Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Qürbətdə Azərbaycan adı...
    Bu günlərdə Rusiyada bir azərbaycanlı gəncin yaşlı rus vətəndaşını təpikləməsini görüntüləyən videosunu görəndə təəccüblənmədim. Nədən ki, gənclərimiz bəzən özlərini zəbt edə bilmirlər. Harda və necə gəldi hərəkət edərək həm özlərini, həm də onlara bu və ya digər mənada dəstək olan insanları pis vəziyyətə qoyurlar. 
    03.09.13 Məqaləni oxumaq
     
    Sentyabrın 10-dan sonra attestasiyadan keçməyən mollalar da imtahan verəcəklər
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) gələn aydan Azərbaycanda attestasiyadan keçməyən mollalar üçün imtahan keçirəcək. Bunu SalamNews-a QMİ-nin Fitva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə bildirib. O deyib ki, bu işin icrasına 2011-ci ildən başlanılıb. Həmin ildən bu günədək Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və bir sıra digər rayonlarda mollalar imtahan veriblər və onların müəyyən hissəsi attestasiyadan keçib. Bu işin icrası uzun müddət idi dayandırılmışdı. Buna baxmayaraq, yaxın 15 gündə, yəni sentyabrın 10-dan sonra attestasiyadan keçməyən mollalar da imtahan verəcəklər. O, bu imtahanların konkret hansı rayonlarda keçirilməsinin QMİ-nin iclasından sonra müəyyənləşəcəyini söyləyib.
    27.08.13 Məqaləni oxumaq
     
    Prezident seçkilərinə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq
    Azərbaycanda keçiriləcək prezident seçkilərinə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq. 
    AZADİNFORM  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının avqustun 2-də keçirilmiş iclasında təsdiq edilmiş Təqvim Planında qeyd olunub. Qeyd edək ki, səsverməyə 24 saat qalmış təbliğat-təşviqat dayandırılacaq.
    04.08.13 Məqaləni oxumaq
     
    Məşhəd-Kərbəla ziyarətimiz…
    Ömürlük yaddaşıma yazılan bir tarix: 15 may 2013-cü il. Yaşadığım 48 illik ən vacib məqamı, yaşayacağım, qismətim olsa, ömürün başlanğıc günü. İraqın “Əl-Aqsar” Şirkəti ilə Respublikamızda fəaliyyət göstərən “Haqqın yolu” Firmasının müştərək iş birliyi nəticəsində, Sabirabad rayon sakini Hüseynov Kərbəlayi Rövşənin rəhbərliyi və Əhmadov Hacı Balaseyid Ağaseyid oğlunun təşkilatçılığı sayəsində rayonunda 38 nəfər bir araya gəldik. 41 nömrəli qrup olub Məşhəd-Karbəla ziyarəti səfərinə çıxdıq. 
    25.07.13 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə bəzi axund və imamlara ciddi və son dəfə xəbərdarlıq etdiyini açıqlayıb
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bəzi axund və imamlara ciddi və son dəfə xəbərdarlıq etdiyini açıqlayıb. 
    APA-nın məlumatına görə, A. Paşazadə bu gün QMİ-də keçirilən tədbirdə bildirib ki, bəzi məscidlərdə axundlar öz vəzifələrini yaxın qohumlarına, qardaşlarına və digərlərinə tapşırıb, öz işlərinin arxasınca gedir, məscidi unudurlar.  O, son dəfə xəbərdarlıq etdiyini vurğulayaraq bildirib, axund və imam vəzifəsini başqasına həvalə edib, harasa yox olursa, deməli işinin öhdəsindən gələ bilmir: â€śBu, necə ola bilər axı? Mən Şeyxəm, vəzifəmi başqasına necə etibar edə bilərəm? Onlar da eləməməlidir. Belə adamlara dəfələrlə xəbərdarlıq eləmişik. 
    09.07.13 Məqaləni oxumaq
     
