Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi (QUPAİB) keçirib. QUPAİB-in sədri Kəmalə Əliyeva Xocalı faciəsinin müasir tariximizdə müstəqilliyimizə qarşı yönəldilmiş terror aktı olduğunu bildirib. Xocalı faciəsinin Azərbaycan xalqının qəlbində sağalmayan iz qoyduğunun vurğulandığı tədbirdə faciənin tarixinə bir daha nəzər salınıb. “Terror və təcavüz Ermənistanın dövlət siyasətinin əsasıdır. Özlərini müasir, sivil və demokrat sayan dövlətlər təəssüf ki, hələ də 20 yaşı tamam olmayan Xocalı soyqırımını tanımaq istəmirlər”-deyə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Vəsilə Mövsümova bildirib ki, bu tarixi biz yalnız 26 fevralda deyil, Xocalının, Şuşanın, Laçının və digər işğal olunan torpaqlarımız azad olunmasına qədər hər bir günümüz o tarixlərin anım günü kimi qeyd olunmalıdır.
    21.02.12 Məqaləni oxumaq
     
    BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 17-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat veriblər. BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 7 "Qızıl Xaç" məktubu çatdırılıb, erməni ailəsindən isə 3 "Qızıl Xaç" məktubu alınıb. Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
    21.02.12 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin növbəti Plenumu olub
    Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu olub. “KƏLAMİNFO” xəbər verir ki, Ali Məhkəmənin sədri R.Rzayev Plenumun iclasında bildirib ki, 2011-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ən mühüm hadisələrdəndir. R.Rzayev qeyd edib ki, ötən ildə Azərbaycan prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ali Məhkəmənin fəaliyyətinin hüququ və informasiya təminatı gücləndirilib, aparatda yeni texnologiyalar tətbiq edilib, hakimlərin maddi təminatı yaxşılaşdırılıb, maddi–texniki baza möhkəmləndirilib. Əvvəlki illərlə müqayisədə 2011-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi də xeyli yüksəlib. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr aparılıb.
    18.02.12 Məqaləni oxumaq
     
    Macarıstanda Xocalı soyqırımına həsr olunan konfrans keçirilib
    Azərbaycanın Macarıstandakı səfirliyi və mərkəzi ofisi Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fondun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş “Təcrübədə soyqırımı və kütləvi qırğının qarşısının alınması; Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu” adlı beynəlxalq konfrans keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Xocalı faciəsi beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq hüquq üzrə tanınmış ekspertlər tərəfindən müzakirə edilib. Konfransın iştirakçıları arasında Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın rəsmiləri, BMT və ATƏT-in keçmiş səfirləri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin başçıları, ictimai-siyasi xadimlər və jurnalistlər olub.
    18.02.12 Məqaləni oxumaq
     
    Hərbiyə aid 8-ə yaxın qanun üzərində iş aparılır
    Azərbaycanda hazırda hərbiyə aid 8-ə yaxın qanun üzərində iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib. O qeyd edib ki, qanunlar Hərbi Doktrinaya uyğun hazırlanır. “Bunlar arasında eləsi var ki, mövcud qanun olaraq ona əlavə və dəyişikliklər hazırlanır. Hərbi Doktrinada istiqamətlər göstərilib və həmin istiqamətlərə uyğun olaraq qanunlar qəbul olunacaq. Bununla bağlı Prezident Administrasiyası ilə paralel olaraq işlər və məsləhətləşmələr aparılır” - deyə S.Novruzov vurğulayıb. Onun sözlərinə görə, üzərində işlər aparılan sənədlər arasında Strateji Müdafiə İcmalı, Dəniz Təhlükəsizliyi Strategiyası və ayrı-ayrı sahələrə aid sənədlər var.
    17.02.12 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: Yeni qurum bütün silahlı qüvvələrdə kadrların hazırlanması ilə məşğul olacaq
    Yeni yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tək Müdafiə Nazirliyinin müvafiq qurumunun deyil, Azərbaycanda olan bütün silahlı qüvvələrdə kadrların hazırlanması və səfərbər olunub göndərilməsi ilə məşğul olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.
    17.02.12 Məqaləni oxumaq
     
    İstanbulda Xocalı soyqırımına həsr edilmiş tədbir keçiriləcək
    Milli Məclisin deputatı Ceyhun Osmanlı fevralın 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, millət vəkili burada Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş silsilə tədbirlərdə iştirak edəcək. Səfər zamanı Azərbaycan torpaqlarının işğalı, ermənilərin etnik təmizləmə siyasəti və qondarma erməni soyqırımı iddialarının əsassız olması barədə məsələlər geniş ictimaiyyətə çatdırılacaq.
    17.02.12 Məqaləni oxumaq
     
    Bu il Bakıda keçiriləcək internet forumu Cenevrədə müzakirə edilir
    Azərbaycanın nümayəndə heyəti Cenevrədə (İsveçrə) 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF-2012) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Görüş IGF-2012-nin planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur. Cenevrədə Azərbaycan nümayəndə heyəti tərəfindən IGF-2012-nin keçirilməsi üzrə praktiki tədbirlərə həsr edilən təqdimatın olacağı da gözlənilir.
    16.02.12 Məqaləni oxumaq
     
    Hicran Hüseynova Qadınların rolunun gücləndirilməsi üzrə Beynəlxalq Qoşulmama Hərəkatı Bürosunun sədr müavini seçilib
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin Doha şəhərində keçirilən qadınların rolunun gücləndirilməsi üzrə Qoşulmama Hərəkatının III nazirlər görüşündə iştirak edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya komitədən veriblər. Görüşdə H.Hüseynova Qadınların rolunun gücləndirilməsi üzrə beynəlxalq Qoşulmama Hərəkatı bürosunun sədr müavini seçilib. Tədbirdə çıxış edən H.Hüseynova deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qadın hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Komitə sədri “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrasının bu prosesin daha da intensivləşməsinə təkan verdiyini bildirib.
    16.02.12 Məqaləni oxumaq
     
    “Salamworld” Birinci Beynəlxalq Sammiti keçirilib
    İstanbulda yeni müsəlman sosial şəbəkəsi olan “Salamworld” informasiya texnologiyaları layihəsinin Birinci Beynəlxalq Sammiti keçirilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammit Çırağan Sarayında reallaşıb. Dünya müsəlmanlarının yaxın əlaqələr qurmasına hesablanan saytın ilk zirvə toplantısını Fatih Camisinin imamı Osman Şahin açıb. Sammitdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub. 30 ölkə nümayəndəsinin qatıldığı sammitə Liviya Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlilin telefonla bağlantısı olub. “Salamworld” İdarə Heyətnin rəhbəri Əbdülvahid Niyazov bu sosial şəbəkənin beynəlxalq bir layihə olduğunu söyləyib. Onun sözlərinə görə, saytın məqsədi bütün dünya müsəlmanları arasında ünsiyyətin saxlanılmasıdır. O, saytın bu ilin Ramazan ayında fəaliyyətə başlayacağının nəzərdə tutulduğunu açıqlayıb: “Salamworld” bir internet məscidi deyil, amma internet məkanıdır. Hər kəsə açıqdır. Sayt islam dünyası arasında bir körpüdür”.
    15.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30