Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  42 43 44 45 46 47 48 49 50  #
    Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə qəbul olunub
    Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında sənəd müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov məruzə ilə çıxış edib. O qeyd edib ki, bələdiyyələrlə bağlı 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Göndərilən materiallardan 15-i üzrə cinayət işi başlanıb, digərləri üzrə araşdırmalar davam etdirilir. “Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci il ərzində 5483,16 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub.
    14.02.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Ali Məhkəməsi hesabat verəcək
    Azərbaycan Ali Məhkəməsinin kollegiyaları hesabat verəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Fevralın 17-də Ali Məhkəmənin Plenumunun iclası keçiriləcək. Plenumda Ali Məhkəmənin mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarının ötən ilki fəaliyyəti ilə bağlı hesabatları dinləniləcək. Plenumda konkret cinayət və mülki işlərə də baxılacaq.
    14.02.12 Məqaləni oxumaq
     
    Meksikada Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc edilib
    Meksikanın ingilis dilində dərc olunan “The News” qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib. Meksikadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, məqalədə qeyd edilib ki, Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi Meksika ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir. Bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də nazir E.Məmmədyarovun 2011-ci ildə Meksikaya həyata keçirilmiş səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanmış bir sıra sazişlər misal göstərilib.
    13.02.12 Məqaləni oxumaq
     
    Gürcüstanda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlərə start verilib
    Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar tədbirlərə start verilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərkəzə toplaşan tələbə-gənclər, ictimaiyyət və KİV nümayəndələri dəhlizdə faciənin qanlı səhifələrini özündə əks etdirən foto-şəkillər, kitablar, eksponatlarla tanış olublar. Tədbirdə çıxış edən AMM İdarə Heyətinin sədri Fazil Həsənov Xocalı soyqırımı ilə bağlı məlumat verib. Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan video-çarx nümayiş etdirilib. Millət vəkili Qənirə Paşayeva AMM-in Xocalı soyqırımı ilə əlaqədar keçirəcəyi tədbirlər çərçivəsində kəndlər, məktəblərdə gənclərlə, şagirdlərlə görüşlərin keçirilməsinin vacibliyinə toxunub. Xocalı faciəsinin gürcü ictimaiyyətinə çatdırılmasının zəruriliyinə diqqət çəkən Q.Paşayeva qeyd edib ki, soyqırımı bir xalqa qarşı deyil, insanlıq əleyhinə törədilən cinayətdir.
    11.02.12 Məqaləni oxumaq
     
    Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
    Ombudsman Elmira Süleymanova Niderlandın Azərbaycandakı səfiri Arjen Peter Uijterlinder, həmin ölkənin Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə eksperti Niko Van der Laanı və nazirliyin Yaxın Şərq, Asiya və Avropa üzrə əlaqələndiricisi Meil Kieli qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. E.Süleymanova insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyəti və bu istiqamətdə təsisat tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat verib. Ombudsman ona verilən yeni səlahiyyətlərlə bağlı qonaqların suallarını cavablandırıb. Müvəkkil MPM qrupunun yaradıldığını vurğulayıb, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə müntəzəm olaraq baş çəkmələrin, monitorinqlərin həyata keçirildiyi bildirib.
    09.02.12 Məqaləni oxumaq
     
    Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
    Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları ilə bağlı gənc alimlərin xarici ölkələrə göndərilməsi prosesi davam etdiriləcək. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov deyib. Gənclərin xaricə göndərilməsinin onların da maraqlarında olduğunu diqqətə çatdıran A.Həşimov bu məsələnin reallaşması üçün bir sıra şərtlərin olduğunu qeyd edib: “Göndərdiyimiz yerdə, yaxud gənc alimlərin özləri qazandığı xarici elm ocaqlarında onlar üçün şərait yaradılmalıdır. Bundan başqa, Akademiyanın maliyyə imkanları buna imkan verməlidir”. A.Həşimovun sözlərinə görə, buna baxmayaraq, elə tədqiqat işləri var ki, ona görə xaricə gənc alim göndərmək vacibdir: “Məsələn, elə tarixçilər var ki, onlar gedib dünyanın hər hansı bir ölkəsinin arxivində işləməlidir. Elələri var ki, ekspedisiyaya, kitabxanalara getməlidir. Bunun üçün də biz şərait yaratmalıyıq”.
    08.02.12 Məqaləni oxumaq
     
    “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
    Danmarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və Cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva ölkənin gənclər və idman naziri Christine Antorini ilə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə “Vətən” Cəmiyyəti barədə nazirə məlumat verən S.Sadiqi əsas məqsədlərinin Danimarka ictimaiyyətini Azərbaycan barədə məlumatlandırmaq olduğunu bildirib.
    08.02.12 Məqaləni oxumaq
     
    Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatların hazırlanaraq yayımlanması təmin edilib.
    08.02.12 Məqaləni oxumaq
     
    BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 2-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Əsirə bir “qızıl xaç” məktubu çatdırılıb, ondan isə bir “qızıl xaç” məktubu alınıb. Görüş barədə əsirin ailəsinə məlumat verilib. Xatırladaq ki, bu günlərdə Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
    07.02.12 Məqaləni oxumaq
     
    Fövqəladə Hallar Nazirliyi avtomobillərə və piyadalara köməklik göstərib
    Son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib. Fövqəladə Hallar Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün nazirliyin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı şəhərinin Binə, Hövsan, Zirə, Zığ, Müşfiq, Dübəndi, Pirallahı və Abşeron rayonunun Qobu qəsəbələri istiqamətində, habelə Zığ-Hava limanı, Koroğlu metro stansiyası-Hava limanı, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücü və piyadalara lazımi köməklik göstərib, yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görüblər.
    06.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  42 43 44 45 46 47 48 49 50  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30