Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    Azərbaycan daxil olan internet-trafikin sürətinə görə 107-ci yeri tutub
    Son bir ayda Azərbaycan internet-trafikin sürətinə görə 107-ci yeri tutub. Bu, “Speedtest” şəbəkəsini yaradan “Ookla” şirkətinin “NetIndex” reytinqində göstərilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Taxnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Nəticələr sentyabrın 21-dən oktyabrın 20-nə qədər aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 156 513 unikal IP ünvan seçilib. “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,79 Mbit/s təşkil edir. Bakı üzrə bu göstərici 2,84 Mbit/s, Sumqayıt şəhəri üzrə isə 2,31 Mbit/s-dir.
    24.10.11 Məqaləni oxumaq
     
    Ədliyyə naziri Fikrət Məmmədov korrupsiyaya qarşı mübarizəyə həsr edilən forumda iştirak edib
    Mərakeşdə Kral VI Məhəmmədin patronajı altında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 5-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. Korrupsiyadan gəlirlərin qaytarılması və bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması kimi aktual məsələlərə həsr olunan konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransda 80 ölkədən olan 300-dən çox nümayəndə, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanları rəhbər şəxsləri iştirak edib.
    24.10.11 Məqaləni oxumaq
     
    Türkiyədə baş verən zəlzələ Azərbaycanda da hiss olunub
    Ötən gün yerli vaxtla 15:41:22– də Türkiyə ərazisində, Naxçıvandan 198 km cənubi-qərbdə Van gölü ətrafında zəlzələ qeydə alınıb. AMEA Seysmoloji Xidmət Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, zəlzələ respublikanın bölgələrində: Sədərəkdə, Şərurda, Naxçıvanda, Babəkdə 3.5 – 3.0 bal gücündə hiss edilib.
    Azərbaycan ərazisində dağıntılar yoxdur.
    Zəlzələ maqnituda 7.30, dərinliyi isə 10 km olub.
    24.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək
    Oktyabrın 25-də Heydər Əliyev adına Respublika Sarayında Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Forumda 2000-ə yaxın gənc bir araya gələcək. Tədbirdə dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər. Xatırladaq ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb.
    21.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı tələbələr Litvada müstəqillik gününə həsr edilən tədbir keçiriblər
    Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbiri bu ölkədə təhsil alan tələbələr təşkil edib. Litvada tələbə təşəbbüs qrupunun rəhbəri Samir Musayevin “KƏLAMİNFO” verdiyi məlumata görə, 3 saata qədər davam edən tədbirə 80 nəfərə yaxın yerli və xarici tələbə, o cümlədən Azərbaycalı tələbələrin təhsil aldığı universitetlərinin müəllim heyyətinin qatılıb. Tədbirdə S.Musayev Azərbaycan tarixinə həsr olunan qısa təqdimat edib.
    21.10.11 Məqaləni oxumaq
     
    Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Qaynar xətt” yaratdı
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) “Qaynar xətt” xidməti yaradıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Məqsəd Bakıda vətəndaşlara, hüquqi və fiziki şəxslərə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdırmaq, yarana biləcək hər hansı problem və qüsurların vaxtında aradan qaldırılması üçün operativ tədbirlərin görülməsini təmin etmək, rəy və təkliflərini öyrənmək, onlarla əlaqə yaratmaqdır. Qaynar xəttin telefon nömrəsi: (012) 598 81 22.
    21.10.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda transplantasiya ilə bağlı qanunvercilikdə dəyişikliyə ehtiyac yoxdur”
    Bu gün Azərbaycanda 1999-cu ildə qəbul olunmuş trasplantasiya haqqında qanun kifayət qədər mükəmməldir, dünya təcrübəsinə əsaslanır və bu məsələ ilə bağlı qanunvercilikdə hansısa dəyişikliyə ehtiyac yoxdur. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Sosial siaysət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Millət vəkili deyir ki, hazırda ölkədə canlı və ya cansız orqanizmlərdən orqan köçürülməsində problemlər qətiyyən yoxdur. “Bu sahədə problemlər ancaq təşkilati sahədə mövcuddur. Xüsusilə meyitdən orqan köçürülməsi, beyin ölümünün təyin olunması kriteriyalarının təyin edilməsi üçün Azərbaycanda mütəxəssis qıtlığı var. Həmçinin ölkəmizdə bu sahədə klinikaların sayı da azdır” - deyə M.Qasımlı vurğulayıb. Onun sözlərinə görə eyni zamanda, bu gün qanuni orqan köçürülmələri üçün Azərbaycanda klinikaların sayı yeterli deyil.
    21.10.11 Məqaləni oxumaq
     
    Ramil Usubov: 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib
    “Artıq neçə illərdir ki, Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib. Məqalədə qeyd edilib ki, ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdən qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və son 17 ildə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Məqalədə o da müqayisə edilir ki, əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7, quldurluqlar 1,9, hədə-qorxu ilə tələb etmələr 0,3, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
    21.10.11 Məqaləni oxumaq
     
    Daxili işlər orqanlarının 35 əməkdaşı xidmətdən xaric olunub
    Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində təkcə cari ilin 9 ayı ərzində korrupsiya şəraiti yaradan hallara yol verdiklərinə görə, 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib. Məqalədə qeyd edilib ki, şəxsi heyət arasında neqativ halların qarşısının alınması sahəsində lazımi tədbirlər görülür və bu istiqamətdə işlər davam etdiriləcək. Məqalədə o da qeyd edilib ki, bu gün daxili işlər orqanlarının fəaliyyəti cəmiyyət üçün açıq və sosial yönümlüdür. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası, o cümlədən polisə gətirilmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, bütövlükdə insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər gündəlik nəzarətdədir.
    20.10.11 Məqaləni oxumaq
     
    Vətəndaşlar şəxsiyyət vəsiqəsini internet vasitəsilə alacaqlar
    “Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə əhəmiyyətli işlər görülür”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib. Qeyd edilib ki, bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək. Bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcək.
    20.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30