Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Fizuli Ələkbərov: “Layiqli əməyin təminatı üzrə” ikinci Dövlət Proqramı hazırlanır
    “Layiqli əməyin təminatı üzrə” ikinci Dövlət Proqramı hazırlanma mərhələsindədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov deyib.
    Qeyd edək ki, 2007-2010-cu illəri əhatə edən birinci dövlət proqramı artıq yekunlaşıb. Nazir qeyd edib ki, hər bir çalışan insanın əməkhaqqı onun bütün ehtiyaclarını ödəməli, əmək hüquqları qorunmalı və karyera imkanları təmin olunmalıdır.
    F.Ələkbərovun sözlərinə görə, dövlət proqramının birinci mərhələsində əsasən əmək qanunvericiliyinə dəyişikliklər edilib: “Hazırda isə əmək standartları, peşə standartları işlənib hazırlanır. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələri üzrə minimum əməkhaqqının tətbiqi haqqında düşünürük. İşəgötürənlərlə daha sıx əlaqə yaradaraq təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində böyük işlər görülüb, amma hesab edirik ki, perspektivdə daha geniş tədbirlərə ehtiyac var”.
    27.10.11 Məqaləni oxumaq
     
    Qadınların nikaha girmə yaşı qaldırılır
    Milli Məclisin Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələri birgə Ailə Məcəlləsi və Cinayət Məcəlləsində növbəti dəyişikliklər hazırlayıblar. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı bu gün komitələrin birgə iclası keçirilir.
    Cinayət Məcəlləsindəki dəyişikliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ailə Məcəlləsinə dəyişikliklərdə isə qadınlar üçün nikaha girmə yaşının 17-dən qaldırılaraq 18 olması nəzərdə tutulur.
    26.10.11 Məqaləni oxumaq
     
    Ailə və Cinayət məcəllələrinə dəyişikliklər ediləcək
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Sosial siyasət komitəsilə birgə bu gün keçirdiyi iclasda Ailə və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunaraq təsdiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, nəzərdə tutulan dəyişikliklərə əsasən nikah yaşının qaldırılması Azərbaycanın ümumbəşər dəyərlərinə uyğundur və Avropa hüquq siyasəti məkanına daxil olmaq üçün növbəti bir addımdır. O qeyd edib ki, ölkədə hələ də məcburi nikah münasibətlərinə daxil olmaq faktları aşkarlanır və bu norma onun qarşısını almağa yönəlib.
    26.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanda demoqrafiya və sağlamlıq sorğusu keçirilib
    Səhiyyə Nazirliyi Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS-2011) keçirib. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sorğunun əhatə etdiyi iqtisadi regionlara Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ, Dağlıq Şirvan daxildir. Ümumilikdə isə bu sorğu 9 iqtisadi region üzrə 68 rayonda aparılıb. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib və son seçməyə 7704 ev təsərrüfatı düşüb.
    Sorğu respublika üzrə müəyyən olunmuş 10 marşrut üzrə aparılıb. Hər bir marşrut üzrə komandalar əvvəlcədən müəyyən olunmuş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla təmin olunublar. Sorğunun səyyar işləri avqustun 1-dən oktyabrın 24-nə kimi aparılıb.
    Statistik təhlilin nəticələri və son hesabat 2012-ci ilin sonuna kimi təqdim olunacaq.
    26.10.11 Məqaləni oxumaq
     
    Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarının Azərbaycana səfəri başlayır
    Bu gündən etibarən Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarının Azərbaycana səfəri başlayır. Mətbuat Şurası Aparatının rəhbəri Rəhim Hüseynzadə “KƏLAMİNFO”ya deyib ki, foruma dəvət edilən ölkələrin nümayəndələrinin Bakıya səfəri bu gün axşamdan başlayacaq.
    26.10.11 Məqaləni oxumaq
     
    Moskva meri “Bakı həyəti” restoranını köçürür
    Moskva meri Sergey Sobyanin Roman Viktyuka məxsus teatrın binasında yerləşən «Bakı həyəti» restoranının köçürülməsi barədə əmr imzalayıb. «KƏLAMİNFO» İnterfaks»a istinadən xəbər verir ki, teatrın binasına daxil olan maskalı şəxslər restoran sahiblərinə oranı tərk etmələrini tələb ediblər. «Mən bunu uzun illər idi ki, gözləyirdim və indi ümid edirəm ki, hər şeyə necə lazımdırsa, elə də olacaq» - deyə teatrın rəhbəri bildirib.
    26.10.11 Məqaləni oxumaq
     
