Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 70 71 72 73 74 75 76 77 78 » #
    ÜST: Qeyri-yoluxucu xəstəliklərlə bağlı problemləri həll etmək üçün 30 trilyon dollar lazım olacaq
    Qeyri-yoluxucu xəstəliklərlə bağlı problemləri həll etmək üçün növbəti 20 ildə daha çox 30 trilyon dollar lazım olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru xanım Margaret Chan bildirib. Onun sözlərinə görə, bu bahalı xəstəliyin tamamilə məhv edilməsi üçün bütün iqtisadi mənfəətləri səfərbər etməklə bütün xəstələr üçün müalicə işini təmin edərək həyat şəraitini dəyişmək lazımdır. “Bu baxımdan “Sağlamlıq 2020” Fəaliyyət Planını xüsusi diqqətə layiqdir” - deyə ÜST baş direktoru vurğulayıb.
    13.09.11 Məqaləni oxumaq
     
    Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatını dəyişir
    Dünyanın bir çox ölkəsində, o cümlədən Avropa ölkələrində də Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına tam əməl olunmur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sevil Əsədova bildirib. O qeyd edib ki, konvensiyada tütündən azad zonanın yaradılması nəzərdə tutulub. “Konvensiyaya görə ictimai yerlərdə tütündən istifadə qadağan olunub. Çünki tütün tək ondan istifadə edənə yox, ətrafdakılara da zərrər verir. Buna passiv tütünçəkmə deyilir. Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatanı dəyişir” - deyə o vurğulayıb. S.Əsədova deyir ki, konvensiyada nəzərdə tutulan tütün məhsullarının reklam olunmasının qadağası Azərbaycanda həyata keçirilir. “Amma siqaretin tək-tək satılması düzdüz olmasa da, Azərbaycanda buna əməl edilmir” - deyə o, əlavə edib.
    13.09.11 Məqaləni oxumaq
     
    Mehriban Əliyeva: Azərbaycan səhiyyə sahəsində bir çox nailiyyət qazanıb
    “Ümidvaram ki, Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva sessiyaya göndərdiyi təbrik məktubunda bildirib. O qeyd edib ki, ötən illərdə Azərbaycan səhiyyəsi böyük bir inkişaf yolu keçərək tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yeniləndirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyət qazanıb. “Effektiv həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülüb.
    13.09.11 Məqaləni oxumaq
     
    SAM-ın eksperti Vaşinqtonda keçiriləcək konfransda əsas məruzəçi qismində iştirak edəcək
    Sentyabrın 15-də Vaşinqtonda, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (CSİS) “Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin iyirmi illiyi. Nailiyyətlər və təhdidlər” mövzusunda konfrans keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov tədbirə qatılaraq “Müstəqilliyin 20 ili: Mövcud nəticələr Azərbaycan təcrübəsində” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. Cənubi Qafqaz regionun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri konfransda müzakirə olunacaq.
    12.09.11 Məqaləni oxumaq
     
    Moldovanın səhiyyə naziri: “Bütün postsovet ölkələri üçün ən aktual məsələ səhiyyə sisteminin maliyyələşdirilməsidir”
    “Bu gün bütün postsovet ölkələri üçün ən aktual məsələ səhiyyə sisteminin maliyyələşdirilməsidir. Biz çox istərdik ki, MDB ölkələrində səhiyyənin maliyyələşdirilməsi artırılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Moldovanın səhiyyə naziri Andrey Usatıy bildirib. O qeyd edib ki, bu gün postsovet məkanında yoluxucu xəstəliklərin əhatə dairəsi genişlənib və zəruri addımlar atılması tələb olunur. Buna görə də səhiyyə sisteminə dəstəyin artırılması labüddür. Bunun üçün indi aktual problem maliyyə məsələsidir. Biz bununla bağlı strategiya hazırlayacağıq ki, hansısa layihələr ortaya çıxsın. Ən azı bu xəstəliklərdə müayinə pulsuz olmalıdır” - deyə moldovalı nazir vurğulayıb. Onun sözlərinə görə, belə bir strategiya hazırlanarsa, MDB-də təhlükəsiz tibbə nail olmaq olar.
    12.09.11 Məqaləni oxumaq
     
