Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  69 70 71 72 73 74 75 76 77  #
    SAM-ın əməkdaşı Corc Marşal Mərkəzində tədqiqat aparacaq
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzi tərəfindən Ali Təhlükəsizlik Proqramında iştirakla bağlı dəvət alıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Şiriyev Corc Marşal Mərkəzində təhlükəsizlik mövzusunda tədqiqatlar aparacaq. Proqram çərçivəsində regional və beynəlxalq təhlükəsizlik sahəsində Avropa və Amerikanın aparıcı elm adamlarının məruzələri, ABŞ-a təcrübə səfəri nəzərdə tutulub. Proqramın sonunda iştirakçıların təhlükəsizlik mövzusunda təqdimatlarının keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzi ABŞ-ın və Almaniya Müdafiə Nazirliklərinin təhlükəsizlik və müdafiə tədqiqatları sahəsində unikal institutdur. 1993-ci ildən etibarən Mərkəz sülh, təhlükəsizlik sahəsində Şimali Amerika, Avropa və Avrasiya arasında əməkdaşlığın təşviqi və xüsusilə müdafiə sahəsində, demokratik institutlarla bağlı tədqiqatları və sabit təhlükəsizlik mühitinin gücləndirilməsi missiyasını yerinə yetirir.
    17.09.11 Məqaləni oxumaq
     
    Bakıda dünya ölkələri üçün 2020-ci ilədək dövrü əhatə edən sağlamlıq proqramı müzakirə edilib
    Bakıda dünya ölkələri üçün 2020-ci ilədək dövrü əhatə edən sağlamlıq proqramının müzakirəsi aparılıb. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çan bildirib. O, qeyd edib ki, bu təşəbbüs bu günlərdə Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası ərəfəsində ortaya çıxıb və ölkələr tərəfindən müsbət qarşılanıb. “Bu məsələ bütün ölkələr üçün vacibdir. Çünki bu gün istər münaqişə ocaqlarında, istər təbii fəlakətlər zonasında, istərsə də infeksion xəstəliklərin geniş yayıldığı ərazidə insanların sağlamlığı kütləvi olaraq risk altındadır. Hesab edirəm belə bir proqramın qəbul olunması bizə çox kömək edəcək”,-deyə ÜST-nin baş direktoru vurğulayıb.
    16.09.11 Məqaləni oxumaq
     
    BQXK Azərbaycanda saxlanılan ermənilərə baş çəkib
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan 3 erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova verib. Ş.Qəhrəmanova qeyd edib ki, onlara 4 “Qızıl Xaç” məktubu və şəkillər ötürülüb, onlardan isə 6 “Qızıl Xaç” məktubu alınıb. Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
    16.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Litva arasında yeni saziş imzalanıb
    Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Litvanın naziri Raimondas Şukys ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycan Səhiyyə Nazirliyi ilə Litva Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində birgə əməkdaşlığa dair saziş imzalanıb. Səhiyyə sahəsinin bir çox aspektlərinin özündə əks etdirən bu saziş hər iki ölkə üçün çox əhəmiyyətli bir addım kimi qəbul edilib. Sənəddə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, öz səlahiyyətləri daxilində bir çox məsələlərin həyata keçirilməsi planlaşdırılır.
    16.09.11 Məqaləni oxumaq
     
    Gürcüstanda “Eternity-2011” kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək
    Sentyabrın 18-dən 25-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində “Eternity-2011” (“Sonsuzluq-2011”) kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi qurumları, boru kəmərlərinin mühafizəsi ilə məşğul olan strukturlar və şirkətlərdən nümayəndələr iştirak edəcək. Qeyd edək ki, hər üç ölkənin hərbçilərinin iştirakı ilə ildə bir dəfə keçirilən təlimin mövzusu əsas ixrac boru kəmərlərinin mühafizəsinin təşkilidir. Təlim qərargah daxilində simulyativ formada aparılır.
    15.09.11 Məqaləni oxumaq
     
    Xarici İşlər Nazirliyi bəyanat yayıb
    Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünüidarəetmə orqanlarına” “seçkilər” keçirilməsi ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən ‘KƏLAMİNFO”ya verilən məlumata görə, Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına” “seçkilər” keçirmək nəzərdə tutulub. Xarici İşlər Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Qondarma seçkilər Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir.
    15.09.11 Məqaləni oxumaq
     
