Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Azad Rəhimov sosial ipoteka məbləğinin artırılmasını təklif etdi
    “Sosial ipoteka üçün ayrılan 35 min manat olduqca azdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Bu gün sosial ipotekaya illik 4 faiz olmaqla 15 illiyinə 35 min manat ayrıldığını xatırladan nazir qeyd edib ki, bu, mənzil almaq üçün yetərli vəsait deyil: “2007-ci ildən başlayan sosial ipotekaya axın var və biz istəyirik ki, bu məbləğ bir az artırılsın və təqribən 2-3 otaqlı mənzilin orta qiymətinə uyğun olsun”.
    09.09.11 Məqaləni oxumaq
     
    Nazirlik Xaçmazda zona müşavirəsi keçirib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda “Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti, əlilliyin baş verməsi və ağırlaşması hallarının qarşısının alınmasında fərdi reabilitasiya proqramının icrasının əhəmiyyəti” mövzusunda zona müşavirəsi keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, habelə bölgə üzrə tibbi-sosial ekspert komissiyalarının, əhalinin sosial müdafiəsi mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
    09.09.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Pestisidlər Assosiasiyası: “Biz Azərbaycandakı QHT-lə əməkdaşlığa hazırıq”
    Üzvi kimyəvi tullantıların (pestisidlərin) məhv edilməsi ilə bağlı layihələr üzərində işləmək üçün Azərbaycanda QHT-lərin kifayət qədər maarifləndirilməsinə ehtiyac var. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Pestisidlər Assosiasiyasının Direktorlar Şurasının sədri Bram de Borst bildirib. O qeyd edib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən QHT-lərdə son zamanlar aktivlik müşahidə olunsa da, onlar kifayət qədər beynəlxalq təcrübədən yararlanmırlar. “Ümumiyyətlə, üzvi tullantıların məhv edilməsi çox mürəkkəb məsələdir və burada mütləq beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır. Biz Azərbaycandakı QHT-lər ilə əməkdaşlığa hazırıq” - deyə B.Brost vurğulayıb.
    09.09.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda siyasi məqsədlərlə həbs olunmuş gənc məhbus yoxdur”
    “Azərbaycanda siyasi məqsədlərlə həbs olunmuş gənc məhbus yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu bəyanatla gənclər və idman naziri Azadi Rəhimov çıxış edib. Nazirin sözlərinə görə, həbsdə olan gənclər hamısı dələduzluq üstündə cəzalandırılıb: “Heç kimi boş yerə həbs etmirlər. Məsələn, Emin Milli, Adnan Hacızadə vaxtilə xuliqanlıq edib tutuldular, lakin indi azadlıqdadırlar. Bəxtiyar Hacıyev səbəbsiz yerə həbs edilib? Yox. O gənc əsgərlikdən yayınırdı və buna uyğun da qanunla həbs edilib”.
    09.09.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova və Rüstəm Usubov DSK sədrləri üçün mühazirə deyib
    Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. “KƏLAMİNFO” xəbər verir ki, kursların 4-cü günündə ombudsman Elmira Süleymanova “Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi tədbirləri, seçki prosesində insan hüquqlarının müdafiəsi”, baş prokurorun 1-ci müavini Rüstəm Usubov isə “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri” mövzularında çıxış ediblər. Sentyabrın 9-da başa çatacaq kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
    09.09.11 Məqaləni oxumaq
     
    Bakıda Cənubi Qafqaz qaçqınlarının hüquqlarının müdafiəsi ilə əlaqədar regional konfrans keçirilib
    Bakıda Cənubi Qafqazdakı münaqişələr nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının müdafiəsinə həsr olunmuş regional elmi-praktik konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir Qarabağ Azadlıq Təşkilatının təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə baş tutub. Konfransda QAT sədri Akif Nağı, Deportasiya Qurbanları Mərkəzinin nümayəndəsi Eldar Namazov, Gürcüstandakı Məcburi Köçkünlərin Hüquqlarına dair Koalisiyanın təmsilçiləri Zurab Bendianaşvili və Levan Geradze, həmçinin Azərbaycan Ahıska Türklərinin Vətən Cəmiyyətinin sədri Fəzli Əşrəfov məruzələrlə çıxış ediblər. Tədbirdə ekspertlər, ictimai xadimlər iştirak ediblər.
    08.09.11 Məqaləni oxumaq
     
