Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  50 51 52 53 54 55 56 57 58  #
    Müəllimlərin və həkimlərin əmək haqları artırılacaq
    “Ölkə başçısının fərmanı ilə minimum əməkhaqqının 10 faiz artırılması bir başlanğıcdır, gələn ildən etibarən müəllimlərin və həkimlərin əmək haqqı artırılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, bir müddət əvvəl Azərbaycanda minimum əmək haqqı 25 manat idisə, hazırda 125 ABŞ dolları təşkil edir. “Bunu inflyasiya tempinə uyğunlaşdırsaq, Azərbaycanda dinamik inkişafın getdiyini görərik” - deyə komitə sədri vurğulayıb. H.Rəcəbli deyib ki, minimum əmək haqqının artırılması 600 min nəfəri əhatə edəcək və bu, 500 milyon manata yaxın əlavə maliyyə vəsaiti deməkdir. “Azərbaycan prezidentinin maliyyə qurumlarına verdiyi göstəriş ilin sonuna və ya gələn ilin əvvəlinə qədər böyük bir qrup insanın əmək haqqının artırılmasına yönəlib” – deyə o, əlavə edib.
    05.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həyata keçiriləcək
    Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həm hökumət, həm də donorlar tərəfindən müsbət qarşılanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən tədbirdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin meneceri Musa Cəlalov bildirib. Onun sözlərinə görə, tezliklə layihənin icrasına başlanacaq. “Yaxın 48 ay müddətində həyata keçiriləcək layihənin ümumi məbləği 9 milyon avrodur” - deyə M.Cəlilov vurğulayıb. ANAMA nümayəndəsi hazırda Bakı şəhərinin Qaradağ rayonunun Güzdək qəsəbəsində partladılmış keçmiş sovet hərbi bazasının ərazisində aparılan əməliyyatlar barədə də məlumat verib. O bildirib ki, bu bazada indiyədək Azərbaycan Ordusuna tanış olmayan silahlar aşkar edilir. “Bunlar vaxtilə həmin ərazini tərk edən sovet ordusu tərəfindən buraxılan silahlardır” - deyə o, əlavə edib.
    03.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanda mina və kasetli silahların yaratdığı problemlərə həsr olunmuş Dəyirmi masa keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda mina və kasetli silahların yaratdığı problemlərə həsr olunmuş Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Azərbaycan minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırır və bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır.
    02.12.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: Azərbaycan insan alverinə qarşı effektiv və ciddi mübarizə aparır
    Azərbaycan insan alverinə qarşı effektiv və ciddi mübarizə aparır. “KƏLAMİNFO” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Bakıda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirədə çıxışı zamanı deyib. M.Brayza bildirib ki, Azərbaycan insan alveri sahəsində onların fikirləşdiyindən də yaxşı tədbirlər görür. Qeyd edək ki, iki gün davam edəcək müşavirənin keçirilməsində məqsəd beynəlxalq ekspertlərin öz ölkələri kontekstində əməyin istismarı, orqan transplantasiyası, cinsi istismarla bağlı cari vəziyyət və müvafiq tendensiyalara dair məlumatların bölüşməsinə şərait yaratmaqdır.
    02.12.11 Məqaləni oxumaq
     
    İnsan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib
    Cari ilin ötən dövrü ərzində keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Bakıda keçirilən insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına aid dördüncü regional müşavirədə çıxışı zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyib. C.Şıxəliyev bildirib ki, ötən dövrdə insan alveri qurbanı olan 27 nəfər müəyyən olunub. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarış elan edilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib, 1 insan alverçisinin Pakistanda vəfat etdiyi müəyyən olunub və hazırda 17 nəfərin axtarışı davam etdirilir.
    02.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanda bu il 467 nəfər QİÇS-dən dünyasını dəyişib
    “2011-ci ilin 11 ayı ərzində Azərbaycanda 467 nəfər yeni İİV-ə yoluxma qeydə alınıb. Onlardan 465-i (97.7%) Azərbaycan vətəndaşı, 11 nəfəri (2.3%) əcnəbi vətəndaşlardır”. “KƏLAMİNFO” xəbər verir ki, bu rəqəmləri Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin “1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü” ilə bağlı keçirdiyi mətbuat konfransında mərkəzin direktoru Həqiqət Qədirova açıqlayıb.
    01.12.11 Məqaləni oxumaq
     
    Piratçılığa qarşı mübarizə ilə bağlı yeni qanunun qəbulu gözlənilir
    Növbəti il “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” yeni Qanunun Milli Məclicdə qəbulu gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Azərbaycanda piratçılığa qarşı addımların atıldığı və son illər bu problemə qarşı mübarizənin daha da gücləndiyini xatırladan K.İmanov deyib ki, layihə yaxınlarda parlamentə təqdim edilməlidir. Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra müəllif hüquqlarının təminatı sahəsində bir cox yeniliklər tətbiq ediləcək: “Qanun müəllif hüquqlarının təminatı, bazarda piratçılığın qarşısının alınması üçün konkret addımların atılmasına, internetdə rəqəmli hüquqların qorunmasına imkan verəcək”.
    01.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə səsvermə başlayıb
    Azərbaycanda bu gün səhər saat 08:00-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə səsvermə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, 330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Namizədlərdən 305-i (19,69%) qadınlardır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri (0,38) natamam ali təhsillidir. Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir. Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.
    01.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi ilə bağlı ilkin məlumat açıqlanıb
    Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi ilə bağlı ilkin məlumat açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, Mərkəzi Seçki Eomissiyası (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib ki, saat 10.00-a olan məlumata əsasən bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 6.89 faiz seçici (79 639 nəfər) iştirak edib.
    30.11.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: “Əfv fərmanının imzalanması barədə prezidentə müraciət etmişik”
    “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və İnsan Hüquqları günü ərəfəsində əfv fərmanının imzalanması barədə ölkə prezidentinə müraciət etmişik. Bayramlar ərəfəsində çoxsaylı insanların ailələrinə qovuşması, azadlığa çıxması yaxşı olar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. E.Süleymanova qeyd edib ki, müvəkkil fəaliyyəti dövründə onun vəsatəti ilə 339 məhkum əfv edilib: “Bu, böyük bir rəqəmdir. Biz yenə də əfv barədə müraciət etmişik. Əfv fərmanının imzalanması isə ölkə prezidentinin səlahiyyəti çərçivəsindədir”.
    30.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  50 51 52 53 54 55 56 57 58  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30