Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  77 78 79 80 81 82 83 84 85  #
    İyulda ETSN-nin “Qaynar xətt”inə 120 müraciət daxil olub
    Cari ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə 120 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən veriblər. Nazirliyin əməkdaşları tərəfindən daxil olan müraciətlər yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 34 müraciət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülüb. 18 müraciət öz təsdiqini tapmayıb, 6 müraciət isə icradadır. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 62 müraciətdən 59-na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 2 müraciət isə icradadır.
    10.08.11 Məqaləni oxumaq
     
    “Uşaqların fəlakət riskinin azaldılmasına dair maarifləndirilməsi” adlı Dəyirmi masa keçirilib
    Bu gün Bakıda “Hyatt Regency” otelində “Uşaqların fəlakət riskinin azaldılmasına dair maarifləndirilməsi” adlı Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, toplantı Avropa Komissiyasının Humanitar Yardım Şöbəsinin dəstəyi ilə UNICEF, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə həyata keçirdikləri “Təhsildə fəlakət riskinin azaldılması” layihəsi çərçivəsində baş tutub. Tədbirdə layihənin rəhbəri, UNICEF-in Bakı nümayəndəliyinin Təhsil üzrə müvəkkili xanım Ausliq Falkoner bildirib ki, layihə çərçivəsində fəlakətlərə hazırlıq və fövqəladə hallar zamanı davranışlarla bağlı bir sıra təlimlər həyata keçirilib, layihə üçün seçilmiş məktəblər təhlükəsizlik avadanlıqları ilə təmin edilib.
    09.08.11 Məqaləni oxumaq
     
    Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri KÖMİS-lə ödəmək mümkündür
    Mərkəzi Bank yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişini qəbul etməyə imkan verən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) müvafiq versiyasını istismara verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SİNAM şirkətinin Bakı nümayəndəliyindən veriblər. Sistemin texniki tətbiqini Azərbaycanın SİNAM şirkəti həyata keçirib. İnformasiya sistemi ödənişləri bank kartları vasitəsilə www.apus.az saytında onlayn rejimdə və ya informasiya sisteminə qoşulmuş bank filiallarında və “Azərpoçt”un bütün məntəqələrində nağd şəkildə qəbul etməyə imkan verir. Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişi üçün APUS ödənişlər sisteminin istifadəsi elektron hökumətin tətbiqi üzrə dövlət siyasətinə uyğundur. APUS sistemində abunəçinin kodu qismində sürücülük vəsiqəsinin seriyası və nömrəsi, invoysun nömrəsi qismində isə DYP əməkdaşının qayda pozuntusuna görə tərtib etdiyi protokolun nömrəsi çıxış edir. APUS sistemində ödəniş zamanı cərimələr üzrə eyni qaydalar tətbiq olunur.
    09.08.11 Məqaləni oxumaq
     
    Dövlət sərhədini pozduqlarına görə 74 nəfər saxlanılıb
    Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 38 halda 74 nəfər saxlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən veriblər. Məlumata görə, sərhəd nəzarət buraxılış məntəqələrində 27 halda 52 nəfər saxta sənədlə, 1 nəfər özgəsinə məxsus sənədlə, 2 nəfər isə gizli şəkildə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıblar. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 127 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
    08.08.11 Məqaləni oxumaq
     
    Ümumdünya Səhiyyə Təşkilatının Bakıda iclası təşkil olunacaq
    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 29-dan başlayaraq təşkilatın Regional Komitələrinin illik iclasını keçirəcək. İclaslardan biri Azərbaycanda baş tutacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ÜST-nin Bakı nümayəndəliyindən veriblər. Məqsəd ÜST-nin siyasətlərinin müəyyənləşdirilməsi, büdcələrinin, iş fəaliyyətlərinin müzakirəsidir. Bu iclaslar 6 region üzrə avqustun 29-dan oktyabrın 5-dək təşkil ediləcək. İlk iclas 29 avqust - 2 sentyabrda ÜST-nin Afrika Regional Komitəsi üçün təşkil ediləcək. Bu komitənin 61-ci sessiyası Kot Divuar Respublikasının Abidjan şəhərində olacaq. ÜST-nin Cənub-Şərqi Asiya Regional Komitəsinin 64-cü sessiyası sentyabrın 6-9-da Hindistanda, Avropa Regional Komitəsinin 61-ci sessiyası sentyabrın 12-15-də Bakı şəhərində keçiriləcək. ÜST-nin Qərbi Sakit Okean Regionun 62-ci sessiyası sentyabrın 19-23-də Filippinin Manila şəhərində, Amerika Regionunun 63-cü sessiyası sentyabrın 26-30-da ABŞ-ın Vaşinqton şəhərində, Şərqi Aralıq dənizi ölkələri Regionun 58-ci sessiyası isə oktyabrın 2-5-də Suriyada keçiriləcək.
    08.08.11 Məqaləni oxumaq
     
    Nazirlik 80 nəfər əlili Ukraynada müalicə etdirəcək
    Cari ilin iyul-avqust aylarında 80 nəfər əlil həmvətənimizin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir. Qeyd edilir ki, həmin əlillərdən 40 nəfəri cari ilin 7 iyulunda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə Ukraynaya yola salınıb və onlar müalicə kursunu başa çatdıraraq 4 avqust 2011-ci il tarixdə vətənə dönüblər. Elə həmin günü növbəti 40 nəfər əlilin müalicə kursu keçmək üçün Ukraynaya yola salınması təmin edilib.
    06.08.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi nəticələri açıqladı
    Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”a nazirliyin mətbuat xidmətindən veriblər. Belə ki, avqustun 3-də allerqologiya, otorinolarinqologiya və travmatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 38 nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları epidemiologiya və gigiyena ixtisasları üzrə avqustun 10-da keçiriləcək.
    06.08.11 Məqaləni oxumaq
     
    Bakının mərkəzində 2012-ci ilədək 75 yeraltı keçid tikiləcək
    Yaxın vaxtlarda Şəhidlər xiyabanı yaxınlığında bir neçə istiqamətə çıxışı olan yeraltı piyada keçidinin inşasına başlanılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, bu istiqamətdə yeraltı piyada keçidi yol hərəkətinin təhlükəsizliyi baxımından zəruridir. Hazırda Bakının bir çox yerində yeraltı piyada keçidləri tikilir. Ümumiyyətlə, 2012-ci ilədək Bakının mərkəzi hissələrində 75 yeraltı keçidin inşası nəzərdə tutulur. Həmçinin avtomobil dayanacaqlarının inşası da planlaşdırılır.
    05.08.11 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi Masallıda Dəyirmi masa keçirilib
    Bu gün ATƏT-in Bakı Ofisi və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi məişət zorakılığının qarşısının alınmasında yerli icmaların roluna həsr olunmuş Dəyirmi masa keçirilib. ATƏT-in Bakı ofisindən “KƏLAMİNFO”a verilən məlumata görə, tədbir Masallı rayonunda təşkil olunub və ətraf rayonlardan olan nümayəndələr də müzakirələrdə iştirak edib.
    05.08.11 Məqaləni oxumaq
     
    İyulda Dövlət Miqrasiya Xidmətinə 4.004 müraciət daxil olub
    Cari ilin iyul ayı ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.004 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”a DMX-dən veriblər. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
    05.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  77 78 79 80 81 82 83 84 85  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30