Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 75 76 77 78 79 80 81 82 83 » #
    2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcək
    Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. “KƏLAMİNFO”nun məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov Azərbaycanda səfərdə olan ABŞ konqresmenlərindən bir qrupunun köməkçilərinin daxil olduğu nümayəndə heyətinin məcburi köçkünlərlə görüşü zamanı söyləyib. G.Fərhadov bildirib ki, 20 min ailə, yəni 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. G.Fərhadov qeyd edib ki, 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcək. O, qonaqlara ermənilərin azərbaycanlılara qarşı təcavüzü, onun ağır nəticəsi, bu təcavüz nəticəsində ölkəmizə dəyən ziyan və digər məsələlər barədə ətraflı məlumat verib.
    22.08.11 Məqaləni oxumaq
     
    Hərbçilərimiz Almaniyada keçiriləcək seminarda iştirak edəcəklər
    Avqustun 23-də Almaniyanın Potsdam şəhərində Beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi və “ISAF” əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr mövzusunda seminar keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən seminarda Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər. Seminar avqustun 26-da başa çatacaq.
    22.08.11 Məqaləni oxumaq
     
    SAM Finlandiyada keçiriləcək beynəlxalq enerji konfransında təmsil olunacaq
    Avqustun 25-i Finlandiyanın Turku şəhərində “Avropa regionunun enerji təhlükəsizliyi” mövzusunda illik beynəlxalq enerji konfransı keçiriləcək. Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva ölkəmizi təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər. Konfransın keçirilməsində məqsəd MDB ölkələrindən olan enerji məsələləri üzrə ekspertləri bir araya gətirərək onlarla fikir mübadiləsi aparmaq və Finlandiyanın ekspert və akademik dairələrini MDB ölkələrinin enerji siyasəti haqda məlumatlandırmaqdır.
    22.08.11 Məqaləni oxumaq
     
    Təhsil naziri əmr imzalayıb
    Təhsil naziri "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı əmr imzalayıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, əmrə əsasən nazirliyin tədbirlər planı təsdiq edilib. Əmrə əsasən, nazirliyin icraya məsul strukturları, yerli təhsili idarəetmə orqanları, təhsil müəssisələrinin rəhbərləri planda nəzərdə tutulan tədbirlərin icrasını təmin etməli və görülən işlər barədə hər ilin dekabr ayının 5-dək nazirliyin rəhbərliyinə hesabat verməlidirlər. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilib.
    20.08.11 Məqaləni oxumaq
     
    "Gündəm xəbər" qəzetinin təsisçisi barəsində cinayət işi başlanıb
    "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri barəsində cinayət işi başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Baş Prokurorluğun mətbuat xidmətindən veriblər. Azərbaycan Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilən "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
    19.08.11 Məqaləni oxumaq
     
    Ermənistanın hakim düşərgəsində kompromat savaşı başlayacaq
    Qarşıdan gələn payız aylarında tək hakimiyyətlə müxalifət arasında deyil, həmçinin hakim düşərgənin içində də kompromat savaşı başlayacaq. «KƏLAMİNFO» «Qraparak» qəzetinə istinadən məlumat verir ki, qarşıdan gələn parlament seçkilərində Respublika Partiyasının proporsional siyahısına düşmək uğrunda mübarizə o qədər gərgin keçir ki, bir sıra hakimiyyət dairələri bir-birinə qarşı kompromat savaşına çıxıblar. Bir qrup çalışır ki, digər qrupun nüfuzunu aşağı salsın və bundan sonra da Serj Sarkisyan yerdəyişmələr etsin. Qəzetin yazdığına görə, hazırda ən çox kompromat təhsil naziri Armen Aşotyana və vitse-spiker Smavel Nikoyana, eləcə də Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanova qarşı toplanıb. Məhz onların çiyninə də Serj Sarkisyan və hakim Respublika Partiyasının piarını aparmaq düşüb. Kompromatlar çox yaxın vaxtlarda elektron KİV və yaxud qəzet səhifələrində görünəcək.
    19.08.11 Məqaləni oxumaq
     
    Bölgələrdəki məktəblərə 2 mln. manat dəyərində ləvazimat verilib
    2011-2012-ci dərs ilində ölkədə 12180 nəfər şagird yerlik yeni 47 məktəb tikilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin Təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib. Bundan başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunub. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Məlumata görə, 2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilib, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilib. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilib.
    19.08.11 Məqaləni oxumaq
     
    Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub
    Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, vəsiqələri bu gün keçirilən iclasda MSK sədri Məzahir Pənahov paylayıb. “Seçki qanunvericiliyinə uyğun olaraq MSK hər beş ildən bir, parlament seçkilərindən sonra formalaşır. 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərindən sonra, 2011-ci ilin fevral ayında MSK yenidən formalaşıb. MSK-nın 18 üzvü var. Onlardan 6-sı parlamentdə çoxluq təşkil edən partiyaların nümayəndələri, 6-sı azlıq təşkil edən partiyaların nümayəndələri, 6-sı isə bitərəf deputatların nümayəndələridir. Mən ümid edirəm ki, komissiyamızın üzvləri onlara göstərilən etimadı layiqincə doğruldacaqlar” - deyə MSK sədri əlavə edib.
    19.08.11 Məqaləni oxumaq
     
    İƏT-in üzvü olan ölkələrin səfirləri “Somaliyə yardım” beynəlxalq xeyriyyə kampaniyasına qoşulublar
    Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzvü olan ölkələrin Bakıda akkreditə olunmuş səfirliklərinin nümayəndələri üçün ənənəvi iftar süfrəsi təşkil edib. İKGF-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, iftarda qonaqlara Forumun beşillik fəaliyyəti, həyata keçirdiyi layihələr – Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “İslam Əməkdaşlığı Təşkilatı Modeli” adlı Beynəlxalq münasibətlər üzrə Təhsil Proqramı, “Xocalıya ədalət!” kampaniyası, Gənc İş Adamları Beynəlxalq Şəbəkəsi haqqında məlumat slayd-şou formatında təqdimat olunub.
    18.08.11 Məqaləni oxumaq
     
    Nazirlik dövlət orqanları ilə bağlı sorğuya start verib
    Rabitə və İnformasiya Texnologiya Nazirliyinin mətbuat xidməti yeni sorğuya başlayıb. Sorğu Azərbaycanda dövlət orqanlarında elektron xidmətlərlə bağlıdır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. “Hansı dövlət orqanında elektron xidmətlərinin səviyyəsini yüksək qiymətləndirirsiniz?” başlığı altında keçirilən sorğu 1 ay ərzində davam edəcək. Sorğunun keçirilməsində məqsəd informasiya cəmiyyətinin təşəkkül tapdığı bir vaxtda dövlət orqanlarında elektron xidmətlərin səviyyəsini müəyyən etməkdir. Sorğuda iştirak etmək üçün hər İP ünvandan bir dəfə səs vermək olar. Bunun üçün xidmətin www.ictnews.az saytında xüsusi rubrika yerləşdirilib.
    18.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 75 76 77 78 79 80 81 82 83 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30