Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
    Sergey Lavrov: Qəbələ RLS-nin statusu ilə bağlı prinsipial fikir ayrılığı mövcud deyil
    Moskva ilə Bakı arasında Qəbələ RLS-nin statusu ilə bağlı prinsipial fikir ayrılığı mövcud deyil. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. Qeyd edək ki, bir sıra KİV-lər iddia etmişdilər ki, Qəbələ RLS ilə bağlı yaranmış problem üzündən ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Erik Rubin Bakıya gəlir. «O ki qaldı Qəbələ RLS-ə, yaxın günlərdə bizim hərbi nümayəndə heyətləri arasında danışıqlar davam etdiriləcək. Mənim bildiyimə görə, orada söhbət icarə haqqının parametrləri ilə bağlıdır, yəni prinsipial problemlər mövcud deyil, sadəcə, onlar razılaşmalıdırlar» - deyə rusiyalı nazir vurğulayıb.
    19.01.12 Məqaləni oxumaq
     
    Kolumbiya 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota verib
    Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinə 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər. Notada, “1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş Qara yanvar kimi tanınan hadisələrə” istinadən bildirib ki, “Kolumbiya Xarici İşlər Nazirliyi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir”.
    18.01.12 Məqaləni oxumaq
     
    “Diqqət Yol Polisi” layihəsinə start verildi
    Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Dəyirmi masanı keçən həftə 12 qeyri-hökumət təşkilatı tərəfindən təsis olunan “Təhlükəsiz Yol” Alyansı keçirib.
    17.01.12 Məqaləni oxumaq
     
    Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarındakı saxlanma şəraiti araşdırılıb
    Bu günlərdə Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Müvəkkilin tapşırığına əsasən, Xızı, Siyəzən və Şabran rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına başçəkmələr həyata keçiriblər. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Qrupun üzvləri başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
    17.01.12 Məqaləni oxumaq
     
    Nazir müavini: “Elektron hökumət” portalına 15 dövlət qurumunun 60-a yaxın xidməti qoşulub”
    “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na əsasən, bu günə kimi EHDİS layihəsi çərçivəsində 15 dövlət qurumunun 60-a yaxın elektron xidmətinin “Elektron hökumət” portalına qoşulması təmin edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edilib. Nazir müavini bildirib ki, növbəti ildə bütün dövlət qurumlarının portala qoşulması üçün tədbirlər görülür. “Elektron Hökumət Portalı”nın tezliklə istifadəyə verilməsi planlaşdırılır.
    16.01.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında çıxış edib
    Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında “BMT və Afrika İttifaqı arasında əməkdaşlıq” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. E.Məmmədyarov öz sədrliyi altında BMT – Afrika İttifaqı tərəfdaşlığı mövzusunda müzakirələri təşkil etdiyinə görə Cənubi Afrika Respublikasına təşəkkür edib. “Cənubi Afrika Respublikasının Prezidenti cənab Ceykob Zumanın bu mühüm tədbirdə iştirakı təqdirəlayiqdir. “Son onillikdə Afrika İttifaqının və subregional təşkilatların rolu xeyli artıb. Heç də bütün regional təşkilatlar silahlı münaqişələrin əsas səbəblərini anlamaq və onların həllinə effektiv töhfə vermək üçün bacarığı və siyasi iradəsi ilə öyünə bilməz. Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan, Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir. Afrika İttifaqı qitədə sülh, təhlükəsizlik və sabitliyin təşviqi üçün ciddi səylər göstərib və liderlik bacarığını ortaya qoyub.
    14.01.12 Məqaləni oxumaq
     
    Ötən il Səhiyyə Nazirliyinə 7297 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə ötən il ərzində 7297 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Daxil olmuş müraciətlərin 3682-si (908-i əsaslı, 2774-ü isə əsassız) şikayət, 2049-u sorğu xarakterli, 403-ü aidiyyəti üzrə deyil, 1163-ü isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    12.01.12 Məqaləni oxumaq
     
    Drezdendə 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək
    Yanvarın 18-də Almaniyanın Drezden şəhərində “Alm.az“ Cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “KƏLAMİNFO“ya verilən məlumata görə, tədbirdə soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqlar, eləcə də rus, yəhudi, ukrayn, qazax icmalarının təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirdə “Alm.az“ cəmiyyətinin sədri Ağahüseyn Babayev keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verəcək. Daha sonra “Azadlığa aparan yollar“ sənədli filmi nümayiş etdiriləcək.
    11.01.12 Məqaləni oxumaq
     
    Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb
    Yanvar ayının əvvəllərindən etibarən Azərbaycan üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə start verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən veriblər. Seçki Məcəlləsinin tələbinə əsasən, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Məntəqə seçki komissiyaları qanunla nəzərdə tutulmuş müddətdə müvafiq seçki məntəqəsinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsini həyata keçirəcəklər.
    10.01.12 Məqaləni oxumaq
     
    Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz ola bilər
    20 Yanvar – Milli Matəm Günü ilə bağlı keçiriləcək tədbirlərə “Azərbaycan Dəmir Yolları” QSC də qoşulacaq. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yanvarın 20-də elektrik qatarlarında gediş-gəlişin pulsuz ola biləcəyini bildirib. “KƏLAMİNFO”da olan məlumata görə, N.Əzməmmədov bildirib ki, plan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması ilə bağlı müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutur: “Plana görə, 20 Yanvar qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər isə fit verəcək. Hazırda Abşeronun şəhərətrafı zonalarına elektrik qatarlarında gediş-gəlişin pulsuz olması məsələsinə baxılır.
    09.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30