Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 44 45 46 47 48 49 50 51 52 » #
    Milli Atlas gələn ilin əvvəllərində hazır olacaq
    “Azərbaycanın Milli Atlasının hazırlanması üzərində işlər gələn ilin əvvəllərində başa çatacaq. Planlaşdırırıq ki, 2013-cü ilin əvvəllərində Azərbaycanın Milli Atlasını təqdim edək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Komitə sədri bildirib ki, hazırda Atlas üzərində lazımi işlər davam etdirilir. Qeyd edək ki, Milli Atlas Azərbaycan, ingilis və rus dillərində hazırlanacaq. Azərbaycanın Milli Atlası 1500 xəritə və 450 səhifədən ibarət olacaq, ölkənin sosial-iqtisadi, tarixi-mədəni həyatının bütün sahələrini əhatə edəcək.
    27.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanda “Əlillərin sosial müdafiəsi haqqında” qanunun monitorinqi aparılır
    Hazırda Azərbaycanda “Əlillərin sosial müdafiəsi haqqında” qanun layihəsinin monitorinqi aparılır və yaxın zamanlarda monitorinqin nəticələri açıqlanacaq. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, monitorinq bu qanunun hansı müddəalarının işlədiyini, əlillərlə bağlı Konvensiyaya uyğunluğunu öyrənmək məqsədilə aparılır. “Monitorinqin yekununda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq qanuna bəzi müddəaların əlavə edilməsi, bəzi müddəaların işlək mexanizminin yaradılması üçün təkliflər hazırlanacaq” - deyə M.Quliyev vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda əlillər, onların sosial müdafiəsi ilə bağlı qanunvericilik kifayət qədər dolğundur və bu sahədə yeni bir qanunun qəbuluna ehtiyac yoxdur.
    26.01.12 Məqaləni oxumaq
     
    Yaqub Mahmudov: Naxçıvan və Dərbəndin 5 min illik yubileyi keçirilməlidir
    “Naxçıvanın 5 min illik yubileyi keçirilməlidir. Naxçıvan yer üzərində ilk sivilizasiya məkanı, ilk insan məskənidir. Bura insanın ayaq açdığı, mədəniyyət yaratdığı məkandır. Hesab edirəm ki, bu il Naxçıvan şəhərinin 5 min illik yubileyi keçirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edib. AMEA Rəyasət Heyətinin iclasında çıxış edən Y.Mahmudov bildirib ki, burada şübhəli heç bir şey yoxdur: “Gəmiqaya deyirsənsə, buradadır. Nəbi yurdu, Nuh peyğəmbərin qəbri Naxçıvandadır. Oradakı qalalarda Azərbaycanın çox qədim tarixi yatır”.
    26.01.12 Məqaləni oxumaq
     
    Fəttah Heydərov: “Ad və soyad dəyişməsi zamanı bir sıra problemlər yarana bilər”
    “Məgər bu gün bizim işlərimiz qurtarıbmı ki, indi də ad və soyadları dəyişək?” “KƏLAMİNFO” xəbər verir ki, bunu Mili Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Fəttah Heydərov bildirib. O qeyd edib ki, indiki halda bu məsələdə tələsmək lazım deyil. “İndi ad və soyad dəyişməsi zamanı bir sıra problemlər yarana bilər. Çünki çox sayda insan uzun illərdir “ov”, “yev” soyadını daşıyıb. Bu gün Cənubi Azərbaycanda, Gürcüstanda və digər bölgələrdə azərbaycanlılar yaşayır. Bu soyad dəyişmə Gürcüstanda yaşayan yarım milyon azərbaycanlıya da şamil olunacaqmı? Biz niyə belə halları unuduruq? Bu insan hüquqlarına uyğun deyil” - deyə F.Heydərov vurğulayıb. Millət vəkili eyni zamanda, yer adlarının dəyişdirilməsinə də toxunub. “Bu məsələdə diqqətli olmaq lazımdır. Biz tariximizi saxtalaşdırmamalıyıq. Elə yerlər var ki, onların adlarını dəyişmək olmaz” - deyə o, əlavə edib.
    25.01.12 Məqaləni oxumaq
     
