Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 54 55 56 57 58 59 60 61 62 » #
    Səməd Seyidov: "Azərbaycanı siyasi məhbus məsələsi ilə bağlı hədəf seçmək mümkün deyil”
    Azərbaycan artıq AŞ PA-nın Hüquq komitəsində siyasi məhbus məsələsi ilə bağlı konkret mövqeyini bildirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O qeyd edib ki, bu mövqe də Avropa Şurasında çox normal mövqe kimi nəzərə alınıb. “Hesab edirəm Avropa Şurası ilə Azərbaycan arasında hansısa problemlərin mövcudluğu barəsində deyilənlər reallığı əks etdirmir. İkitərəfli əməkdaşlıqda da hər gün, hər saat biz öz mövqeyimizi konkret şəkildə ortaya qoymaq iqtidarındayıq və bunu da edirik. Biz dəfələrlə demişik ki, Azərbaycana qarşı ikili standartlar məqbul sayıla bilməz və getdikcə də mövqeyimiz AŞ-də çox düzgün başa düşülür.
    18.11.11 Məqaləni oxumaq
     
    Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərin yağış suları ilə dolması barədə məlumat yayıb
    Fövqəladə Hallar Nazirliyi Salyan və İmişli rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması barədə məlumat yayıb. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, son günlər respublika ərazisində hava şəraitinin dəyişməsi və yağışların yağması səbəbindən Salyan və İmişli rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. FHN-nin hadisə rayonlarına cəlb olunan xilasediciləri və texnikasının köməkliyi ilə həmin ərazilərin yağış sularından təmizlənməsi işi davam etdirilir.
    17.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 1 279 422 nəfər əmək pensiyaçısı var
    Bu ilin oktyabrına olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 279 422 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 496 248 nəfəri kişi, 783 174 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 330 828 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 815 239 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 355 nəfərdir. Bu ilin 3-cü rübü ərzində yeni təyin olunmuş əmək pensiyaçılarının sayı 10 038 nəfər təşkil edib. Rüb ərzində yeni təyin edilmiş pensiyaların orta aylıq məbləği isə 163,9 manat olub. Əmək pensiyasının 3 növü var - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə.
    17.11.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: “Daha küçələrdə maşın yuyan uşaqlara rast gəlinmir”
    Azərbaycanda uşaqların istismarı əvvəlki illərə nisbətən xeyli azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Uşaqların 2-ci Forumunda deyib. Ombudsman qeyd edib ki, indi uşaqların ağır işdə işlədilməsi halları xeyli azalıb: “Bu, qanunla da təsbit olunub ki, 15 yaşına çatmamış uşaqları ağır işlərə cəlb edənlər cəzalandırılacaq. Artıq küçələrdə maşın yuyan, dilənən uşaqlara da rast gəlinmir”.
    17.11.11 Məqaləni oxumaq
     
    Qanun qəbul olunarsa, dövlət QHT-lərə sifariş verə biləcək
    QHT-lərə Dövlət Dəstəyi Şurası hazırda 4 qanun layihəsi üzərinə işləyir ki, bunlardan biri də “Sosial sifariş haqqında” qanundur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Şuranın sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, qeyd olunan qanun layihəsi qəbul olunarsa hökumət QHT-lərə büdcədən birbaşa maliyyələşmə şərti ilə layihələr sifariş edə biləcək. Şura sədrinin sözlərinə görə, bu, QHT-lərə institusional dəstəklə bağlıdır.
    16.11.11 Məqaləni oxumaq
     
    Azay Quliyev: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər”
    “Hər il elan etdiyimiz müsabiqələrin yekunlarını müzakirə edirik, verilən təklifləri araşdırırıq. QHT-lər ildən-ilə şuranın layihələrin icrasına dair tövsiyələri daha çox icra edirlər. Bununla belə, problemlər hələ də qalır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2012-ci ildə maliyyə yardımı müsabiqəsinin mövzularının müzakirəsinə həsr olunmuş konfransdakı çıxışı zamanı deyib: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər. Bu, daha çox təhsil və ekologiya ilə bağlı mövzularda özünü büruzə verir. Digər istiqamətlərdə də var belə problemlər. Məsələn, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı təklif etdiyimiz mövzu üzrə gələn təkliflərin 90 faizi kitab nəşri və sayt yaratmaqla bağlıdır”.
    16.11.11 Məqaləni oxumaq
     
