Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Aydın Əliyev: Son zamanlar tutulan narkotik vasitələrin tərkibində heroin üstünlük təşkil edir
    Bu il sərhəd-gömrük məntəqələrində 220 kq-dan artıq narkotik vasitə saxlanılaraq müvafiq tədbir görülüb. “KƏLAMİNFO”un məlumatına görə, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib. A.Əliyev deyib ki, ümumilikdə hər il sərhəd-gömrük məntəqələrində 300-360 kq arası narkotik vasitə tutulur. “Qorxulusu odur ki, son zamanlar tutulan narkotik vasitələrin tərkibində heroin üstünlük təşkil edir. Əvvəllər isə həşiş və tiryək üstünlük təşkil edirdi” - deyə A.Əliyev vurğulayıb.
    17.10.11 Məqaləni oxumaq
     
    Danimarkadakı Azərbaycanın müstəqillik gününə həsr olunmuş tədbir keçirilib
    Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbir keçirilib. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Böyük Britaniya və Danimarka krallıqlarındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycanın apardığı sülhməramlı siyasət, 20 il ərzində respublikanın qazandığı nailiyyətlər barədə danışıb.
    17.10.11 Məqaləni oxumaq
     
    Kanada azərbaycanlıları müstəqillik gününü qeyd ediblər
    Kanadada Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan-Kanada Türk Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türk diasporlarının nümayəndələri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Azərbaycan-Kanada Türk Assosiasiyasının sədri Kəmalə Şiriyeva tədbir iştirakçılarına ölkəmizin müstəqillik tarixi, eləcə də Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Tədbir çərçivəsində təşkil olunmuş Azərbaycanın mədəniyyət və incəsənət nümunələrindən ibarət sərgi də qonaqların böyük marağına səbəb olub.
    17.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan Müstəqillik Günü İsveçdə də qeyd olundu
    İsveçin paxtaxtı Stokholmda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Federasiyası - İsveç təşkilatı tərəfindən Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata əsasən, Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimovun, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnur Əliyevin, Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və Türk diasporunun nümayəndələrinin iştirak etdiyi tədbirə ümumilikdə 500-dək iştirakçı qatılıb. Tədbirdə səfir Rafael İbrahimov, Azərbaycan Federasiyası – İsveç təşkilatının sədri Səttar Sevgin və digərləri çıxış edərək Azərbaycan müstəqillik əldə etdiyi 20 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışıblar. Rəsmi hissədən sonra tədbirin bədii hissəsi olub və qonaqlar Azərbaycandan gəlmiş mahir ifaçı Nəzakət Teymurovanı dinləyiblər.
    17.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 1 930 670 nəfər fərdi şəxsi hesabı olan sığortaolunan var
    Oktyabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7,23 faiz artıb. Belə ki, cari ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 130 218 sığortaolunana fərdi şəxsi hesab açılıb. Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir - 1 079 495 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 851 175 nəfəri isə qadındır.
    17.10.11 Məqaləni oxumaq
     
    “Uşaq hüquqları və media” adlı müsabiqəyə oktyabrın 30-da yekun vurulacaq
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) bu ilin 22 iyun tarixində “Uşaq hüquqları və media” mövzusunda elan etdiyi müsabiqəyə 30 oktyabr tarixində yekun vuracaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya komitədən veriblər. Müsabiqənin keçirilmə qaydası haqqında ətraflı məlumatı scfwca.gov.az və www.ushaqlar.az saytından əldə etmək olar. Komitə bütün jurnalistləri müsabiqədə iştirak etməyə çağırır.
    15.10.11 Məqaləni oxumaq
     