    Ötən il telekommunikasiya xidməti üzrə 3 ədəd lisenziya verilib
    Ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tənzimləmə fəaliyyəti sahəsində də tədbirlərin görülməsi davam etdirilib. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə sürətli poçt xidmətləri üzrə 4 ədəd, telekommunikasiya xidməti üzrə 3 ədəd və fərdi məlumatlar üzrə xidmətlərin göstərilməsinə 4 ədəd yeni lisenziya verilib. Eyni zamanda, telekommunikasiya xidmətləri üzrə 2 ədəd və sürətli poçt xidmətləri üzrə 4 ədəd lisenziyaların qüvvədə olma müddətləri uzadılıb.
    24.01.12 Məqaləni oxumaq
     
    “YouTube”da hər gün 4 milyard videoya baxılır
    Son 8 ay ərzində “YouTube” servisində videoçarxlara baxış sayı 25 faiz artaraq 4 milyard təşkil edib. “KƏLAMİNFO” xəbər verir ki, servisin populyarlığının sürətli artımı “YouTube” əlavəli smartfonların geniş yayılması ilə əlaqədardır. Hər dəqiqədə videoservisə 60 saat video yüklənir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2011-ci ilin mayında 48 saat olub. Ötən ilin sonunda “YouTube”un sahibi olduğu “Google” şirkəti videoservisin interfeysinin dizaynını dəyişib.
    24.01.12 Məqaləni oxumaq
     
    Azərbaycan əhalisinin 95%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir
    Dünyanın aparıcı araşdırma şirkətlərindən olan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. 2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır. Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50%- i Olimpiya Oyunları Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacağını, həmçinin 30% iştirakçı isə Olimpiya Oyunlarının paytaxtımızda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduğunu bildirib. Bununla bağlı daha ətraflı məlumatı www.baku2020.com saytından almaq olar. Sorğu 26-30 dekabr 2011-ci il tarixlərində 1000 nəfər respondent arasında Bakı (50%), Gəncə (25.7%) və Sumqayıt (24.3%) şəhərlərində keçirilib.
    24.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanda nanotexnologiyaların inkişafı sürətləndirilib
    Ölkədə nanotexnoloji məhsulların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində ardıcıl işlər aparılır. Ötən müddət ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən nanomateriallar, energetik texnologiyalar, nanorobotlar və bionanorobotlar alınıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bunun sayəsində Mərkəz tərəfindən rəngli və ağ işıq mənbələrinin (işıq diodları) prototipləri hazırlanıb. Eyni zamanda, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınmış yüksək təmizliyə malik karbon nanostrukturları sintez olunub.
    23.01.12 Məqaləni oxumaq
     
    RİTN builki fəaliyyət planını açıqlayıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2012-ci ildə həlli vacib məsələlərin siyahısını açıqlayıb. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması, e-imzanın tətbiqinin genişləndirilməsi, elektron hökumət infrastrukturunun qurulması və istismarı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi kimi məsələlərin icrası nəzərdə tutulub. Eyni zamanda, ölkəmizdə keçiriləcək “Eurovision-2012” beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üzrə zəruri tədbirlərin görülməsi cari il ərzində icrası mühüm olan tədbirlərdir.
    23.01.12 Məqaləni oxumaq
     
    20 yanvar günü münasibətilə tədbirlər keçirilir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “20 yanvar faciəsi” mövzusunda Dəyirmi masa keçirilib. Dəyirmi masadan əvvəl 22 il bundan öncə 20 Yanvar faciəsinin bir addımlığında olan və Bakını əks etdirən “Bakı fövqəladə vəziyyət ərəfəsində” sənədli-tarixi filmi nümayiş olunub. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən GİN-nin Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qələmşah Sadıqov bildirib ki, tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsinin 22-ci ildönümünü anmaq, gənclər arasında vətənpərvərlik hissini aşılamaq və gənclərin diqqətini tariximizin qəhrəmanlıq salnaməsinə çevrilmiş bu faciəyə yönəltməkdir: “Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı ilin 20 yanvar gecəsində öz ölkəsi, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”.
    20.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 44 45 46 47 48 49 50 51 52 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30