Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 48 49 50 51 52 53 54 55 56 » #
    Korrupsiyaya qarşı mübarizə idarəsi yeni faktlar aşkarlayıb
    Prokurorluq orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Cəfərov Oqtay Səttar oğlu "Royalbank" ASC-yə qarşı depozit müqaviləsi əsasında banka qoyduğu 30 min manat pul vəsaitinin geri qaytarılması barədə Yasamal rayon məhkəməsi qarşısında iddia qaldırıb. Mülki işə məhkəmədə baxılarkən "Royalbank" ASC-nin Yasamal filialından 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar edilməklə müxtəlif məbləğlərdə pul vəsaitlərinin cəmiyyətin Yasamal filialının keçmiş rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən edilib.
    15.12.11 Məqaləni oxumaq
     
    Ali Məhkəməyə daxil olan müraciətlər ilbəil artır
    “Ali Məhkəməyə daxil olan müraciətlər ilbəil artır. Ötən il daxil olan müraciətlər 10 faiz artmışdı. Bu il də müraciətlərin o qədər artacağı gözlənilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. R.Rzayev ötən il Ali Məhkəmədə 5 min işə baxıldığını xatırladıb. Onun sözlərinə görə, eyni zamanda keçən il respublikanın bütün rayonları üzrə məhkəmələrdə 120 min işə baxılıb.
    15.12.11 Məqaləni oxumaq
     
    Ramil Səfərovun Azərbaycana ekstradisiyasına baxıla bilər
    “Ramil Səfərovun Azərbaycana ekstradisiyası dövlətlərarası məsələdir. Təbii ki, bu məsələ ilə bağlı hər iki dövlət məşğul olur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Ali Məhkəmənin sədri Ramiz Rzayev Ramil Səfərovun Azərbaycana ekstradisiyasının mümkünlüyü məsələsinə münasibət bildirərkən söyləyib.
    14.12.11 Məqaləni oxumaq
     
    Ramiz Rzayev: Ədalətlilik və qərəzsizlik hər bir hakim fəaliyyətinin ayrılmaz atributu olmalıdır
    “Hakimlər ədalət mühakiməsinin həyata keçirilməsində üzərlərinə düşən vəzifənin yüksək məsuliyyətini dərk etməli, cəmiyyət tərəfindən onlara göstərilən etimadın dərəcəsini anlayaraq öz vəzifələrinə hörmət, şərəflə yanaşmalı və məhkəmə sisteminə olan etibarlılığın artırılması üçün lazımi səylər göstərməlidirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
    14.12.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: ABŞ insan hüquqları məsələlərindən təzyiq vasitəsi kimi istifadə edir
    “Biz çox təəssüf edirik ki, ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq insan hüquqları günü ilə bağlı açıqlamasında obyektivlikdən uzaq olaraq Azərbaycanın adını da mənfi halda çəkib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, ABŞ-ın rəsmi şəxsləri və ya başqa beynəlxalq təşkilatların nümayəndələrinin bu tipli açıqlamalarının arxasında başqa məqsədlər dayanır. “Azərbaycan insan hüquqları haqqında ümumi bəyannaməni ratifikasiya edib. Konstitusiya qəbul ediləndə də Azərbaycanın söykəndiyi insan haqları prinsipləri ümumi bəyannamədən irəli gələn müddəaları özündə əks etdirir. İndi bu və ya digər ölkəyə irad tutmaq üçün həmin dövlət gərək bu məsələlərlə əlaqədar özü nümunə göstərsin.
    14.12.11 Məqaləni oxumaq
     
    Elmir Vəlizadə: “Ali təhsildə İKT sahəsini seçən gənclərin sayı artır”
    Son illərin statistikası göstərir ki, ali məktəblərdə ixtisas seçimi zamanı informasiya texnologiyaları sahəsinə aid ixtisasları seçən gənclərin sayı artır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: Dünya ölkələri tərəfindən qazanılan təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, bu ixtisasları seçən gənclərin bilik səviyyəsinin yüksəlməsi, topladıqları keçid ballarının artması da müşahidə edilir: “Üstəlik, xaricdə təhsil dövlət proqramı çərçivəsində də İKT sahəsinə aid ixtisaslar üzrə təhsil almaq istəyən gənclərin sayında artım hiss olunur. Gənclərimiz artıq dünyanın ən qabaqcıl universitetlərində İKT təhsili alırlar”.
    13.12.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: Prezidentin növbəti əfv fərmanını gözləyirik
    “Yeni ilədək ölkə prezidentinin sayca 50-ci əfv fərmanı verəcəyini gözləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə ombudsman Elmira Süleymanova deyib. Ölkə rəhbəri tərəfindən daim bu kimi təqdirəlayiq addımlar atıldığını xatırladan E.Süleymanova ümid etdiyini bildirib ki, prezident növbəti əfv fərmanını imzalayacaq. E.Süleymanova, həmçinin bildirib ki, mütəmadi olaraq məhkumlarla görüşür və onların ailələrinə baş çəkirlər: “Məhkumların həyatını daim diqqətdə saxlayırıq”.
    13.12.11 Məqaləni oxumaq
     
    Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilir
    Dünyanın bir sıra ölkələrində məskunlaşan azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, onun həyat və fəaliyyətindən bəhs edən konfrans, Dəyirmi masa, sərgilər keçirirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri keçirilir. Heydər Əliyevin xatirəsini Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada yaşayan azərbaycanlılar da anırlar. Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunan tədbirlər keçirilir.
    12.12.11 Məqaləni oxumaq
     
    Məzahir Pənahov: Rusiyada keçirilən seçkilərdə seçicilər üçün kifayət qədər şəffaf şərait yaradılmışdı
    Rusiyada keçirilən seçkilərdə seçicilər üçün kifayət qədər şəffaf şərait yaradılmışdı. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Rusiyada keçirilən seçkiləri müşahidə edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. “Nəzərə alsaq ki, Rusiyada 100 mln-dan çox seçici var və bu qədər insan üçün seçkiləri təşkil etmək böyük məsuliyyət tələb edir. Rusiya hökuməti seçkiləri kifayət qədər yüksək səviyyədə təşkil edib. Narazılıqlar ondan ibarət ola bilər ki, müəyyən seçki dairələrində seçkilərin nəticələrinə ola bilsin ki, düzgün qiymət verilməyib. Böyük ehtimalla Rusiya hökuməti bu məsələni araşdıracaq və ehtiyac olarsa orada seçkiləri yenidən təşkil edəcək” – deyə M.Pənahov vurğulayıb.
    12.12.11 Məqaləni oxumaq
     
    “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı tədbir keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış ictimai xadim, jurnalist Nəsiq İmanquliyevin 100 illik yubileyinə həsr olunan “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olan bir şəxsiyyətdir. O, qeyd edib ki, Nəsir İmanquliyev öz dəsti-xətti ilə seçilib və bu onun tərəfindən yaradılmış “Bakı” və “Baku” qəzetlərinin yazılarında da əks olunub.
    10.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 48 49 50 51 52 53 54 55 56 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30