Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    “Narkotiklərdən əl çəkək” layihəsinə start verilib
    Bu gündən etibarən Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında layihəyə start verib. Birlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə çərçivəsində gənclərin iştirakı ilə regionlara avto turlar və idman yarışları təşkil olunacaq. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay davam edəcək layihənin bir neçə mərhələdə icra olunması nəzərdə tutulub. Əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və sağlam həyat tərzi prinsiplərinə riayət etməsinin vacib olduğunu açıqlanan layihədə bir sıra tədbirlər həyata keçiriləcək.
    27.03.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinə daxil olan şikayətlərin böyük əksəriyyəti Bakı məktəbləri ilə bağlı olub
    Cari ili fevralında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 1629 müraciət daxil olub. Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterli olub. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər müvafiq qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülüb. Ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb.
    20.03.12 Məqaləni oxumaq
     
    Ramil Həsənov MDB PA-nın 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyaya qatılacaq
    Martın 26-28-i tarixlərində TÜRKPA baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyada iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Sessiyada MDB-yə üzv ölkələrinin və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Sessiya çərçivəsində TÜRKPA baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatın nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Səfərdə TÜRKPA baş katibini müavinləri Mels Semgaliyev və Bektemir Ziyadinov müşayiət edəcəklər.
    20.03.12 Məqaləni oxumaq
     
    Bakıda intellektual oyunlar üzrə “Xəzər kuboku” beynəlxalq turnirinə start veriləcək
    Martın 23-dən 25-dək Bakıda, Kempinski-Badamdar mehmanxanasında ilk dəfə olaraq intellektual oyunlar üzrə “Xəzər kuboku”(“Caspian Cup”) beynəlxalq turnirinə start veriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Təşkilatçıları Gənclər və İdman Nazriliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi olan yarış üç gün davam edəcək. Burada bilik və bacarıq tələb olunan müxtəlif intellektual oyunlar keçiriləcək. Həmin oyunların sırasında ənənəvi olan “Nə? Harada? Nə zaman?”, “Fərdi oyun” və“ Breyn-ring” oyunları ilə yanaşı, “Xəmsə” milli intellektual oyunu üzrə ilk beynalxalq yarışma da olacaq. Yarışın təşkilati tərəfdaşı “Atəşgah” İntellektual Oyunlar Klubudur. Turnir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu və Gilan Holdinqin dəstəyi ilə həyata keçirilir. Bu tədbirdə Gürcüstandan, Rusiyadan, Ukraynadan, Qazaxstandan, İsraildən, Özbəkistandan, Türkmənistandan və Azərbaycandan 50 yaxın komanda iştirak edəcək.
    19.03.12 Məqaləni oxumaq
     
    Türkiyə vətəndaşı Ankaradan Bakıya yürüş edəcək
    Türkiyə vətəndaşı, azərbaycanlı Kələntər Bayramlı martın 21-də Ankaradan Bakıya yürüş etmək qərarına gəlib. O, bununla dünya ictimaiyyətini Xocalı soyqırımına diqqətinin cəlb olunmasını istəyir. «KƏLAMİNFO» «Hürriyət» qəzetinə istinadən xəbər verir ki, Bayramlı 2800 km-i üç aya qət etmək niyyətindədir. O, əvvəlcə Ankaradan Naxçıvana, oradan isə İran vasitəsilə Bakıya gəlmək istəyir.
    19.03.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: Ali məktəblərin sayı artırılmalıdır
    “Artıq Azərbaycanda ali məktəblərin sayı, o cümlədən iş yerlərinin sayı artırılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov çıxış edib. O qeyd edib ki, son 20 il ərzində Azərbaycanda əhalinin sayı 2 milyon nəfər artıb və bu da ildə əhalinin təxminən 100 min nəfər artması deməkdir. “Əgər hazırda ali təhsilə əhalinin 30 faizi cəlb olunursa, gələcəkdə indiki plan üzrə cəmi 25 faiz cəlb olunacaq ki, bu da inkişaf etmiş dünya ilə ayaqlaşmır” - deyə Ə.Əhmədov vurğulayıb. O bildirib ki, Azərbaycanın 2020-ci il üçün müəyyənləşdirdiyi inkişaf strategiyasında ali təhsil müəssisələrinin sayının artırılması və ali təhsil alanların 50 faizə çatdırılması planlaşdırılmalıdır. “Əhalinin sayı ildə 100 min nəfər artırsa, iş yerlərinin də sayı müvafiq qaydada artırılmalıdır” - deyə o əlavə edib.
    17.03.12 Məqaləni oxumaq
     
    Daxili İşlər Nazirliyi qaçqın və məcburi köçkünlərə 63 min manat yardım etdi
    Bu gün, Novruz bayramı ərəfəsində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. DİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitlərinin, rifah hallarının daha da yaxşılaşdırılması istiqamətində prezident İlham Əliyevin bu kateqoriyadan olan həmvətənlərimizin qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə də minnətdarlığını bildirib.
    15.03.12 Məqaləni oxumaq
     
    Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni təyin edilən rəhbərini qəbul edib
    Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni təyin edilən rəhbəri Kamran Bağırovu qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. E.Süleymanova Ombudsman təsisatının insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa önəm verdiyini, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla sıx əməkdaşlıq əlaqələri yaratdığını, insan hüquqlarının müdafiəsi və bu istiqamətdə maarifləndirmə üzrə birgə tədbirlər, dəyirmi masalar, seminar-treninqlər keçirildiyini diqqətə çatdırıb.
    15.03.12 Məqaləni oxumaq
     
    “İntellektual kartlar və informasiya texnologiyalarının təhlükəsizlik sistemləri” sərgi və konfransı keçiriləcək
    4-27 apreldə Moskvada CARDEX & IT SECURITY 2012 - “İntellektual kartlar və informasiya texnologiyalarının təhlükəsizlik sistemləri” mövzusunda IX Beynəlxalq sərgi və konfrans keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, müasir dövrdə smart-kart, informasiya texnologiyalarının mühafizəsi və identifikasiya mövzuları təhlükəsizliyin təmini məsələlərinin ayrılmaz tərkib hissəsi olduğu üçün bu kimi tədbirlərin keçirilməsi sözügedən sahədə mövcud problemlərin həlli yollarının araşdırılması, müxtəlif metod və vasitələrin təklifi, bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. İdentifikasiya (RFID, biometriya), audentifikasiya texnologiyaları, kartların istehsalı və fərdiləşdirilməsi, informasiyanın texniki mühafizə vasitələri, proqram təminatı məsələləri tədbirin əsas istiqamətlərindəndir. Qeyd edək ki, hər il sərgidə dünyanın 10-dan artıq ölkəsindən 90-dan çox şirkət, həmçinin 2000-dən artıq mütəxəssis iştirak edir.
    13.03.12 Məqaləni oxumaq
     
    Erməni cinayətlərinə həsr edilən Dəyirmi masa keçirilib
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı - 1918” mövzusunda Dəyirmi masa keçirib. Məlumatı “KƏLAMİNFO”ya AVCİYA-dan veriblər. Tədbirdə Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat verib.
    13.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30