    Xamneyinin təmsilçisi: “Qarabağı qəsb edənləri dəstəkləmirik”
    İranın dini lideri Əli Xamneyinin Təbriz təmsilçisi Müctəhid Şəbüstəri Azad Qarabağ Uğrunda Alyansın təmsilçiləri ilə görüşdə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının vacib olduğunu deyib.  â€śMedia forum” saytının məlumatına görə, Şəbüstəri qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması tələbi İranın rəsmi mövqeyidir:  â€śİran Dağlıq Qarabağ müsəlmanlarına yardım etməyə hazırdır. Fələstin kimi Qarabağ da islam dünyası ərazisinin bir hissəsidir. Biz ayrılmaz müsəlman ərazilərinin zəbt olunması faktını utandırıcı hesab edirik”.
    29.06.13 Məqaləni oxumaq
     
    “Aqrotərəqqi” İB İmişlidə kəndli-fermer təsərrüfat rəhbərlərinə təlim keçib
    “Aqrotərəqqi” İctimai Birliyi İmişli rayonunun Sarxanlı kəndində kəndli-fermer təsərrüfat rəhbərlərinə təlim keçib.  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə təşkil olunan təlimdə 10-dan çox kəndli-fermer təsərrüfatı rəhbəri iştirak edib. Təlimdə çıxış edən layihənin eksperti Əli Hacıyev “Ölkəmizin ərzaq ehtiyatlarının təşkilində mühüm rol oynayan kəndli-fermer təsərrüfatlarının problemlərinin öyrənilməsi” mövzusunda məruzə edib. Ə.Hacıyev bildirib ki, hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri ölkənin milli təhlükəsizliyi məsələsidir. Onun sözlərinə görə, kifayət qədər geniş və çoxtərəfli problemləri əhatə edən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi ərzaq təhlükəsizliyinin təminatıdır: “Müxtəlif ölkələrin tarixi göstərir ki, problemə etinasız münasibət dövlətin təməlini laxladan ictimai sarsıntılara gətirib çıxara bilər.
    21.06.13 Məqaləni oxumaq
     
    Əfaltun Amaşov: “Ev almaq üçün 220 jurnalist müraciət edib”
    "Jurnalistlər üçün tikilən binadan ev almaq istəyən media nümayəndələrinin siyahısı Prezident Administrasiyasına göndərilməsi məqsədilə hazırlanır”. Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib ki, hazırda namizədlərin sənədlərinə baxılır: "Sənədləri nəzərdən keçiririk. Ola bilər ki, kiminsə sənədində çatışmazlıq olsun. Hazırlıq başa çatan kimi, siyahı sənədlərlə birgə Prezident Administrasiyasına göndəriləcək. Siyahıda 220-dən çox jurnalistin adı var". 
    21.06.13 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: Redaksiyalarda hansı jurnalistlərə ev verilməsi ilə bağlı iclaslar yekunlaşıb
    “Tam olaraq redaksiyalarda hansı jurnalistlərə ev verilməsi ilə bağlı iclaslar demək olar ki, yekunlaşıb. Və biz artıq onların sənədlərini toplayıb Mətbuat Şurasına gətirib vermələrini gözləyirik”.  Bu sözləri Modern.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, artıq redaskiyalar sənədlərini Mətbuta Şurasına təqdim etməyə başlayıblar. â€śHər gün redaksiyalardan bizə sənədlər daxil olur. Bu günə qədər 30-a yaxın redaksiyadan sənədlər verilib. Bütün bu sənədlər verilib yekunlaşdıqdan sonra onlara yenidən baxılacaq, araşdırma aparılacaq və nəticələr ümumiləşdirilərək Prezident Administrasiyasına göndəriləcək”.   
    12.06.13 Məqaləni oxumaq
     
    Mehriban Əliyeva İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış olub
    Bu gün Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarındakı bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.  Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış olub. Məscidin axundu hacı Həsən Mehriban Əliyevaya “Qurani-Kərim” hədiyyə edib. Heydər Əliyev Fondunun prezidenti Binə sakinləri ilə söhbət edib. Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildirdilər. 
    07.06.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30