    Oqtay Şirəliyev: “Azərbaycan səhiyyə sistemi Avropa səhiyyəsinin bir hissəsidir”
    “Bu gün Azərbaycan səhiyyə sistemi Avropa səhiyyəsinin bir hissəsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib. O qeyd edib ki, buna görə də bu gün Bakıda keçirilən ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyasında qəbul olunan qərar və tövsiyələr Azərbaycan üçün önəmlidir. “Tədbirdə iştirak edən qonaqlar Azərbaycan səhiyyəsi ilə tanış olmaq üçün buradakı tibb müəssisələrini, tibb məktəblərini gəzəcək, vəziyyətlə tanış olacaq və öz tövsiyələrini verəcəklər. Azərbaycanın inkişafı, o cümlədən səhiyyəsinin inkişafı hamını maraqlandırır. Sessiya vaxtı bütün bunlar haqqında qonaqlara məlumatlar veriləcək”-deyə nazir vurğulayıb.
    12.09.11 Məqaləni oxumaq
     
    Oruc Zalov: Ötən seçkilərdə xoşagəlməyən hallara az rast gəlinib
    Ötən ilki parlament seçkiləri ərəfəsində Azərbaycanda namizədlər tərəfindən 1600 görüş, piket keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavininin sözlərinə əsasən, bunların 1500-ü müvafiq orqanlarla razılaşdırılmış mitinq olub. “Polis bu piketlər zamanı asayişin keşiyində dayanıb, xoşagəlməyən halların qarşısının alınması üçün profilaktik tədbirlər görüb” - deyə o, əlavə edib. O. Zalovun sözlərinə görə, həmin il xoşagəlməyən hallara az rast gəlinib. O qeyd edib ki, ötən ilki parlament seçkiləriylə bağlı beynəlxalq təşkilatlar tərəfindən respublikaya irad tutulmayıb. “Keçmiş təcrübələr imkan verir ki, bunları gələcəkdə olan bütün seçkilərdə tətbiq edək”.
    10.09.11 Məqaləni oxumaq
     
    16 yaşına çatan vətəndaşların 99 faizi şəxsiyyət vəsiqəsilə təmin edilib
    “Ötən seçkilər zamanı şəxsiyyət vəsiqələri ilə bağlı müəyyən problemlər ortaya çıxıb. Məsələn, elə vətəndaşlar var ki, vaxtında vəsiqələrini dəyişdirməmişdi. Ancaq buna baxmayaraq, seçki dövrünə qədər vəsiqəsini dəyişdirə bilməyən şəxslərə seçkidə iştirak etmək üçün şərait yaradılır. Vətəndaşlar bilməlidir ki, 25, 35, 50 yaş tamam olandan sonra şəxsiyyət vəsiqələri dəyişdirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib.
    09.09.11 Məqaləni oxumaq
     
    102 xidmətinə gün ərzində 2500-3000 müraciət daxil olur
    Daxili İşlər Nazirliyinin 102 xidmətinə gün ərzində 2500-3000 müraciət daxil olur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. Nazir müavininin sözlərinə əsasən, müraciətlərin 80%-ni DİN-ə aidiyyəti olmayan məsələlərlə bağlı zənglər təşkil edir. “Ancaq polis vətəndaşlara yardım məqsədilə DİN-ə aid olmayan müraciətləri də müvafiq orqanlara göndərir. Polisə aid olan müraciətlərlə bağlı isə 15 dəqiqə ərzində adekvat tədbirlər görülür. Bunun üçün hüquq-mühafizə orqanlarında kifayət qədər çevik imkanlar var” - deyə O Zalov əlavə edib.
    09.09.11 Məqaləni oxumaq
     
    11-ci Beynəlxalq Pestisidlər Forumunun yekununda Qəbələ Bəyannaməsi qəbul olunub
    Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisidlər Forumu bu gün öz işini başa vurub. “KƏLAMİNFO” xəbər verir ki, forumun yekunu olaraq Qəbələ bəyannaməsi qəbul olunub. Bəyannaməyə görə, Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilər (DÜÇ) - pestisidlərin ekoloji təmiz məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq.
    09.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 70 71 72 73 74 75 76 77 78 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30