    Ombudsman Aparatına şikayətlərin sayı artıb
    Ombudsman Aparatına vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ombudsman Elmira Süleymanova deyib. Onun sözlərinə əsasən, quruma rəhbərlik etdiyi ilk illərdə şikayətlərin sayı bu qədər olmayıb. “Fəaliyyətimiz dövründə şikayətlərin sayı da çoxaldı. Nəzərinizə çatdıra bilərəm ki, ötən il müvəkkilliyə 11660 şikayət daxil olub. Çox güman ki, bu il də şikayətlərin sayı artsın” - deyə o əlavə edib. Elmira Süleymanova şikayətlərin sayının artmasını Ombudsman Aparatına olan etimad kimi dəyərləndirib.
    08.09.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: “Azərbaycanda insan hüquqlarının təmin edilməsində böyük irəliləyişlər var”
    “Son illər Azərbaycanda insan hüquqlarının təmin edilməsi məsələsində böyük irəliləyişlər var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ombudsman Elmira Süleymanova deyib. İnsan hüquqları üzrə müvəkkilin sözlərinə əsasən, bu sahədə müəyyən problemlər də var ki, onların aradan qaldırılması istiqamətində işlər aparılır. “İnsan hüquqları ilə bağlı bütün dünya ölkələrində problemlər var. Bu vaxta qədər Azərbaycan insan hüquqlarıyla bağlı 230-dan çox beynəlxalq konvensiyaya qoşulub. Ölkəmiz, həmçinin 9 beynəlxalq saziş imzalayıb ki, bunlar da fəaliyyətimizdə rəhbər tutulmalıdır. Bu sənədləri həyata keçirmək üçün onları dərindən öyrənib mənimsəmək vacibdir” - deyə o əlavə edib.
    08.09.11 Məqaləni oxumaq
     
    Akif Nağı: “Qarabağ ermənilərsiz olmalıdır”
    “Qarabağ ermənilərsiz olmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib: “Biz istəyirik beynəlxalq təşkilatların diqqətinə çatdıraq ki, Cənubi Qafqazda yaranmış münaqişəli vəziyyətin, milyonlarla insanın öz yurd-yuvasından qaçqın düşməsinin, Azərbaycan və Gürcüstan dövlətlərinin bu ciddi problemdən əziyyət çəkməsinin səbəbkarları işğalçı Ermənistan və işğalçı Rusiyadır”. QAT sədrinin sözlərinə görə, Ermənistanın və Azərbaycanın rəsmi statistikası göstərir ki, Qarabağdan olan azərbaycanlıların hazırkı sayı 75 min nəfər, ermənilərin sayı isə 70 min nəfərdir: “Təklif edirik ki, həmin ermənilər və azərbaycanlılar öz müqəddəratlarını həll etsinlər. Biz beynəlxalq təşkilatlardan bunu istəyirik”.
    08.09.11 Məqaləni oxumaq
     
    Avropalı mütəxəssislərin tullantılarla bağlı Azərbaycana təklifləri var
    Cənubi Qafqazda, o cümlədən də Azərbaycanda təsərrüfat və sənaye tullantılarının, eyni zamanda üzvi kimyəvi tullantıların artmasının qarşısının alınması üçün kifayət qədər şərait var. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Qəbələdə səfərdə olan Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Bərk və Təhlükəli üzvi kimyəvi tullantıların idarə olunması üzrə Mərkəzin sədri İvan Holoubek bildirib. O qeyd edib ki, buna Azərbaycanın əlverişli təbii şəraiti də əsas verir. “Bununla bağlı Azərbaycana bizim təkliflərimiz də var. Təkliflərdə ilk növbədə nəzərdə tutulub ki, Azərbaycanda sənaye tullantılarının idarə olunması üçün xüsusi yerlər ayrılsın və əmələ gələn tullantılar təkrar emal və yaxud məhv edilsin.
    08.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30