Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 64 65 66 67 68 69 70 71 72 » #
    Harvard Universiteti birinciliyi əldən verdi
    Dünya şöhrətli Harvard Universiteti “Times Higher Education World University Rankings”in tərtib etdiyi reytinq cədvəlində birinciliyi əldən verib. «KƏLAMİNFO»nun məlumatına görə, Britaniyanın “Times Higher Education” jurnalının «Thomson Reuters» agentliyi ilə birgə tərtib etdiyi reytinq cədvəlində bu məlumat əks olunub. Liderliyi isə digər bir Amerika təhsil ocağı - Kaliforniya Texnoloji İnstitutu əldə edib. Harvard isə ikinci olub.
    06.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan Ordusunun iki hərbiçisi şəhid olub
    Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, atışma zamanı Azərbaycan tərəfi itki verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.
    06.10.11 Məqaləni oxumaq
     
    Naxçıvanda poçt operatoru korporativ informasiya sisteminə qoşulur
    Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt şöbəsini avtomatlaşdırılmış korporativ informasiya sisteminə birləşdirir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Avtomatlaşdırılmış korporativ informasiya sistemi əhaliyə bank xidmətləri göstərməyə imkan verəcək. NMR-in bütün ərazisində avtomatlaşdırılmış poçt şöbələrinin ümumi sayı 68-dir. Bu yaxınlarda nazirlik tərəfindən iki yeni poçt şöbəsi istismara verilib. Onlar Culfa rayonunun kənd mərkəzində (Nahacır kəndi) və Şərur rayonunun rabitə evində (Yuxarı Daşarx kəndi) yerləşir. Perspektivdə bu poçt rabitə şöbələri əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətlərinin göstərilməsi imkanı da əldə edəcəklər.
    06.10.11 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
    Noyabrın 24-25-də Bakıda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilən “Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu” mövzusunda Beynəlxalq elmi-təcrübi konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
    05.10.11 Məqaləni oxumaq
     
    “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda Dəyirmi masa keçiriləcək
    Sabah Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarının kadr qurumlarının rəhbərlərinin, QHT-rin, ali təhsil müəssisələrinin və beynəlxlaq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda Dəyirmi masa təşkil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQMK-dan veriblər. Tədbir “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli 1293 nömrəli Sərəncamına əsasən keçirilir.
    05.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan gənclərinin xaricdə təhsilinə ayrılan vəsait artırılıb
    Bu il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına ayrılan vəsait artırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı təhsil nazirinin müavini Qulu Novruzov deyib. Nazir müavini açıqlayıb ki, Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Neft Fondundan 15 mln. manat vəsait ayrılıb. Onun sözlərinə görə, hər il xaricdə təhsil üçün DNF-dən 10 mln. manat vəsait ayrılırdı. Bu il isə bu rəqəm artırılıb. Q.Novruzov deyib ki, ayrılan vəsait onların təhsili, yaşayışı, sığortası, beynəlxalq gediş-gəlişi üçündür. O, 2007-ci ildən bu günə qədər xaricdə təhsil alanlarını sayının 1200-ü ötdüyünü də qeyd edib.
    05.10.11 Məqaləni oxumaq
     
    Bakı Turizm İnformasiya Mərkəzi Fransa Turizm İnstitutu ilə əməkdaşlıq edəcək
    Bakı Turizm İnformasiya Mərkəzi (BTİM) Fransanın Turizm İnstitutu ilə əməkdaşlıqla bağlı sənəd imzalayıb. “KƏLAMİNFO” mərkəzin direktor müavini Bəxtiyar Qılıncova istinadən xəbər verir ki, tərəflər arasında əməkdaşlığın qurulmasını özündə ehtiva edən müqavilə BTİM-ə Azərbaycanda turizmin inkişafı sahəsində müxtəlif proqramların və layihələrin hazırlanmasında Fransa Turizm İnstitutunun peşəkar təcrübəsindən istifadə etmək imkanı yaradacaq. Sənəd çərçivəsində gələcəkdə ölkədə turizmin inkişafına təkan verəcək layihələrin reallaşdırılması, turizm informasiya mərkəzlərinin əməkdaşlarına Fransa Turizm İnstitutunun mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi nəzərdə tutulur. B.Qılıncov bildirib ki, Bakı Turizm İnformasiya Mərkəzi indiyə qədər müxtəlif ölkələrin eyniadlı qurumları ilə 9 əməkdaşlıq sənədi imzalayıb. Ali təhsil müəssisəsi ilə qurumun əməkdaşlığı isə ilk dəfədir.
    05.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanın gənclər təşkilatı beynəlxalq konfransa qatılıb
    Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Avropa Komissiyasının Polşadakı nümayəndəliyi, Avropa İqtisadi və Sosial Komitəsi tərəfindən keçirilən “Avropanın Aktiv Vətəndaşları: Könüllülük” adlı beynəlxalq konfransda iştirak edib. Bu barədə məlumat “KƏLAMİNFO”ya AGAT-dan verilib. Könüllülük fəaliyyəti ilə bağlı Polşada “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində keçirilən konfransda fəal vətəndaşlıq məsələsi müzakirə olunub. Tədbirdə Polşa prezidenti Bronislav Komorovski deyib ki, burada Şərq tərəfdaşları ölkələrindən olan QHT-lərin iştirakı onlar üçün vacib məsələdir. O vurğulayıb ki, könüllülük vəzifə və öhdəlik deməkdir.
    05.10.11 Məqaləni oxumaq
     
    Müdafiə Sənayesi Nazirliyində müstəqilliyimizin 20 illiyi ilə bağlı tədbir keçirilib
    Müdafiə Sənayesi Nazirliyində “Dövlət müstəqilliyinin bərpasından keçən 20 ildə müdafiə sənayesində əldə olunmuş nailiyyətlər və perspektivlər”ə həsr edilmiş yığıncaq keçirilib. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığıncaqda nazir Yavər Camalov ötən 20 ildə respublika üzrə əldə olunmuş uğurlardan danışıb. Bildirib ki, 2010-cu ildə Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulmuş müdafiə təyinatlı məmulatların yaradılması üzrə aparılmış işlər 2007-ci illə müqayisədə 5,3 dəfə artıb. Cari ilin 8 ayında ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb ki, bunun da tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 52,7 faiz təşkil edir.
    04.10.11 Məqaləni oxumaq
     
    Nəqliyyatın intellektual idarə edilməsi üçün 2200 kv.km ərazinin xəritəsi hazırlanıb
    Bakı şəhəri və Abşeron yarımadasında nəqliyyatın intellektual idarə edilməsi layihəsi üzrə şəhərin 2200 kv.km ərazisində nəqliyyatın intellektual idarə edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov yap.org saytına müsahibəsində deyib. Onun sözlərinə görə, bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanıb, aidiyyəti üzrə təhvil verilib. Q.Məmmədov bildirib ki, bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir və işin yerinə yetirilməsi Koreyanın SKCS şirkətinə həvalə edilib. İşin əsas hissəsi olan rəqəmsal xəritələr əsasında Bakı şəhərinin və Abşeron yarımadasının ərazilərində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.
    04.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 64 65 66 67 68 69 70 71 72 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30