Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
    Qərib Məmmədov: Bələdiyyələrə meşələri verək ki, onu qırıb təzədən satsınlar?
    Azərbaycan bələdiyyələrinə əlavə torpaq sahəsinin ayrılmasına imkan yoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Hazırda ölkədə 1 718 bələdiyyənin fəaliyyət göstərdiyini diqqətə çatdıran Q.Məmmədov xatırladıb ki, onlara vaxtında dövlət torpaqlarının 23,5 faizi verilib.
    07.10.11 Məqaləni oxumaq
     
    Məcburi köçkünlərin məskunlaşdırılmasına 1582,8 ha ərazi ayrılıb
    Bu günə qədər məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə onlara 1582,8 ha ərazi ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Komitə sədri deyib ki, bu ərazilər onlar üçün qəsəbələrin salınması, həyətyanı sahələr və kənd təsərrüfatı ilə məşğul olmaq üçün verilib. Onun sözlərinə görə, bunun 12,0 hektarı Abşeron, 627,4 hektarı Ağcabədi, 20 hektarı Göygöl, 634,4 hektarı isə Beyləqan və Füzuli rayonlarında ayrılıb.
    07.10.11 Məqaləni oxumaq
     
    DTXK-yə torpaqların qanunsuz zəbt edilməsi ilə bağlı 8000 şikayət daxil olub
    Bu vaxta qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpaqların qanunsuz zəbt edilməsi və digər bu kimi problemlərlə bağlı 8000 şikayət daxil olub.”KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov deyib. Onun sözlərinə görə, qanun pozuntularının 4000-i DTXK-nin mütəxəssisləri tərəfindən aradan qaldırılıb. O, bu vaxta qədər 3,5 mln. əhaliyə torpaq mülkiyyətinin verildiyini də söyləyib.
    07.10.11 Məqaləni oxumaq
     
    Bakıda kibercinayətkarlıqla mübarizə mövzusunda konfransa start verilib
    Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakıda “Kibercinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kibertəhlükəsizliyin əsas vəzifəsi” mövzusunda konfransa start verilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransı ATƏT-in Bakı ofisi, Azərbaycan hökuməti, ATƏT katibliyinin terrorizm əleyhinə fəaliyyət və strateji polis məsələləri şöbələri, eləcə də Avropa Şurasının dəstəyi ilə təşkil edib. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Turqay qlobal kibertəhlükəsizliyi təmin etmək üçün kibercinayətkarlığa qarşı hökumtlərin cəlb olunması zəruriliyini vurğulayıb. Qeyd edək ki, konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə olunacaq.
    07.10.11 Məqaləni oxumaq
     
    Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
    Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov verib. Onun sözlərinə görə, yoxsulluğun azaldılması üzrə Dövlət Proqramında 2015-ci ilə qədər komissiyanın qarşısına belə bir vəzifə qoyulub. B.Xəlilov deyib ki, məcəllənin hazırlanması ilə bağlı işçi qrupu yaradılıb və onun tərkibinə hüquqşünaslar, beynəlxalq ekspertlər daxildir. B.Xəlilov məcəllənin məqsədi barədə də məlumat verib. “Dövlət qulluğu qanunvericiliyi 30-dan çox qanun və 10-dan artıq digər qanunvericilik aktından ibarətdir. Belə qərara gəlmişik ki, bu qanunvericiliklər bir məcəllə olsa, onun yerlərdə tətbiqi daha asan olar. Məcəlləşmə aparılandan sonra dövlət qulluğu ilə bağlı bir sıra qanunların təkmilləşdirilməsinə də böyük önəm veriləcək”.
    06.10.11 Məqaləni oxumaq
     
    Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısında çıxış edib
    Bu gün Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı işinə başlayıb. Üç gün davam edəcək tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. MŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Amaşov XII illik toplantıdan keçən müddət ərzində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Əsasən quruma ünvanlanan şikayətlər üzərində dayanan sədr vurğulayıb ki, MŞ ölkə mediasındakı neqativ hallarla mübarizədə ictimai qınağa üstünlük verir. Bununla yanaşı Şura ölkədə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsi istiqamətində də işlər aparır. “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanmasına diqqət çəkən Ə.Amaşov ötən müddətdə paralel olaraq jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirildiyini də vurğulayıb.
    06.10.11 Məqaləni oxumaq
     
    Müstəqilliyin 20-ci ildönümünə həsr edilən tədbir keçirilib
    Bu gün Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə müxtəlif nazirliklər, QHT-lər, beynəlxalq təşkilatlar və ali təhsil ocaqlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən DQMK sədri ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu ilə bağlı aparılan islahatlar, onun uğurlu nəticələrindən bəhs edib və qeyd edib ki, bu proses davam etdirilir.
    06.10.11 Məqaləni oxumaq
     
    Bu günə qədər 1500-ə qədər şəxs dövlət qulluğunda işlə təmin edilib
    Bu günə qədər Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının elan etdiyi müsabiqə və müsahibə nəticəsundə 1500-ə qədər şəxs dövlət qulluğunda işlə təmin edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı DQMK sədri Bəhram Xəlilov deyib. Onun sözlərinə görə, hazırda komissiyada 100-dən çox ehtiyat kadr var və onlarla mütamadi iş aparılır.
    06.10.11 Məqaləni oxumaq
     
    Dövlət qulluqçularının reyestrində yaşı 65 və daha artıq olan 430 dövlət qulluqçusu var
    Hazırda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın reyestrinə 17 min dövlət qulluqçusu daxil edilib. KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı DQMK sədri Bəhram Xəlilov deyib. B.Xəlilov deyib ki, bunlar arasında yaşı 65 və daha artıq olan 430 dövlət qulluqçusu var. Onların vəsifəsindən xaric edilməsinə gəlincə, B.Xəlolov bildirib ki, bu işlə dovlət orqanları məşğuldur. Onun sözlərinə görə, bunların bəzilərinin dövlət qulluğuna xitam verilib, bəzilərinin isə müqaviləsi uzadılıb.
    06.10.11 Məqaləni oxumaq
     
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda yeni idarə yaradılacaq
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda elektron təhlükəsizlik idarəsinin yaradılması ilə bağlı hökumətə müraciət ünvanlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında RİTN-nin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, idarənin yaradılmasında əsas məqsəd informasiya resurslarına olan təhlükələrin qarşısının alınmasıdır. “Budapeşt Konvensiyasının 34-cü maddəsinin birinci bəndində əks olunanlar bizim müraciətdə yer alıb” - deyə şöbə müdiri vurğulayıb. O, qeyd edir ki, son zamanlar informasiya resurslarında fırıldaqçılıq, başqa cinayətkarlıqlar da müşahidə edilir. “Bu baxımdan idarənin yaradılması vacibdir” - deyə o, əlavə edib.
    06.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30