Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  74 75 76 77 78 79 80 81 82  #
    Şahmar Mövsümov: ARDNF gözləmə mövqeyi tutub
    Azərbaycan Dövlət Neft Fondu (ARDNF) xarici bazarlarda ayrı-ayrı şirkətlərin səhmlərinin alınmasını artırmaq niyyətində deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hazırda dünya maliyyə bazarlarında vəziyyət qeyri-sabitdir və sabitlik bərpa olunmayana qədər ARDNF səhmlərin alınmasına vəsait yönəltməyəcək. Qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyini məlum olmadığını bildirən Ş.Mövsümov bəyan edib ki, hazırda Fond səhmlərin alışı istiqamətində gözləmə mövqeyi tutub.
    26.08.11 Məqaləni oxumaq
     
    Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
    Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirlikdən “KƏLAMİNFO”ya bildiriblər ki, 24.08.2011-ci il tarixində nefrologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 92 həkim imtahan verib. İmtahanlarda iştirak edən həkimlərdən 86 (94%) nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları ftiziatriya və pediatriya ixtisasları üzrə 07.09.2011-ci il tarixində keçiriləcək.
    26.08.11 Məqaləni oxumaq
     
    İyulun 1-dən 2686 fiziki şəxs elektron qeydiyyatdan keçib
    İyul ayının 1-dən indiyədək respublika ərazisində 11054 fiziki şəxs qeydiyyatdan keçib ki, onların da 2686 nəfəri elektron imkanlardan yararlanıb. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş 4997 fiziki şəxsin 1503-ü, ərazi vergi orqanları üzrə qeydiyyatdan keçmiş 5850 fiziki şəxsin 1126-sı elektron qeydiyyat xidmətindən istifadə edib.
    Qeyd edək ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin elektron qeydiyyatına bu il iyul ayının 1-dən etibarən başlanıb.
    25.08.11 Məqaləni oxumaq
     
    Xəzər dənizində zəlzələ olub
    Bu gün yerli vaxtla saat 10:36:47–də Xəzər dənizində, Bakı şəhərindən 211 km şərqdə zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ”KƏLAMİNFO”ya verilən məlumata görə, zəlzələ hiss olunmayıb. Zəlzələ maqnituda 3.80, dərinliyi isə 65 km olub.
    24.08.11 Məqaləni oxumaq
     
    2894 vergi ödəyicisi ilə elektron mübadilə haqda müqavilə imzalanıb
    İyul ayında 2894 vergi ödəyicisi ilə elektron sənəd mübadiləsi barədə müqavilə imzalanıb. “KƏLAMİNFO”ya Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, ötən ay Bakı Şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsi tərəfindən 5514 vergi ödəyicisinə 15927 sayda müxtəlif növ vergi xidməti göstərilib.
    Eyni zamanda, müraciət etmiş vergi ödəyicilərinə 2696 halda vergi qanunvericiliyinə aid izahatlar verilib, şifahi sorğular və müraciətlər cavablandırılıb. Hesabat ayı ərzində 1318 halda vergi ödəyicilərinin şəxsi hesab vərəqələrindəki məlumatların verilməsi təmin edilib, 131 halda ərizə və arayış formalarının, 2729 halda bəyannamələrin düzgün tərtib edilməsinə köməklik göstərilib, 4896 halda bəyannamələrin vaxtında təqdim edilməsi və 1139 halda vergilərin vaxtında ödənilməsi barədə məlumat verilib. Həmçinin 4685 vergi ödəyicisinin telefonla məlumatlandırılması həyata keçirilib.
    24.08.11 Məqaləni oxumaq
     
    Yağışların başlaması Bayıldakı sürüşmə zonasında ciddi fəsadlar törətməyib
    Yağışların başlaması Bayıl ərazisindəki sürüşmə zonasında ciddi fəsadlar törətməyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov söyləyib.
    O, sürüşmə zonasında son vəziyyəti sabit qiymətləndirib. “Baxmayaraq ki, dünən gecədən ara vermədən yağış yağır, hadisə yerində sakitlikdir, mayaklarımız yerindədir. Bizim burda yığışmağımız səbəbi isə işlərin gedişatı ilə tanış olmaq və layihələri müzakirə etməkdir” - deyə A.Şərifov qeyd edib. Baş nazir məsləhətləşmələrin həftə sonuna qədər davam edəcəyini diqqətə çatdırıb.
    24.08.11 Məqaləni oxumaq
     
    Bu gün Füzuli rayonunun işğalından 18 il keçir
    Füzuli rayonunun işğalından 18 il keçir. “KƏLAMİNFO” xəbər verir ki, 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub. Qeyd edək ki, işğal nəticəsində 80 məktəb, 13 xəstəxana, 69 mədəniyyət evi və klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi, Dövlət Dram Teatrının binası dağıdılıb. Müharibə zamanı rayon sakinlərindən 470 nəfər hərbçi, 270 nəfər mülki şəxs şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib. 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1994-cü ilin yanvarında rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri – 1 şəhər, 51 kənd işğal altındadır. Füzulinin 115 min nəfərlik əhalisinin 49 mini respublikanın 50 şəhər və rayonunda, 66 mini isə rayonun işğaldan azad edilmiş ərazisində məskunlaşıb.
    24.08.11 Məqaləni oxumaq
     
    Ermənilər Füzuli və Ağdam istiqamətdə atəşkəsi pozub
    Ermənilər avqustun 22-də saat 22.10-dan 22.20-dək və 23.30-dan 23.35-dək Ağdam rayonu Kəngərli və Şüraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.30-dan 10.50-dək və 22.45-dən 23.05-dək Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
    23.08.11 Məqaləni oxumaq
     
    Məhkumlara psixoloji dəstək istiqamətində layihə həyata keçirilir
    “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənc Məhkumlara Psixoloji Dəstək” layihəsinin icrasına başlayıb. Bu barədə “KƏLAMİNFO”ya birliyin mətbuat xidmətindən məlumat verilib. 3 ay müddətində davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir. Layihə çərçivəsində 2 istiqamətdə iş aparılacaq. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil ediləcək. Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri, məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri, cəzaçəkmə müəssisələrində ünsiyyət, məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, cəza müddəti sona yetmiş şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri, məhkumlarla işləyən heyətlə həyata keçirilən psixoloji fəaliyyət kimi mühüm mövzular tədris olunacaq. İkinci istiqamət olaraq cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarlar təşkil ediləcək.
    23.08.11 Məqaləni oxumaq
     
    Kür və Araz transsərhəd çaylarda monitorinqin nəticələri açıqlanıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 1 m3/san artaraq 105 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
    22.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  74 75 76 77 78 79 80 81 82  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30