Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 66 67 68 69 70 71 72 73 74 » #
    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” ailə institutunu gücləndirəcək
    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi ” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ailə institutunun güclənməsinə dair təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər.
    03.10.11 Məqaləni oxumaq
     
    Dünya Gənclər Bankı 5 beynəlxalq səviyyəli konfrans keçirəcək
    “Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və regional ofisin baş əməliyyat direktoru Elxan Qazizadə bu gündən etibarən oktyabrın 7-nə kimi Küzey Kıbrıs Türk Cümhuriyyəti və Türkiyəyə işgüzar səfərləri başlayır. Bankın ofisindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində Bankın Təhsil Departamentinin iş əlaqələri və MDB ölkələri üzrə Lefke Avropa Universitetinə oktyabrın 25-dən etibarən aparılacaq qəbulla bağlı müzakirələrin aparılması, habelə KKTC-nin digər universitetləri ilə görüşlər planlaşdırılır.
    03.10.11 Məqaləni oxumaq
     
    İctimai yerlərdə siqaret çəkənlər 50-100 manat cərimə edilsin
    “Milli Məclisdə ölkədə ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi müzakirəyə çıxarılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları parlamentin payız sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, tütündən istifadə etmək tək siqaret çəkənin deyil, onun ətrafında olanlarının da səhhətinə ziyan verir. “Avropa ölkələrində bununla bağlı qanun var və bütün ölkələrdə bu qanunun effektiv olduğunu qeyd edirlər. “Bakıda qarşıdan gələn “Eurovision” mahnı müsabiqəsi vaxtı minlərlə avropalı və digər yerlərdən gələn qonaqların hər yerdə siqaretin çəkilməsinin şahidi olması xoş deyil” - deyə o vurğulayıb. O, həmçinin ölkədə uşaqların siqaret almasına şərait olduğunu qeyd edərək bildirib ki, valideynlər bu məsələyə nəzarət edə bilmirlər. Q.Paşayeva tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin məhz Milli Məclisin payız sessiyasında qəbul olunması təklifini irəli sürüb.
    01.10.11 Məqaləni oxumaq
     
    Avropa Birliyi Türkiyə vətəndaşlarına viza verilməsini sadələşdirəcək
    Avropa Birliyi viza bərabərliyi ilə bağlı türk vətəndaşlarına qarşı tətbiq olunan məsələlərə pozitiv siqnallar verir. AB viza rejiminin ləğv olunması ilə bağlı “Yol xəritəsi”nə imza atacaq, eyni zamanda, viza verilməsinin sadələşdirilməsi istiqamətində addımlar atacaq. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Türkiyənin AB işləri üzrə naziri Egemen Bağış bu prosesi aşağıdakı sözlərlə xarakteristika edib: «Mən ilk dəfə tunelin sonunda işıq gördüm». AB-yə tamhüquqlu üzvlüyə namizəd olan Türkiyə vətəndaşlarına qarşı viza məsələsində ədalətsiz yanaşma Avropa Parlamentində müzakirə olunub. İlk dəfə olaraq AB ən ali səviyyədə viza rejiminin ləğvi ilə bağlı məsələyə pozitiv siqnal verib. Avropa Komissiyasının daxili işləri üzrə məsul olan Sesiliya Malmstryom bildirib ki, viza rejiminin ləğvi ilə bağlı “Yol xəritəsi” hazırlanıb, eləcə də vizanın alınmasının asanlaşdırılması ilə bağlı addımlar atılacaq.
    30.09.11 Məqaləni oxumaq
     