    SAM beynəlxalq konfrans keçirəcək
    Oktyabrın 26-da Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi “Aralıq dənizi hövzəsinin təhlükəsizlik dilemması: Çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans təşkil edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Aralıq dənizi hövzəsi dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələlərinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq, bununla da beynəlxalq diplomatiya proseslərinə elmi töhfələr verməkdir. Səkkiz ölkəni (ABŞ, Türkiyə, İtaliya, Ukrayna, Belçika, Misir, Mərakeş və Azərbaycan) təmsil edəcək ekspertlərin iştirakı ilə Aralıq dənizi regionunda dövlətlərarası münaqişələr, bölgədə xarici faktorlar və onların yürütdüyü siyasət, Yaxın Şərqdə Türkiyənin xarici siyasəti, Avropa İttifaqı və Liviya böhranı, Şərqi Aralıq dənizində ABŞ-ın strateji maraqları, beynəlxalq təhlükəsizlik problemləri və regionun geosiyasəti üçün önəmli olan digər bu kimi prioritet məsələlər geniş müzakirə mövzusu olacaq.
    26.10.11 Məqaləni oxumaq
     
    Azad Rəhimov: Son illər gənclər təşkilatları ölkəmizin milli maraqlarının qorunması istiqamətində fəal iş görür
    Azərbaycan Gənclərinin 5-ci Forumundan ötən dövr ərzində gənclər təşkilatlarının 294 layihəsi dövlət büdcəsi hesabına maliyyələşib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Gənclərinin 6-cı Forumunda gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimov bildirib ki, bununla yanaşı Avropa Gənclər Fondu tərəfindən isə 42 layihə maliyyələşib. A.Rəhimov deyib ki, 2009-2010-cu illərdə Azərbaycan Avropa Gənclər Fondundan ən çox qrant əldə etmiş ölkə olub. Onun sözlərinə görə, bu gənclərin ictimai həyatda kifayət qədər fəal olduqlarını bir daha təsdiq edir. Nazir bildirib ki, ötən forumdan sonra 40 gənclər təşkilatı dövlət tərəfindən qeydiyyata alınıb. “2008-2011-ci illər ərzində Azərbaycanın gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul olunublar. Son illər Azərbaycan gəncləri ölkənin hüdudlarından kənarda təşkilatlanaraq ölkəmizin mili maraqlarının qorunması, xalqımızın tarixini və zəngin milli mədəni irsini beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində fəal iştirak edir”-deyə A.Rəhimov vurğulayıb.
    25.10.11 Məqaləni oxumaq
     
    Fövqəladə Hallar Nazirliyi Van bölgəsinə 3-cü yardım təyyarəsini göndərib
    Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyənin Van bölgəsində baş verən zəlzələ ilə əlaqədar fəlakət bölgəsinə növbəti dəfə yardım göndərib. “KƏLAMİNFO” nazirliyin saytına istinadən xəbər verir ki, 3-cü yardım təyyarəsi bu gün saat 13.00-da yola salınıb. Bu təyyarə müvafiq xilasetmə avadanlıqları və vasitələri ilə təmin edilib. FHN-in 48 xilasedicisi və zəlzələdən zərərçəkmiş əhali üçün nəzərdə tutulmuş ilkin tələbat əşyaları var. Azərbaycandan göndərilən 2-ci təyyarə Türkiyə respublikasının Van şəhərinə çatıb, yaxın dəqiqələrdə boşaldılmasına başlanacaq. Xilasedicilər artıq 10 uçqun sahəsində xilasetmə işlərini davam etdirirlər. Bu dəqiqəyə qədər dağıntılar altından 1-ci qrup bir qadın meyiti, 2-ci qrup isə 45-50 yaşlarında kişi meyiti aşkar edib. Digər qrup isə uçqun altından insan səsi aşkar edərək həmin istiqamətdə axtarış-xilasetmə işlərini davam etdirir.
    25.10.11 Məqaləni oxumaq
     
    DSMF-yə müraciətlərin çoxu pensiyalarla bağlı olub
    Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun müasir tipli “190” nömrəli telefon məlumat xidmətinə (“Call-center”) əhali tərəfindən ümumilikdə 102 278 müraciət daxil olub. Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 48,2 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 51,8 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib. Cari ilin 9 ayında “190” nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 61,1 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 14,7 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib.
    24.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30