Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 78 79 80 81 82 83 84 85 86 » #
    Azərbaycanlı ekspertlər Almaniyada olublar
    “Sosial Müdafiənin İnkişafı” Layihəsinin alt komponenti olan “ISCO 88/08-ə uyğun olaraq təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması” layihəsinin ekspertlərindən ibarət heyət Almaniya Federativ Respublikası və Sloveniya Respublikasında təlim səfərində olub. “KƏLAMİNFO”un məlumatına görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası və Dünya Bankı ilə birgə həyata keçirilir. Səfərin məqsədi həmin ölkələrin təcrübəsini öyrənməkdən və Azərbaycanda peşə standartlarının hazırlanması prosesinə uyğunlaşdırmaqdan ibarət olub.
    05.08.11 Məqaləni oxumaq
     
    Güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər
    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. “KƏLAMİNFO” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosuna istinadən xəbər verir ki, paytaxtda gecə 22-26°, gündüz 28-33° isti, Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 26-27° isti olacağı proqnozlaşdırılır. Hidrometeoroloqlar tibbi-meteoroloji proqnoz verməklə əhalini ehtiyatlı olmağa çağırır. Belə ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın temperaturunun tədricən enərək iqlim normasına yaxınlaşması əksər meteohəssas insanlar üçün əlverişli olsa da, davamlı olaraq əsən güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
    05.08.11 Məqaləni oxumaq
     
    Ötən ay Səhiyyə Nazirliyinə 669 müraciət daxil olub
    Ötən ay ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 669 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Daxil olmuş müraciətlərin 362-si şikayət, 170-i sorğu xarakterli olub, 41-i aidiyyəti üzrə olmayıb, 96-sı isə cari problemlərə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    05.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan “İnternet Texnologiyaları və Tətbiqləri” adlı beynəlxalq konfransa qatılır
    Avqustun 16-18-i tarixlərində Çində “İnternet Texnologiyaları və Tətbiqləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycan tərəfi də iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycandan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev “Sosial şəbəkə texnologiyaları elektron dövlətin əks əlaqə mexanizmi kimi” adlı məruzə ilə çıxış etmək üçün plenar məruzəçi qismində dəvət olunub.
    04.08.11 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycanın xaricidəki hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlayıb
    Bu gün Bakıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantını MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov açaraq Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib. Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa, Azərbaycanın müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat verilib və müzakirələr aparılıb. Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.
    04.08.11 Məqaləni oxumaq
     
    “Kaspi” qəzetinin 130 illik ildönümü çərçivəsində yeni nəşr etdiyi kitabların təqdimatı oldu
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Kaspi” qəzeti 130 illik ildönümü çərçivəsində yeni nəşr etdiyi kitabların təqdimat mərasimini keçirib. “KƏLAMİNFO” xəbər verir ki, yeni nəşrlər qəzetin vətənpərvərlik mövzusunda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi müsabiqənin materiallarından ibarət “Mübariz Yol” və tədqiqatçı Nəsiman Yaqublunun müəllifi olduğu “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitablardan ibarətdir. Tədbirdə nəşrlərin ideya müəllifi, “Kaspi”nin rəhbəri Sona Vəliyeva çıxış edərək “Mübariz Yol” kitabı barədə bildirib ki, burada müsabiqəyə təqdim olunmuş yazılar arasında daha çox azərbaycançılıq, vətənpərvərlik ideyalarını aşılayan yazılar dərc olunub. S.Vəliyeva qeyd edib ki, indiki dövrdə bu kimi mövzulara daha çox müraciət olunmasına böyük ehtiyac var. “Burada məqsəd Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan, ümumiyyətlə, Vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan əsərlərdən ibarət müsabiqənin keçirilməsi idi.
    03.08.11 Məqaləni oxumaq
     
    Nuşirəvan Səfərov: 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs gözləyir
    Avtoxuliqanlara qarşı görülən tədbirlər günbəgün sərtləşdirilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov deyib. Onun sözlərinə görə, artıq 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs-qəti imkan tədbiri gözləyir. “Belə hallarda 15 sutka həbs-qəti imkanı, sürücülük hüququndan məhrum olma, cərimələnmələr qanunvericilikdə nəzərdə tutulub. Avtoxuliqanlar hətta həm sürücülük hüququndan məhrum olunur, eyni zamanda cərimələnir”,-deyə o əlavə edib.
    02.08.11 Məqaləni oxumaq
     
    DYP əməkdaşlarının aşkar etdiyi 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb
    Cari ilin yanvarın 1-dən iyulun 30-dək paytaxt üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində 19 fakt avtoxuliqanlıq əlamətləri qeydə alınıb. Bu da 11 ölüm, 14 müxtəlif dərəcəli xəsarətlə nəticələnib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Baş Polis İdarəsinin bölmə müdiri Vaqif Əsədov verib. Onun sözlərinə əsasən, 21 yol–nəqliyyat hadisəsində 16 avtoxuliqanlıq edən sürücülər hadisə yerindən yayınmağa müvəffəq olsa da, sonradan axtarış nəticəsində aşkar edilərək aidiyyatı üzrə məhkəmələrə göndəriliblər. “Bu il DYP əməkdaşlarının aşkar etdiyi 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb və qanunvericiliyə uyğun sənədləşdirilib. Çox təəssüflər ki, inzibati məsuliyyətə cəlb edilən sürücülərin 39-u il ərzində təkrarən avtoxuliqanlığa görə məhkəmə kürsüsündə əyləşməli olub”,-deyə o əlavə edib.
    02.08.11 Məqaləni oxumaq
     
    Paytaxt üzrə ölüm hadisələrinin 50%-i yol piyadalarının vurulması ilə nəticələnən avtoqəzalardır
    Ölümlə nəticələnən yol-nəqliyyat qəzaları cüzi sayda artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov bildirib. Onun sözlərinə əsasən, bu da ən çox piyadaların vurulması ilə nəticələnən avtoqəzalardır. “Paytaxt üzrə ölüm hadisələrinin 50%-i yol piyadalarının vurulması ilə nəticələnən avtoqəzalardır. Məlumdur ki, bizim piyadalara qarşı mübarizə tədbirlərimiz var. Piyadalar yeraltı və yerüstü keçidlərdən düzgün istifadə etmir. Ən çox yol-nəqliyyat qəzaları, ölüm hadisələri də məhz o keçidlərin yaxınlığında baş verir. Vətəndaşlar keçidlərdən demək olar ki, istifadə etmir”,-deyə N.Səfərov qeyd edib.
    02.08.11 Məqaləni oxumaq
     
    Azərbaycanda yeni zona kodlarının tətbiqinə başlanılır
    Bu gündən etibarən Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqinə başlanılır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Yeni yığım formatı ilə nazirliyin, eləcə də Aztelekom İstehsalat Birliyinin (www.aztelekom.org) saytlarından tanış olmaq mümkündür. Həmçinin əhalinin yeni kodlar barədə məlumatlandırılması məqsədilə Aztelekom İB-də 012 122 ödənişsiz “qaynar xətt” fəaliyyət göstərir.
    01.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 78 79 80 81 82 83 84 85 86 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30