    İrana qarşı sanksiyaların regiona təsiri müzakirə ediləcək
    Noyabrın 16-18-i tarixlərində İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək. Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Rəşad Kərimov sanksiyaların icrasında Azərbaycanın yürütdüyü siyasət mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər.
    16.11.11 Məqaləni oxumaq
     
    Füzuli Ələkbərov: “Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrantların mübadiləsi mövcud deyil”
    Hazırda Bolqarıstanla Azərbaycan arasında əməkçi miqrant mübadiləsi demək olar ki, mövcud deyil. “KƏLAMİNFO”nun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, gələcəkdə əmək miqrantlarının sosial müdafiəsi ilə bağlı addımlar mümkündür: “Qeyri-neft sektoruna qarşılıqlı investisiya proqramları və maraqlar gündən-günə artır. Bolqarıstan investisiyası bizim ölkəyə işçi axınına, Azərbaycan investisiyası isə bizdən Bolqarıstana işçi axınına səbəb ola biləcək. Bu nöqteyi-nəzərdən gələcəkdə sözügedən məsələlər barədə də əməkdaşlıq ola bilər”.
    15.11.11 Məqaləni oxumaq
     
    Musa Qasımlı Qars müqaviləsinin 90 illiyinə həsr olunan beynəlxalq simpoziuma qatılacaq
    Türkiyənin Ərdahan şəhərində Moskva və Qars müqavilələrinin imzalanmasının 90 illiyi münasibəti ilə noyabrın 17-20-si tarixlərində Türkiyə, Rusiya və digər ölkələrdən olan alimlərin iştirakı ilə beynəlxalq simpozium keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Azərbaycandan millət vəkili, tarixçi alim Musa Qasımlı da iştirak edəcək. Simpoziumda M.Qasımlı “Moskva və Qars müqavilələrinə Stalin, Çiçerin və Bekzadyanın münasibəti” mövzusunda məruzə edəcək. Azərbaycanlı alim iclaslardan birinə sədrlik edəcək.
    15.11.11 Məqaləni oxumaq
     
    Rövzət Qasımov: “MSK təlimləri xüsusi nəzarətdə saxlayacaq”
    Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn seçkilərin keçirilməsi ilə əlaqədar təlimçilərin treninqinə başlayır. Təlimçilərin özlərinə də 2 gün treninq keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov söyləyib. Onun sözlərinə əsasən, treninqlərin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının maarifləndirilməsidir. “Bu treninqlərdə təlimçilərə aşağı seçki komissiyalarına necə təlim keçməli, həmin komissiyaların rolu və vəzifələri, seçki günü həyata keçirilən bütün seçki prosesi haqqında, ortaya çıxacaq müstəsna hallar barədə məlumat verilir”- deyə o, əlavə edib. MSK Katibliyinin müdiri bildirib ki, ən mühüm məsələlərdən biri də təlimçilərə praktik mərhələlərin keçirilməsidir. “Onlar seçki günü baş verən prosedurlara məşğələlər zamanı bələd olurlar. Bazar ertəsindən etibarən isə dairə və məntəqə seçki komissiyalarının üzvlərinin tam tərkibdə bu treninqlərdə iştirakı planlaşdırılır. MSK-da bu təlimləri xüsusi nəzarətdə saxlayacaq” – deyə Rövzət Qasımov söyləyib. MSK Katibliyinin müdiri, həmçinin əlavə edib ki, təlimçilərə təlim keçən şəxslər Katibliyin əməkdaşları və Komissiyanın üzvləri olacaq.
    12.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 54 55 56 57 58 59 60 61 62 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30