Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 62 63 64 65 66 67 68 69 70 » #
    “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimatı olacaq
    Oktyabrın 14-ü “Hilton-Bakı” otelində “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimat mərasimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, kitabın müəllifləri "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılovdur. Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti - münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb.
    11.10.11 Məqaləni oxumaq
     
    Baltik Assambleyası beynəlxalq təşkilatları Qarabağ münaqişəsinin həllinə çağırır
    “Biz bütün beynəlxalq təşkilatları Qafqaz regionundakı münaqişələrin həllinə çağırırıq. Qafqazda münaqişələr həll olunmadıqca ətraf regionlar üçün də sülhə zəmanət yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Milli Məclisdə keçirilən “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” adlı Dəyirmi masada Baltik Assambleyasının (BA) prezidenti xanım Laine Randray bildirib.
    11.10.11 Məqaləni oxumaq
     
    Bakıda “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir
    Bu gün Milli Məclisdə dünəndən strat götürən GUAM PA ilə Baltik Assambleyasının (BA) “Sərhədlər üzərində əlaqələrin qurulması” adlı Birgə Beynəlxalq Konfrans çərçivəsində “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirə GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli sədrlik edib. Ə.Məsimli bildirib ki, artıq dünya düzənində hadisələr sürətlənib, dəyişib. “Xüsusilə postsovet məkanında cərəyan edən proseslər üç il bundan öncə Gürcüstanda baş vermiş avqust hadisələrindən sonra öz istiqamətini dəyişib”,-deyə deputat vurğulayıb.
    11.10.11 Məqaləni oxumaq
     
    Şura “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda tədbir keçirəcək
    Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda Dəyirmi masa keçirəcək. Şuradan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycan QHT sektorunun 20 il ərzində keçdiyi yol nəzərdən keçiriləcək, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr təhlil olunacaq. Tədbirdə dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Şuranın nəşr etdiyi “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının təqdimatı olacaq.
    11.10.11 Məqaləni oxumaq
     
    Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb
    Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı iki günlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyni adlı qurumların hesabatları dinlənilib. MŞ-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb. Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda rasizimin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub.
    11.10.11 Məqaləni oxumaq
     
    E.Məmmədov: GUAM-ın əhatə etdiyi dövlətlərin regionda yaşanan münaqişələrlə bağlı təşəbbüsləri əhəmiyyətlidir
    GUAM-ın əhatə etdiyi dövlətlərin regionda yaşanan münaqişələrlə bağlı təşəbbüsləri əhəmiyyətlidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən GUAM Parlament Assambleyası ilə Baltik Assambleyasının “Sərhədlər üzərindən əlaqələrin qurulması” adlı birgə Beynəlxalq konfransın açılışında GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib. O bildirib ki, müstəqillik əldə etməklə Azərbaycan Ermənistanın işğalçı siyasəti ilə qarşılaşıb. “Beynəlxalq ictimaiyyət bu problemi çözmək əvəzinə ikili standartlar yürüdürlər”-deyə o deyib
    10.10.11 Məqaləni oxumaq
     
    Qərib Məmmədov: Təhsil ocaqlarının paytaxtdan kənara köçürülməsi üçün torpaq sahəsinin ayrılmasına baxıla bilər
    Bakıda fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarının paytaxtdan kənar digər yerlərə köçürülməsi və onların tikintisinə görə hansısa ərazidə torpaq sahəsinin ayrılması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət daxil olmayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov deyib. Ancaq bununla yanaşı, Q.Məmmədov deyib ki, DTXK-yə hökumət tərəfindən rəsmi müraciət olunarsa, bu məsələyə baxıla bilər. Q.Məmmədov hansısa ərazidə məktəb, yaxud tələbə yataqxanasının tikintisinə torpaq sahəsinin ayrılması üçün rəsmi müraciətin lazım olduğunu diqqətə çatdırıb: “Hələlik bu barədə məlumatım yoxdur. Ola bilsin ki, bu məsələ ilə bağlı hansısa fikirlər var. Ancaq bu barədə bizə məlumat daxil olmayıb. Müraciət olunarsa, məsələyə baxıla bilər”. Xatırladaq ki, təhsil naziri bəzi ali təhsil ocaqlarının paytaxtdan kənara köçürülməsinin mümkünlüyü ilə bağlı bir neçə dəfə açıqlama verib. Bu məsələnin reallaşmasına yaranan zərurət isə paytaxtda yaranan sıxlıqdır.
    08.10.11 Məqaləni oxumaq
     
    “Müasir Azərbaycan: dövrün baxışında” kitabının təqdimatı keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbycan” qəzetinin nəşr etdiyi “Müasir Azərbaycan: dövrün baxışında” adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri açan “AzərTAc” Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini deyib.
    07.10.11 Məqaləni oxumaq
     
    Baş prokuror Zakir Qaralov İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb
    Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat verib.
    07.10.11 Məqaləni oxumaq
     
    YAP GB-nin nümayəndə heyəti Brüsselə səfər edəcək
    Avropa Xalqları Partiyası (EPP) ilə Yeni Azərbaycan Partiyası arasında səmərəli əməkdaşlıq münasibətlərinə uyğun olaraq yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, EPP-nin dəvəti ilə 28 noyabr–4 dekabr tarixləri arasında YAP Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə səfərdə olacaq. Səfər proqramı çərçivəsində nümayəndə heyəti EPP-nin, Avropa Birliyi və Avropa Parlamentinin baş qərargahında bir sıra görüşlər keçirəcək. Avropa Xalqları Partiyası Avropanın ən böyük siyasi partiyasıdır. Tərkibinə 39 ölkədən 74 siyasi partiya daxildir. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2008-ci ildən Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.
    07.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 62 63 64 65 66 67 68 69 70 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30