    Oqtay Şirəliyəv bir sıra ölkələrin nümayəndələri ilə danışıqlar aparıb
    Sentyabrın 12-15- tarixlərində Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bunlar arasında Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə bir çox məsələlərə toxunulub. O.Şirəliyev Türkiyə səhiyyə sektorunda görülən coxşaxəli işlərdən, əldə olunan nailiyyətlərdən, dost ölkədə səhiyyə təşkilatçılığı baxımından uğurlu layihələrə imza atmalarından bəhs edib. R.Akdağın Azərbaycan səhiyyəsinə xüsusi önəm verdiyini deyən Oqtay Şierəliyev kadr hazırlığı, Türkiyənin tanınmış universitetlərində keçirilən uzmanlıq kurslarından, ölkəmizdə tibb elminin inkişafı baxımından Azərbaycan səhiyyəsinə böyük dəstək olduğuna görə, R.Akdağa təşəkkürünü bildirib. Görüş əsnasında türkiyəli nazir ölkəsində son illər ərzində əldə etdikləri nailiyyətlərdən danışaraq bu təcrübənin Azərbaycanla paylaşmanın tərəfdaşı olduğunu söyləyib.
    15.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan dili Gürcüstanda dövlət dili ola bilər
    Gürcüstanın bəzi rayonlarında Azərbaycan, erməni və digər dillərə dövlət dili statusu verilək. “KƏLAMİNFO” news.am-a istinadən xəbər verir ki, bu barədə Leyboristlər Partiyasının siyasi katibi Georgi Quqava məlumat verib. Onun sözlərinə əsasən, hakimiyyətin planının reallaşması ilə həmin bölgələrdə təhsil, məhkəmə iclasları, inzibati və vətəndaş əlaqələri daha gürcü dilində həyata keçirilməyəcək: “Amerikadakı erməni lobbisinin tapşırığı və Saakaşvilinin satqın dəstəsinin əli ilə ölkəmizin daha da çox bölünməsi üçün növbəti antimilli qərar qəbul etməyə hazırlaşırlar. Həmin qanun layihəsinə səs verəcək deputatlar Gürcüstan tarixinə vətən satqını kimi daxil olacaqlar” - deyə o, əlavə edib.
    14.09.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda səhiyyə sahəsində baş verən dəyişikliklər bizdə maraq oyadıb”
    “Azərbaycanda səhiyyə sahəsində baş verən dəyişikliklər bizdə kifayət qədər maraq oyadıb. Buna görə də biz çox istəyirik ki, bu sahədə Azərbaycanla Rusiya arasında əlaqələr daha da genişləndirilsin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan Rusiya səhiyyə və sosial inkişaf nazirinin müavini Veronika Stvartskova bildirib. O qeyd edib ki, sağlamlıq sahəsində əməkdaşlıq iki ölkənin xeyrinədir. “Rusiya Azərbaycanla özündə olan bütün müsbət nailiyyətləri bölüşməyə hazırdır. Səhiyyə barədə əməkdaşlığımızda ən vacib konsepsiyalardan biri qeyri-infeksion xəstəliklərlə mübarizə konsepsiyasıdır. Bu, ölümlərin və dünyada olan xəstəliklərin, əlilliyin əsas səbəbidir” - deyə V.Stvartskova vurğulayıb. O, həmçinin bildirib ki, Rusiya başqa ölkələrlə birlikdə ən aktiv konsepsiyanın hazırlanmasında iştirak edib və bu təcrübəni də Azərbaycanla bölüşməyə hazırdır. “Rusiyanın bu təcrübəsi Moskva deklorasiyası və Ümumdünya Səhiyyə Təşkilatının qətnaməsində öz əksini tapıb. Azərbaycandakı mütəxəssislər bununla çox yaxından tanışdırlar” - deyə o, əlavə edib.
    14.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirəcək
    Yaxın illərdə Azərbaycan və Türkiyə arasında səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Recep Akdağ bildirib. O qeyd edib ki, bu məqsədlə Ankara tərəfindən Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət olunub və yaxın vaxtlarda bu səfərin baş tutması gözlənilir. “İki qardaş ölkə üçün səhiyyə kifayət qədər həssas sahədir və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi vacibdir”-deyə R.Akdağ vurğulayıb. Onun sözlərinə görə, hal- hazırda Azərbaycanla Türkiyə arasında yeni səhiyyə sərgisi müzakirə olunur. “Bunun üçün bir-birimizə necə yardım edəcəyik, hansı nəticəyə gələcəyik kimi məsələlər müzakirələrimizin əsas mövzusudur” - deyə türkiyəli nazir əlavə edib.
    13.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  69 70 71 72 73 74 75 76 77  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30