    Fəzail Ağamalı: “Ayaz Mütəllibov Xocalıda qətlə yetirilən azərbaycanlıların ruhu qarşısında nə vaxt üzr istəyib?”
    “Mən ona görə Ayaz Mütəllibova “eks-prezident” statusunun verilməsinin əleyhinə olmuşam ki, o, sovet dövrünün lideri olub. Burada şəxsi qərəzlikdən söhbət gedə bilməz”. Bu barədə “KƏLAMİNFO”ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı açıqlama verib. O qeyd edib ki, ortada tarixi faktlar var və bu, heç vaxt inkar oluna bilməz. “Onun dövründə Xocalı soyqırımı baş verdi. Bəs Ayaz Mütəllibov Xocalı faciəsində qətlə yetirilən azərbaycanlıların ruhu qarşısında nə vaxt üzr istəyib?” - deyə F.Ağamalı vurğulayıb.
    14.10.11 Məqaləni oxumaq
     
    Dünya yeni epidemiya ilə üzləşib
    Dünya yeni bir epidemiya - piylənmə ilə üzləşib. 2015-ci ildə həddən artıq kökəlmədən əziyyət çəkən insanların sayı 2,3 mlrd. nəfərə çatacaq. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, 2020-ci ildə həddən artıq kökəlmə və artıq çəki dünya iqtisadiyyatına 30 trln. dollar ziyan vuracaq. Hər sutkada planetdə kökəlmədən əziyyət çəkənlərin sayı 3 min nəfər artır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 1980-ci ildən bəri gombulların sayı iki dəfə artıb. Buna səbəb insanların ucuz məhsullar - tərkibində duz, şəkər və piyli məhsullarla qidalanmasıdır. DST-nin rəhbəri Marqraet Çan bildirib ki, «əlbəttə, 7 milyard insanı doyuzdurmaq üçün tədbirlər görülməlidir. Lakin onları qeyri-sağlam qida ilə yedizdirmək gərək deyil. Planetin baş həkimi hökumətləri bütün mümkün imkanlarla ağır xroniki xəstəliklərin səviyyəsini aşağı salmağa çağırıb. İnsanları kökəldən ən birinci qidalar içərisində «fastfud»lar göstərilir. Bu biznes bütün dünyada çiçəklənmək üzrədir. Bir sıra Avropa ölkələri artıq buna əlavə vergi də tətbiq ediblər. Növbədə isə şirin qazlı sulardır”.
    14.10.11 Məqaləni oxumaq
     
    İsraildə müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib
    İsrailin şimal paytaxtı - Xayfada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən İsrail Knessetinin deputatı, İsrail-Azərbaycan Parlamentlərarası qrupun sədri Robert İlatov Azərbaycan xalqını müstəqillik bayramı münasibətilə təbrik edib.
    14.10.11 Məqaləni oxumaq
     
    “Həssas qruplardan olan ailə, qadın və uşaqların hüquqlarının təşviqi” layihəsinin birinci mərhələsi başa çatıb
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə həyata keçirdiyi “Həssas qruplardan olan ailə, qadın və uşaqların hüquqlarının təşviqi” layihəsinin birinci mərhələsi başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Komitənin sədri Hicran Hüseynova söyləyib. Komitə sədrinin sözlərinə əsasən, layihənin təşkilatçılıq işləri bitib, hazırda ekspertlər ölkəyə dəvət edilirlər və ailə institutunun formalaşmasında beynəlxalq təcrübənin mənimsənilməsi üzərində iş aparılır. “Layihə 31 aktiv fəaliyyətdən ibarətdir. Hər bir fəaliyyət mərhələsinin nəticələri komitənin sözügedən sahədə potensialını daha da artırmağa xidmət edir. Tvinninq layihəsinə müraciət edərkən bu problemlərin bütün aspektləri Avropa İttifaqından dəvət olunmuş ekspertlər və komitəmizin əməkdaşları tərəfindən araşdırılıb. Bundan sonra layihədə iştirak üçün Avropa İttifaqına üzv dövlətlər arasında tender elan edilib. Tenderdə Almaniya, Böyük Britaniya, İtaliya, Yunanıstan, İspaniya və Fransa iştirak edib. Aparılan seçimlər nəticəsində iştirakçı ölkə kimi Fransa seçilib”,-deyə o əlavə edib.
    14.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30