Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Əflatun Amaşov: “Hələ də mətbuatın iqtisadi durumunda çətinliklər var”
    “Azərbaycanda hələ də mətbuatın iqtisadi durumunda çətinliklər var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri deyib ki, dövlət bu məsələnin həllində son illər kifayət qədər dəstək göstərir və əmindir ki, bu dəstək sayəsində medianın iqtisadi problemləri tezliklə həll olunacaq. O buna misal kimi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu (KİV DF) göstərib. “Azərbaycanda medianın ən ciddi problemi olan iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət dəstəyi artırılır. Media iqtisadi baxımdan müstəqil deyilsə, cəmiyyətdə baş verən hadisələrin ictimaiyyətə obyektiv çatdıra bilməz”-deyə o əlavə edib.
    13.04.12 Məqaləni oxumaq
     
    Bakıda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının toplantısı keçiriləcək
    Bu ilin 26-27 sentyabr tarixlərində Bakıda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İnternational Project Management Association - IPMA) Direktorlar Şurasının toplantısı keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasından (AzPMA) veriblər. Bu qərar İspaniyanın Valensiya şəhərində IPMA Direktorlar Şurasının növbəti iclasında qəbul olunub. İclasda 54 ölkənin nümayəndə heyəti iştirak edib. IPMA-ya MDB ölkələrindən yalnız Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan daxildir. Valensiyada təşkil olunan iclasda Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafı, həyata keçirilən layihələr və dövlət proqramları haqqında və irimiqyaslı beynəlxalq tədbirlərin ölkədə keçirilməsi üçün infrastrukturun inkişafı ilə bağlı geniş məlumat verilib və qısa film təqdim edilib.
    11.04.12 Məqaləni oxumaq
     
    Nazirlik qərəzli şikayət barədə məlumat yayıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə 2 aprel tarixində Aslan Rzayev adlı vətəndaşdan şikayət daxil olub. A.Rzayev şikayətində bildirib ki, Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağacları kəsilir və guya o şəxsən bunun şahidi olub. Lakin araşdırma zamanı məlum olub ki, A.Rzayevin Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində ağacların kəsilməsi barədə Nazirliyin “Qaynar xətti”nə etdiyi şikayət qərəzli xarakter daşıyır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Nazirlik bildirir ki, şikayətçi A.Rzayev qanunsuz ov edərkən Qoruq əməkdaşları tərəfindən əvvəllər dəfələrlə saxlanılıb. Sonuncu dəfə həmin şəxs bu ilin 23 fevral tarixində Murad Cəfərov adlı vətəndaşla birgə qanunsuz ov edərkən Qoruğun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı saxlanılıb və onlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün tərtib olunmuş sənədlər Balakən rayon Polis Şöbəsinə göndərilib.
    11.04.12 Məqaləni oxumaq
     
    Valentina Matviyenko: “Minsk qrupunun potensialı tükənməyib”
    “Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb məsələdir və bu məsələnin həllini qısa zamanda tapmaq mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, rəsmi Moskva bu məsələdə bütün mümkün səyləri yüksək səviyyədə göstərir. “Məhz buna misal kimi Rusiya prezidentinin təşəbbüsü ilə dəfələrlə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüşləri göstərmək olar. Ümumiyyətlə, biz bu məsələdə BMT qətnamələri çərçivəsində hərəkət edirik və beynəlxalq hüquq normalarını əsas tuturuq” - deyə V.Matviyenko vurğulayıb. O, həmçinin qeyd edib ki, parlamentin münaqişənin həlli məsələsində rolu ayrıca bir istiqamətdir. “Buna parlament diplomatiyası deyirlər.
    10.04.12 Məqaləni oxumaq
     
    Valentina Matviyenko: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi dünyadakı nüfuzunu göstərir”
    “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinə Rusiya tərəfi məmnundur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycanın üzvlüyü iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı üçün də yeni imkanlar açır. “Əksər məsələlər üzrə bizim mövqelərimiz ya üst-üstə düşür, ya da yaxındır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında iştirakı bir çox beynəlxalq məsələnin həllində əməkdaşlığımıza imkan yaradacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi faktı dünyadakı nüfuzunu göstərir. Bu, Rusiya və Azərbaycan arasında əlaqələrə daha geniş zəmin yaradacaq” - deyə V.Matviyenko vurğulayıb.
    09.04.12 Məqaləni oxumaq
     
    Yol hərəkət qaydalarının pozuntularına görə cərimələr artırılıb
    Parlamentdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 15 manatdan 40 manata qaldırılıb. Bundan başqa, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği artırılıb. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat (hazırda 15 manatdan 20 manata qədərdir), hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə 100 manat (hazırda 20 manatdan 40 manata qədərdir), hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 150 manat (hazırda 40 manatdan 60 manata qədərdir) miqdarında cərimə müəyyən edilib.
    07.04.12 Məqaləni oxumaq
     
    “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilib
    Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərdə qeyd olunur ki, hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda radarın mövcudluğu barədə məlumat verən servis nişanı və ya həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Hazırda isə yolda radarın olması barədə yol nişanının quraşdırılması məcburi deyil. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu dəyişikliklər radalarla bağlı baş verən sui-istifadə hallarının qarşısını alacaq.
    06.04.12 Məqaləni oxumaq
     
    Şuranın dəstəyi ilə “Bakı şəhərinin ətraf mühitinin mühafizəsi təşəbbüslərinə ictimai dəstək” layihəsinin icrasına başlanılıb
    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bakı şəhərinin ətraf mühitinin mühafizəsi təşəbbüslərinə ictimai dəstək” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər. Layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarətdir. Layihənin icrası zamanı əsasən maarifləndirməyə üstünlük veriləcək. Həyata keçirilən yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasəti daha geniş təbliğ olunacaq. Bakı şəhəri və Abşeron yarımadasında icra olunacaq layihənin icra müddəti 4 aydır.
    06.04.12 Məqaləni oxumaq
     
    “Facebook” “Yahoo!”ya qarşılıqlı iddia qaldırıb
    “Facebook” sosial şəbəkəsi “Yahoo!” şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib. “KƏLAMİNFO” xəbər verir ki, iddiada “Facebook” “Yahoo!”nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib. Sosial şəbəkə nümayəndələrinin fikrincə, “Yahoo!”nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar “Flickr fotohostinq”i “Facebook”un patent hüquqlarını pozur. İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda – “Yahoo!” “Facebook”u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb. “Facebook” bu ittihamları rədd edir.
    05.04.12 Məqaləni oxumaq
     
    Ştefan Füle: Dağlıq Qarabağ münaqişəsi unudulmayıb
    “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi unudulmayıb. Dağlıq Qarabağ münaqişəsi məsələsində etimad və hörmət bərpa edilməlidir”. Bu fikirləri Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle deyib. O xatırladıb ki, keçmişdə AB ölkələri arasında da müəyyən belə çətinliklər olub: “Lakin bu çətinliklərin öhdəsindən gəlmək mümkün olub”. Bu vaxta qədər AB-nin Dağlıq Qarabağla bağlı hər hansı sənəd qəbul etməməsinə münasibət bildirən Ş.Füle xatırladıb ki, martda AB xarici işlər nazirləri Şurası regionda, xüsusilə Dağlıq Qarabağ ətrafında baş verən prosesləri bəyanatlarında qeyd edib və ATƏT-in Minsk qrupunun fəaliyyətini bir daha dəstəkləyiblər: “Zənnimcə, bu, çox yaxşı bir göstəricidir”.
    04.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30