Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 37 38 39 40 41 42 43 44 45 » #
    Elmar Məmmədyarov aerodromların İsrailin sərəncamına verilməsi barədə məlumatlara münasibət bildirib
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verməsi barədə dərc olunan məqaləyə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, E.Məmmədyarov deyib ki, Azərbaycanla İran arasında dostluq və qonşuluq münasibətləri var və ona görə də belə təkliflər və təşəbbüslər olsa, Azərbaycana buna müsbət cavab verməyəcək. O, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda qəbul etdikləri bəyannamədə dostluq münasibətlərinin qeyd olunduğunu xatırladıb. Qeyd edək ki, ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verdiyi barədə məqalə dərc olunub.
    04.04.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: â€śİşğal işğaldır, bunun başqa adı yoxdur”
    Bu gün Avronest PA-nın sessiyası çərçivəsində Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu gün Azərbaycanın qonşu ölkələrlə, xüsusilə də Rusiya və Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri var. O qeyd edib ki, Azərbaycanın regiondakı yeni layihələrdən böyük gözləntiləri var. “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Bu xətt üzrə birinci qatar Bakıdan bu ilin sonunda yola düşəcək. Təsəvvür edin ki, burada qatara minəcəksiniz, Londonda, yaxud Brüsseldə düşəcəksiniz” - deyə nazir vurğulayıb.
    03.04.12 Məqaləni oxumaq
     
    Soyqırımı qurbanlarının xatirəsi anılıb
    Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, rektor Abel Məhərrəmov soyqırımı aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib. A.Məhərrəmov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. A.Məhərrəmov bildirib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazım qiymət verilməyib, dünyaya çatdırılmayıb. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib.
    01.04.12 Məqaləni oxumaq
     
    Müxtəlif ölkələrdə azərbaycanlıların soyqırımı günü qeyd olunacaq
    31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə keçiriləcək tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə fakt və sənədlərə əsaslanan məlumatlar veriləcək, soydaşlarımız dünya ictimaiyyətinin bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər.
    31.03.12 Məqaləni oxumaq
     
    “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimatı keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilən kitabın ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) baş direktoru Aslan Aslanov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, millət vəkili Aydın Mirzəzadə və digərləri kitabın əhəmiyyəti, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı tətbiq etdikləri təcavüz və soyqırımı aktları, onların qanlı nəticələri və digər məsələlərdən bəhs ediblər. Həmçinin bildirilib ki, bu kimi kitablar bir neçə dillərə tərcümə olunaraq yayılmalı, həmin əsərlərin elektron versiyaları hazırlanmalıdır.
    30.03.12 Məqaləni oxumaq
     
    Əmanətlərin qaytarılması ilə bağlı 6 vacib məqam
    Bu günlərdə ölkənin iqtisadi gündəminin ən çox diqqət cəlb edən mövzularından biri sovet dönəmindən qalan əmanətlərin qaytarılmasıdır. Əslində, əmanətlərin qaytarılıb-qaytarılmayacağı mövzusu uzun illər cəmiyyətin əsas suallarından olub. Nəhayət, prezidentin bu ay imzaladığı fərmanla 1992-ci il 1 yanvar tarixinə kimi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan şəxslər əmanətlərini geri ala biləcəklər. Əmanətlər 2012-ci ilin sonuna qədər intervalla qaytarılacaq. “KƏLAMİNFO”nun məlumatına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov proseslə bağlı bir sıra məqamlara aydınlıq gətirib.
    29.03.12 Məqaləni oxumaq
     
    “Qəbələ RLS-in icarə məbləğinin 50 milyon dollar civarında olacağı ehtimalı var”
    “Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin gedişində Qəbələ RLS-in icarə məsələsinin də əsas müzakirə obyekti olacağı şübhəsizdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert deyir ki, bu məsələ ilə bağlı tərəflər hazırda stansiyanın icarəyə verilməsi prosesi üzrə fikir ayrılıqları dövrünü yaşayırlar. “Bir sıra məlumatlara görə, tərəflərin yaxın gələcəkdə ortaq yanaşmaya gəlməsi mümkündür. Fikrimcə, Sergey Lavrovun səfəri çərçivəsində rəsmi Bakı və Moskva sözügedən obyektin gələcək taleyi, eyni zamanda, iki ölkə arasındakı bir sıra hərbi-siyasi məsələləri müzakirə edəcəklər” - deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, əldə olan məlumatlar onu deməyə əsas verir ki, bu ilin ortalarında tərəflər Qəbələ RLS-in icarə məbləği ilə bağlı ortaq rəqəm ətrafında razılıq əldə edə bilərlər. “Bu rəqəmin təxminən 50 milyon dollar civarında olacağı ehtimalı var” - deyə o əlavə edib.
    29.03.12 Məqaləni oxumaq
     
    DAK-ın 12-ci qurultayının vaxtı və yeri açıqlanıb
    Dünya Azərbaycanlıları Konqresinin növbəti - 12-ci qurultayının vaxtı və yeri məlum olub. Qurultay aprelin 21-23-ü tarixlərində Ukraynanın Donetsk şəhərində keçiriləcək. Bu barədə açıqlamanı DAK-ın həmsədri Sabir Rüstəmxanlı verib. DAK-ın qurultayına hazırlıqla bağlı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirən həmsədr deyib ki, Ukrayna həm Avropa, həm də digər ölkələrə açıq dövlətdir və buna görə də qurultayın orada keçirilməsi qərara alınıb. S.Rüstəmxanlı bildirib ki, Avropada keçirilən qurultaylarda nümayəndələrin iştirakı bəzən vizadan asılı olurdu, ancaq Ukraynada DAK-a sadiq insanların yığışması və seçilməsi imkanları var. O deyib ki, qurultaya dünyanın bir sıra ölkələri, o cümlədən Avropa dövlətlərində fəaliyyət göstərən diaspor rəhbərləri, ziyalılar və nüfuzlu adamlar dəvət olunacaq. Qurultaydan sonra Güney Azərbaycan məsələləri ilə məşğul olan təşkilatların əlaqələndirmə mərkəzinin yaradılması nəzərdə tutulub.
    28.03.12 Məqaləni oxumaq
     
    Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək
    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 7-də Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək. DİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, vətəndaşların qəbulu Lənkəran rayon polis şöbəsində keçiriləcək. Həmçinin yaxın rayonlar olan Masallı, Cəlilabad, Astara, Yardımlı, Lerik sakinləri də burada qəbul olunacaq. Qəbul saat 11:00-da başlayacaq.
    28.03.12 Məqaləni oxumaq
     
    Gəncədə elektron kitabxana sistemi genişlənir
    Gəncədə informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişafı kitabxana sisteminin də yeni texnologiyalar əsasında qurulmasına şərait yaradıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Gəncə şəhər Mərkəzi Kitabxanasının şöbə müdiri Gülnaz İsmayılova məlumat verib. Onun sözlərinə görə, ölkənin ikinci böyük şəhərində elektron kitabxanalara maraq artıb və bu şəbəkə günü-gündən genişlənir. G.İsmayılova hazırda e-kitabxanaya on mindən çox kitabın daxil edildiyini bildirib. “Hazırda kitabxanaya daxil olan bütün yeni kitabların elektron nümunəsi hazırlanır”. Qeyd edək ki, ötən il Gəncə şəhər Mərkəzi Kitabxanasından 61 minə yaxın oxucu istifadə edib.
    27.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 37 38 39 40 41 42 43 44 45 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30