    Hindistanda “Yer dinamikası – nailiyyətlər və uğursuzluqlar” adlı beynəlxalq konfrans keçirilib
    Hindistanda “Yer dinamikası – nailiyyətlər və uğursuzluqlar” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri Hətəm Quliyev və AMEA-nın Xarici əlaqələr şöbəsinin müdiri Ədalət Həsənov təmsil ediblər. Bu barədə “KƏLAMİNFO”ya AMEA-nın Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Konfransın təşkilat komitəsinin üzvü olan H.Quliyevin sözlərinə görə, tədbirdə ümumən 9 ölkə, o cümlədən ABŞ, İtaliya, Rusiya, Norveç, Kolumbiya, İran və Avstraliyadan nümayəndələr iştirak edib. Alimlər Yerin daxili dinamikası, bu mənada Yer qabığında baş verən təbii fəlakət və geoloji təhlükələr, həmçinin Yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin təsiri müzakirə ediblər. Azərbaycanlı alimlər hindistanlı həmkarları ilə yer elmləri sahəsində gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
    30.09.11 Məqaləni oxumaq
     
    Yaqub Mahmudov: “Ermənilər Dədə Qorqudun qəbrini partlatmaq istəyirlər”
    “Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda, qayalardan birində olması barədə Övliya Çələbi, Adam Oliyarinin əsərlərində məlumatlar var. İlk mənbə olan bu tarixi faktda hətta şəkil materialları da var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov deyib. Dədə Qorqudun qəbrinin olduğu dağın partladılacağı barədə yayılan məlumatlara münasibət bildirən Y.Mahmudov təsdiq edib ki, belə məlumatlar var: “Dədə Qorqud Azərbaycan və bütün türk xalqları üçün müqəddəsdir. İş o yerə çatıb ki, ermənilər bu müqəddəsliyə də əl uzadırlar.
    30.09.11 Məqaləni oxumaq
     
    Demokratik İslahatlar Partiyasının III qurultayının vaxtı bəlli oldu
    Demokratik İslahatlar Partiyasının Siyası Şurasının növbəti toplantısı olub. Bu barədə “KƏLAMİNFO”ya partiyadan məlumat verilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın III qurultayına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Partiyanın III qurultayının oktyabrın 7-si keçirilməsi qərara alınıb.
    29.09.11 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: Metsamor AES bölgə üçün təhlükədir və bu bizi narahat edir
    Ermənistanın Metsamor Atom Elektrik Stansiyası bölgə üçün təhlükədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. Akademik deyib ki, Metsamor AES heç bir Avropa standartlarına uyğun gəlməyən, fəaliyyəti tükənmiş bir stansiyadır. Onun sözlərinə görə, Avropa İttifaqı bu stansiyanın bağlanmasını dəfələrlə tələb edib. “Ancaq buna baxmayaraq Ermənistan bu stansiyanı işlədir, hətta yeni reaktorun qurulması haqqında da qərar qəbul ediblər. Bu stansiyada hansısa qeyri-standart bir vəziyyət alınarsa, nə isə bir hadisə baş versə, onun qarşısını almaq çətin olacaq. Bu məsələ bizi narahat edir”.
    29.09.11 Məqaləni oxumaq
     
    ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər
    ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ABŞ-ın yəhudi icmasının fəal nümayəndələrindən olan Dafna Zimanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını ziyarət edib. Nümayəndə heyətinin rəhbəri D.Ziman Bakıda səfərdə olduqları müddətdə Azərbaycan hökumətinin və Milli Məclisin nümayəndələri ilə görüşlərinin planlaşdırıldığını bildirib.
    29.09.11 Məqaləni oxumaq
     
    Milli Məclisin birinci iclasında 27 məsələ müzakirə olunacaq
    Milli Məclisin sentyabrın 30-da keçiriləcək birinci iclasının gündəliyinə 27 məsələ daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bunları qurumun mətbuat katibi Akif Təvəkküloğlu keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, birinci iclasda payız sessiyasının gündəliyi təsdiqlənəcək. “Həmçinin Azərbaycan hökuməti ilə bir sıra hökumətlər arasında imzalanmış 14 hökumətlərarası saziş təsdiqlənəcək. Eləcə də Cinayət Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsinə, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət rüsumu haqqında” “Daşınmaz əmlakın qeydiyyatı haqqında”, “Sosial sığorta haqqında”. “Məşğulluq haqqında” və sair qanunlara dəyişikliklərin əks olunduğu layihələr müzakirəyə təqdim olunacaq” - deyə mətbuat katibi vurğulayıb.
    29.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 66 67 68 69 70 71 72 73 74 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30