Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    Hicran Hüseynova: “Nikahdan kənar doğulan uşaqların sayı xeyli azalıb”
    “Nikahdan kənar doğulan uşaqların sayı bu il, ötən illərə nisbətdə xeyli azalıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib. Onun sözlərinə görə, respublikanın bütün bölgələrində bu problemlə bağlı maarifləndirmə işləri aparılır və bunun nəticə kimi bu il keçən illərə nisbətən nikahdan kənar doğulan uşaqların sayında azalma müşahidə edilib. “Bununla bağlı konkret rəqəm demək çətindir. Komitə hər rayon üzrə nikahdan kənar doğulan uşaqların siyahısını tutur, İcra Hakimiyyəti bu sahədə bizə böyük dəstək verir, profilaktik formada tədbirlər görürük ki, belə halların sayı azalsın”,-deyə o əlavə edib.
    13.10.11 Məqaləni oxumaq
     
    TÜRKPA Baş katibi Beynəlxalq Parlament Baş Katibləri Assosiasiyasının sessiyasında iştirak edəcək
    TÜRKPA-nın Baş katibi Ramil Həsənov 17-20 oktyabr 2011-ci il tarixində Berndə keçiriləcək Beynəlxalq Parlament Baş Katibləri Assosiasiyasının 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. TÜRKPA Baş katibinin plenar sessiyada təşkilatın fəaliyyəti ilə bağlı çıxışı, həmçinin bir çox beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
    13.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Dövlət uşaqlara diqqət və qayğı ilə yanaşır”
    Uşaqlara dövlət qayğısının daha bir göstəricisi kimi bu il də uşaqların 2-ci forumu keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin uşaq ili elan edilməsi, 2010-cu ildə 1-ci uşaq forumunun baş tutması Azərbaycanın uşaqlara qayğısını, onları ölkənin gələcəyi kimi görməsinə əyani sübutdur.
    13.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Azərbaycanda gender büdcəsinin qəbul olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir
    Azərbaycanda gender büdcəsinin dövlət büdcəsi kimi qəbul olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, AXC dövründə Azərbaycan qadını vətənində rahat gəzə bilmirdi: “O ki qaldı cəmiyyətdə, siyasətdə təmsil olunmaları, ölkədə qadın QHT-lərinin sayı xeyli artıb. Ötən illərə nisbətən bələdiyyədə qadınların iştirakı 4 faizdən 26 faizə qədər artıb. Bu, indiki hökumətimizin qadınlara olan qayğısından, qadınların cəmiyyətdəki mövqeyini yüksək dəyərləndirməsindən irəli gəlir”.
    13.10.11 Məqaləni oxumaq
     
    QHT-lər dövlət müstəqilliyinin 20 illiyini qeyd ediblər
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycanda QHT-lərin 20 ildə keçdiyi yoldan bəhs edib.
    13.10.11 Məqaləni oxumaq
     
    Strateji Araşdırmalar Mərkəzi ümumrespublika müsabiqəsinin nəticələrini açıqlayıb
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə elan etdiyi ümumrespublika müsabiqəsinin nəticələrini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə SAM-ın direktor müavini Gülşən Paşayeva müsabiqə haqqında məlumat verib. O bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq, münasibətlər, iqtisadiyyat sahələrində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətlərini aşkara çıxarmaqdan ibarətdir. Onun sözlərinə görə, müsabiqəyə Bakıda və regionlarda, eləcə də xaricdə təhsil alan tələbələr tərəfindən 78 elmi məqalə təqdim edilib. Məqalələrin çoxu Bakı Dövlət və Qafqaz universitetlərinin tələbələri tərəfindən təqdim edilib. 10 nəfərin məqaləsi seçilərək qiymətləndirilib.
    13.10.11 Məqaləni oxumaq
     
    Ramil Usubov Ermənistana getdi
    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN-in mətbuat xidmətindən veriblər.
    13.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanda hər 100 min nəfərə 1,3 intihar faktı düşür
    Ümumdünya Səhiyyə Təşkilatının yaydığı açıqlamaya görə, bu gün Azərbaycanda hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Bu barədə “KƏLAMİNFO”ya ÜST-nin Bakı ofisindən bildiriblər. Ermənistanda isə bu göstərici 3,9 faktdır. Dünyanın ən çox intihar qeydə alınan ölkələrinin siyahısında Gürcüstan da var. Gürcüstanda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı 8,8 nəfər təşkil edir. Qonşu ölkədə intihara daha çox kişilər meyillidir. Bu ölkədə intihar edənlərin 80 faizi kişilərdir. Reytinq cədvəli tərtib olunan zaman intihara cəhd halları nəzərə alınmayıb. ÜST-nin açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə, Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belarus (57,5 fakt) ilk üçlükdə təmsil olunur. Liderlərin siyahısında Latviya (48,2 fakt) və Macarıstan da (50 fakt) yer alıb. Dünyada ən az intihar halları Cənubi Afrika Respublikası, İran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb. Qərbi Avropada isə bu sahədə ən yaxşı vəziyyət Avstriya, Danimarka, Almaniya və Norveçdədir.
    12.10.11 Məqaləni oxumaq
     
    “Azərbaycanlı Qadınlar” Cəmiyyəti Finlandiya Azərbaycan Assosiasiyasına üzv oldu
    Finlandiyada yeni təsis olunmuş “Azərbaycanlı Qadınlar” Cəmiyyəti Helsinkidə keçirilən toplantıda Finlandiya Azərbaycan Assosiasiyasına (FAA) üzv olaraq FAA nəzdində fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Bu barədə “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Təsisçilərin fikrincə, ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə birləşib bir yerdə daha səmərəli işlər görmək daha məqsədəuyğun olacaq. “Azərbaycanlı Qadınlar” Cəmiyyətinin sədri Arzu Oqtay Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq üçün Avropanın digər ölkələrində də fəaliyyət göstərən cəmiyyətlərin birləşib birgə fəaliyyət göstərmələrinin bütün dünya azərbaycanlılarının vahid Vətəni – Azərbaycana daha çox xeyir verəcəyini bildirib.
    12.10.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 971 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə cari ilin avqust-sentyabr ayları ərzində 971 müraciət daxil olub. Səhiyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 566-sı (114-ü əsaslı, 452-si isə əsassız) şikayət, 244-ü sorğu xarakterli, 45-i aidiyyəti üzrə deyil, 116-sı isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    12.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30