Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 39 40 41 42 43 44 45 46 47 » #
    Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir
    Bu gün Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclər, Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir.
    13.03.12 Məqaləni oxumaq
     
    Prezidentin Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayına təbrik məktubu oxunub
    Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Rəyasət Heyəti formalaşıb. “KƏLAMİNFO” xəbər verir ki, Rəyasət Heyətinə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, PA-nın digər şöbə müdiri Elnur Aslanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və gənclər və idman naziri Azad Rəhimov daxildir.
    13.03.12 Məqaləni oxumaq
     
    Elsevər Ağayev: “Azərbaycanda təbii artım göstəricisi Avropada ən yüksək göstəricilərdəndir”
    Azərbaycanda 2011-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7-dən 19,3-ə qalxıb. Təbii artım göstəricisi isə 8,1-dən 13,5-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. O qeyd edib ki, eyni zamanda, ildən-ilə səhiyyəyə daha çox büdcə vəsaiti ayrılır. “2003-cü illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olub. Bu da respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaradıb. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı işi daha da təkmilləşdirilib. Artıq stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, onların sayı 60-dan 166-ya çatdırılıb. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artmasına sübutdur və bu göstəricilərinin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır” - deyə E.Ağayev vurğulayıb.
    10.03.12 Məqaləni oxumaq
     
    Azad Qarabağ Uğrunda Alyans təsis olunub
    Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın (AQA) təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, yeni Alyansın sədri Akif Nağı bildirib ki, sözügedən təşkilata üzvlük üçün ölkədə fəaliyyət göstərən 21 təşkilat və ekspertə müraciət olunub, lakin AQA-nın martın 6-da keçirilən təsis yığıncağında 13 təşkilat və 3 ekspert iştirak etdiyindən hələ ki, Alyansa üzv olaraq onlar seçiliblər. Sədr Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxlu sayda təşkilatların fəaliyyət göstərdiyini vurğulayaraq, onları da AQA-nın üzvü olmağa səsləyib. “Alyans torpaqlarımızın erməni işğalından hərbi yolla azad edilməsinə tərəfdar olan ictimai təşkilatlar və fərdi şəxslər tərəfindən yaradılır.
    09.03.12 Məqaləni oxumaq
     
    Deputat: Azərbaycanla Gürcüstan arasında əlaqələr bütün səviyyələrdə intensivləşməlidir
    “Hesab edirəm ki, regionda heç bir qüvvə, heç bir situasiya Azərbaycan-Gürcüstan müttəfiqliyini poza bilməz. Hər iki dövlətin başçıları da bunu yüksək qiymətləndirir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib. O qeyd edib ki, Qafqazda iki bir-birinə ən yaxın dövlətlər varsa bu da Azərbaycan və Gürcüstandır, tarixi və coğrafi amillər də bunu sübut edir. “Bu baxımdan hər iki dövlətin başçılarının bir-biri ilə mütəmadi görüşünə böyük ehtiyac var. Biz coğrafi və tarixi amilləri bölüşdüyümüz kimi hazırda yürütdüyümüz siyasəti də bölüşməliyik. Hesab edirəm prezidentlər arasındakı görüşlər zamanı birgə həyata keçirilən layihələr, regionda gedən geosiyasi proseslərin ölkələrimizə təsiri, ikitərəfli və beynəlxalq münasibətlərin daha da artırılması məsələləri müzakirə olunmalıdır”-deyə M.Qasımlı vurğulayıb.
    07.03.12 Məqaləni oxumaq
     
    TQDK xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulu iki mərhələdə aparacaq
    “Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu məlumatı keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, I mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirən test imtahanını verməlidir. 2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək aparılacaq. Ali Hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər. Tibb Universitetinin hərbi tibb fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
    07.03.12 Məqaləni oxumaq
     
    Azad Rəhimov: “Azərbaycan bu il bir sıra beynəlxalq yarışlara ev sahibliyi edəcək”
    “Bakının 2020-ci il olimpiadasının keçirilməsinə namizəd şəhər kimi qeydə alınması sübut edir ki, Azərbaycanda idmana böyük diqqət var”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O qeyd edib ki, ölkədə idman bazası möhkəmlənir və ildən-ilə nailiyyətlər çoxalır. “Bu il prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İdman ili” elan olunub. Ona görə də Azərbaycan bu il ərzində bir sıra beynəlxalq yarışlara ev sahibliyi edəcək” - deyə A.Rəhimov vurğulayıb. Nazir, həmçinin bildirib ki, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyaların sayı artır.
    06.03.12 Məqaləni oxumaq
     
    Rauf Həbibov Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
    Azərbaycan prezidenti İlham Əliyev Rauf Xeyrulla oğlu Həbibovu Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev martın 2-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rauf Xeyrulla oğlu Həbibov Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
    05.03.12 Məqaləni oxumaq
     
    Ötən ilin poçt markalarının mövzuları açıqlanıb
    2011-ci ildə poçt markalarının əsas mövzuları açıqlanıb. “KƏLAMİNFO” “İCTnews”ə istinadən xəbər verir ki, bunlar “Rabitə Bakı” voleybol klubu - FİVB klublararası dünya çempionu”, “Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi”, “Abbas Zamanovun 100 illiyinə həsr olunmuş marka”, “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyi 2012/2013” olub. Bundan başqa, keçən il markalar “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü”, “Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20 illiyi”, “Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatının yaradılmasının 20 illiyi”, “Nizami Gəncəvinin 870 illiyi” kimi mövzulara həsr olunub. 2011-ci ildə “Gömrük Muzeyinin xəzinəsi”, “Azərbaycan Respublikasının Ordenləri”, “Eurovision-2011”, “Azərbaycan Respublikasının Avropa Şurasına qoşulmasının 10 illiyi” adı ilə markalar da dövriyyəyə buraxılıb. Ötən ilin “Tematik planı”nda “İnsanın kosmosa ilk uçuşunun 50 illiyi”, “Qarabağ atları”, “İtlər”, “İlanyeyən”, “Payızgülü”, “Avropa 2011. Meşələr. Buklet” kimi mövzular da üstünlük təşkil edib.
    05.03.12 Məqaləni oxumaq
     
    Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı Bakıda işgüzar səfərdə olub
    Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı xanım Yanne Holst Hübner 27 fevral - 01 mart 2012-ci il tarixlərində Bakıda işgüzar səfərdə olub. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində xanım Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirib. Həmin görüşlər zamanı ölkəmizin bu nüfuzlu təşkilata daha sıx inteqrasiyası, eləcə də prokurorluqlar arasındakı əməkdaşlığa əhəmiyyətli töhfəsi xüsusi qiymətləndirilib. Assosiasiyanın materiallarının BMT-nin rəsmi dillərindən olan rus dilində yayımlanması üçün Azərbaycan Prokurorluğu tərəfindən görülən işlərə yüksək dəyər verilib.
    02.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 39 40 41 42 43 44 45 46 47 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30