Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı regional seminara qatılıb
    Bu gün Batumidə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Komissiyasının dəstəyi ilə “Korrupsiyanın aradan qaldırılmasında və effektivliyin gücləndirilməsində dövlət orqanlarında xidmətlərin göstərilməsinin rolu” mövzusuna həsr olunmuş regional seminar işə başlayıb. Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin əməkdaşı Zaur Qəmbərovun təmsil etdiyi tədbir çərçivəsində dövlət orqanlarında xidmətlərin göstərilməsində səmərəli üsullar müzakirə olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Seminarda xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasında və korrupsiyanın qarşısının alınmasında əsas meyar kimi informasiya-kommunikasiya texnologiyalarına xüsusi diqqət yetiriləcək. Tədbir iştirakçıları regionun digər ölkələrində dövlət orqanlarında xidmətlərin, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı vəziyyətlə tanış ola, bu istiqamətdə öz fikirlərini bölüşə, eləcə də işgüzar əlaqələr qura və faydalı təcrübə əldə etmək imkanından yararlana bilərlər. Tədbir sentyabrın 24-dək davam edəcək.
    23.09.11 Məqaləni oxumaq
     
    Bakıda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri müzakirə ediləcək
    Noyabrın 8-i AMEA Rəyasət Heyətində “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayacaq. Konfrans AMEA Radiasiya Problemləri İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən alimlərin iştirakı gözlənilir. Beynəlxalq tədbirdə, həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər. Konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
    23.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanın Rabitə və Təhsil nazirliklərində yeni sistem tətbiq olunacaq
    “Ultra” şirkəti Azərbaycanın daha iki nazirliyində elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlayıb. Bunlardan biri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Sistemin yerləşdirilməsi işləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bərabər Təhsil Nazirliyində də aparılır. İşlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, elektron sənəd dövriyyəsi sistemi artıq şirkət tərəfindən İqtisadi İnkişaf, Maliyyə nazirliklərində və Heydər Əliyev Fondunda tətbiq edilir.
    22.09.11 Məqaləni oxumaq
     
    Məcburi köçkünlər üçün tikilən 3 yaşayış binasının açılışı olacaq
    Azərbaycanda bu il üç yerdə qaçqınlar və məcburi köçkünlər üçün tikilən yaşayış binalarının açılışı olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açıqlayıb. Ə.Həsənov deyib ki, Ağcabədi rayonunda Laçından olan məcburi köçkünlər üçün 552 fərdi evdən ibarət qəsəbənin tikintisi başa çatıb. Həmin qəsəbənin oktyabr ayında açılışı nəzərdə tutulub. “Dövlətqaçqınkom”un sədri bildirib ki, həmin evlərdə Taxtakörpü ərazisində pis şəraitdə yaşayan laçınlı məcburi köçkünlər yerləşdiriləcək. Ə.Həsənov əlavə edib ki, həmin rayonda 10 ədəd 556 evdən ibarət beşmərtəbəli yaşayış binası tikilir. Binanın bu ilin noyabr və ya dekabr aylarında açılışı gözlənilir. Ə.Həsənov deyib ki, digər bir yaşayış məntəqəsi isə Goranboyda inşa edilir. Həmin 9 ədəd beşmərtəbəli binaya Xocalıdan olan məcburi köçkünlər yerləşdiriləcək.
    21.09.11 Məqaləni oxumaq
     
    Prokurorluq sistemində kadr dəyişiklikləri olub
    Azərbaycanın prokurorluq sistemində kadr dəyişiklikləri olub. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov, Abşeron rayon prokuroru vəzifəsini icra edən Azər Vahabzadə və Qobustan rayon prokuroru İlham Məmmədov tutduqları vəzifədən azad olunmaqla müvafiq olaraq Abşeron, Qobustan və Xızı rayon prokuroru vəzifələrinə təyin olunublar.
    21.09.11 Məqaləni oxumaq
     
    “Müasir İKT-nin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
    Sentyabrın 22-də Azərbaycan Texniki Universitetində “Müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetidir. Rabitə nəzəriyyəsi, müasir informasiya texnologiyaları və informasiyanın mühafizəsi, müasir naqilsiz rabitə texnologiyaları, təsvirlərin emalı üsulları və vəsitələri, kompyuter şəbəkələri və idarəetmə sistemləri bölmələrindən ibarət olacaq konfrans öz işini sentyabrın 24-də başa vuracaq.
    20.09.11 Məqaləni oxumaq
     
    Payızın ilk günündə havalar dəyişkən buludlu keçəcək
    Payız fəslinin gəlişi ilə havada dəyişkənlik müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “KƏLAMİNFO”ya verilən məlumata görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılıb. Havanın temperaturunun gecə 15-19, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir. Rayonların hava durumuna gəldikdə isə, sentyabrın 21-də və 22-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin 21-də gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.
    20.09.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: Dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzanı qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQİDK-dən veriblər. Görüşdə Dövlət Komitəsinin sədri Azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olmağına şübhə etmədiyini qeyd edib. H.Orucov əlavə edib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında işgüzar münasibətlər ənənəsi mövcudur və bu davam etdiriləcək. Səfir Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu önə çəkib, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə “yox” demək iradəsinin malikliyinin əsas rol oynadığını vurğulayıb.
    20.09.11 Məqaləni oxumaq
     
    Polis Akademiyasının məzunları işlə təmin olundu
    Bu gün Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların Bakı BPİ-nin, həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin paytaxtda yerləşmiş orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN-nin mətbuat xidmətindən veriblər. Daxili işlər naziri Ramil Usubov tədbirdə bu təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, son illər həyata keçirilən bu yeniliyin artıq praktikada özünü doğrultduğunu, gənc əməkdaşlara lazımi diqqət və qayğının göstərilməsinin DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdən olduğunu vurğulayıb. DİN-nin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə nazirliyə 57 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib. Bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.
    18.09.11 Məqaləni oxumaq
     
    Nuşirəvan Məhərrəmli: Yerli telekanalların üzərinə böyük məsuliyyət düşür
    Bu gün Milli Televiziya və Radio Şurasında sədr Nuşirəvan Məhərrəmlinin iştirakı ilə “Azərbaycanda milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə N.Məhərrəmli bildirib ki, Azərbaycanda filmlərin çəkilməsinə dövlət tərəfindən diqqət var. Onun sözlərinə görə, bu sahədə son vaxtlar canlanma müşahidə olunur. “Milli filmlərin çəkilməsi üçün dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə kifayət qədər vəsait ayrılır. Ancaq təəssüf ki, nazirlik tərəfindən çəkilən filmlər yalnız beynəlxalq müsabiqələrdə nümayiş olunur, yerli tamaşaçılar həmin filmlərlə az tanış olurlar”,-deyə MTRŞ sədri vurğulayıb. N.Məhərrəmli hesab edir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilən filmlər ilk növbədə Azərbaycan tamaşaçıları üçün geniş təqdim olunmalıdır. “Bunun üçün dövlət tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə ildə 50-60 filmin çəkilməsi üçün vəsait ayrılır”,-deyə o, əlavə edib. N.Məhərrəmli deyib ki, bu məsələdə yerli telekanalların üzərinə böyük məsuliyyət düşür. “Onlar daha çox xarici serialları nümayiş etdirirlər. Düzdür, son vaxtlar nisbətən milli serialların çəkilişinə diqqət artsa da, lakin bu azdır”,-deyə MTRŞ sədri bildirib.
    17.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30