq
     
    Aztəminatlı ailələr üçün turizm səfərləri təşkil ediləcək
    Turist axını çox olan rayonlarda “Bu Vətən bizimdir” adlı turist düşərgələri təşkil ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Turizm ili” ilə bağlı Tədbirlər Planında öz əksini tapıb. Tədbirlər Planına əsasən, düşərgələr iyul-sentyabr aylarında Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən yaradılacaq. Sənəddə, həmçinin aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili də nəzərdə tutulur. İlin ikinci yarısında reallaşdırılması planlaşdırılan tədbirin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib.
    21.07.11 Məqaləni oxumaq
     
    Əbulfəs Qarayev Qusar, Xaçmaz və Şabran rayonlarına səfər edib
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şahdağ Yay Qış Turizm Kompleksinin tikinti işlərinin gedişatına baxış keçirmək məqsədilə Qusarda səfərdə olub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 19 iyul tarixində layihənin tikinti işlərini aparan yerli və xarici şirkətlərin rəhbərləri ilə geniş müşavirə keçirilib. Həmin gün Ə.Qarayev Nabran zonasında fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub və burada istirahət edən insanlarla söhbət aparıb. Həmçinin Xaçmaz və Şabran rayonlarının mədəniyyət obyektlərinə baxış keçirilib. Səfərin nəticələrinə uyğun olaraq nazir Xaçmaz və Şabran rayonlarında mədəniyyət və turizm sahələri üzrə müvafiq göstərişlər verib.
    21.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 79 80 81 82 83 84 85 86 87 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30