Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Prezidentin mətbuat xidməti: “Azadlıq” qəzeti yalan məlumatla bağlı təkzib verməklə üzr istəməzsə...
    Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti “Azadlıq” qəzetində prezident İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, bir çox halda təhqiramiz və təxribat xarakterli materiallar dərc edilməsi ilə bağlı məlumat yayıb. “KƏLAMİNFO” xəbər verir ki, məlumatda bildirilir: “Uzun müddətdir “Azadlıq” qəzeti ardıcıl şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində cənab İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilib. Məsələ ilə əlaqədar bildiririk ki, Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. “Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”.
    25.04.12 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi yeni müsabiqə elan etdi
    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) yeni müsabiqə elan edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya mərkəzdən veriblər. Belə ki, İSİM tərəfindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında fotomüsabiqə elan edir. Bu barədə daha geniş məlumat www.isim.az saytında yerləşdirilib.
    25.04.12 Məqaləni oxumaq
     
    RİTN “Eurovision” hazırlıqlarını yekunlaşdırmaq üzrədir
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Eurovision”la əlaqədar tədbirlər həyata keçirir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, RİTN-in əmri ilə “Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı daxili Tədbirlər Planı” təsdiq edilib.
    25.04.12 Məqaləni oxumaq
     
    Jurnalistlər üçün yeni seminarlara start verilib
    Bu gün Bakıda USAİD və “Lider Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Qadın hüquqları və gender bərabərliyi” adlı yeni seminara start verilib. “KƏLAMİNFO” xəbər verir ki, birliyin sədri, deputat Məlahət İbrahimqızı seminar barədə məlumat verib. Bakıda seminar iki gün davam edəcək. Seminarlar Şəmkir, Gədəbəy, Xızı və Qobustan rayonlarında da keçiriləcək. Seminarın keçirilməsində əsas məqsəd jurnalistlərin qadın hüquqlarının qorunmasında maarifləndirici yazılar yazmağa cəlb etmək və gender bərabərliyi təbliğidir. Seminarlar USAİD tərəfindən dəstəklənən layihə çərçivəsində həyata keçirilir.
    24.04.12 Məqaləni oxumaq
     
    Gənclər korrupsiyaya qarşı mübarizə təşəbbüsü ilə çıxış etdilər
    Dünya Bankının nəzdində fəaliyyət göstərən “Gənclərin Global Antikorrupsiya Şəbəkəsi” (GYAC) gənclərin korrupsiya ilə mübarizəsi çərçivəsində yeni bir təşəbbüslə çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, şəbəkənin Cənubi Qafqaz üzrə eksperti və İdarə Heyətinin üzvü Vüsalə Hüseynlinin verdiyi məlumata görə, Büronun son qərarına görə gənclərin bu təşəbbüsün dəstəklənməsində kütləviliyi təmin etmək və onlara dünyanın dili ilə müraciət etmək üçün bunu musiqinin dilinə çevirməklə bağlı qərar qəbul olunub. Təbliğat çarxı olduqca maraqlı alınıb. Biz düşünürük ki, əgər bu istiqamətdə dünyada neqativ hallar varsa, bununla sivil qaydada, qanunlar çərçivəsi ilə yanaşı, musiqi dili ilə də mübarizə aparmaq mümkündür. Bu da maarifləndirmənin bir yoludur. İnanıram ki, bu metod çox effektli rol oynayacaq. Təbii ki son qərarı yenə də gənclər verəcək”-deyə V.Hüseynli vurğulayıb.
    18.04.12 Məqaləni oxumaq
     
    Heydər Əliyevə həsr edilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib
    Bu gün akademik Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

    “KƏLAMİNFO” xəbər verir ki, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşan müsabiqənin yekun mərhələsində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. M.Mərdanovun sözlərinə görə, altıncı ildir baş tutan müsabiqə məktəb, rayon (şəhər) və respublika mərhələlərində həyata keçirilir. Onun sözlərinə görə, müsabiqənin rayon (şəhər) mərhələləri aprelin əvvəlində yekunlaşıb. Nazir qeyd edib ki, müsabiqədə ölkəmizin bütün bölgələri təmsil olunur.
    18.04.12 Məqaləni oxumaq
     
    Qeyri-maddi mədəni irsin qorunması sahəsində “Azərbaycan modeli” maraqla qarşılanıb
    Kazan şəhərində Tatarıstanın Mədəniyyət Nazirliyi tərəfindən Tatarıstan Elmlər Akademiyası ilə birgə təşkil olunan “Müasir şəraitdə qeyri-maddi etnomədəni irsin qorunması problemləri” adlı beynəlxalq elmi-praktiki seminarda və “Polietnik region şəraitində milli ənənələrin inkişafı” adlı elmi-praktiki konfransda ölkəmiz də təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə ölkəmiz nazirliyin sektor müdiri Yaşar Hüseynli tərəfindən təmsil olunub. Təşkil olunan seminarda “Qeyri-maddi mədəni irs resurslarının mədəni-siyasi optimallaşdırılması” mövzusunda məruzə ilə çıxış edən Y.Hüseynli “Azərbaycan Respublikasında qeyri-maddi mədəni irsin qorunması” mövzusunda təqdimat da keçirib.
    17.04.12 Məqaləni oxumaq
     
    Səlim Müslümov: “Kartların pensiyaçılara banklar tərəfindən çatdırılması daha məqsədəuyğundur”
    Pensiyaçılara plastik kartların müvəkkil bankların şöbələri tərəfindən verilməsi daha məqsədəuyğundur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    Fond sədrinin sözlərinə görə, pensiyaların plastik kartlar vasitəsi ilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədi ilə ölkənin bütün ödəniş təşkilatları arasında keçirilən açıq tender aprelin 4-də başa çatıb:
    17.04.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə ABŞ-a gedib
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-a səfər edib. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, o, səfər çərçivəsində ABŞ-ın bir sıra ştatlarının Senat və Konqreslərində keçirilən tədbirlərdə iştirak edəcək. Millət vəkili həmçinin Vaşinqtonda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunan beynəlxalq konfransa qatılacaq.
    17.04.12 Məqaləni oxumaq
     
    İKT İnformasiya Mərkəzinin keçirdiyi müsabiqənin vaxtı uzadılıb
    İKT İnformasiya Mərkəzi, “Mobitel”, “Caspian Telecom”, “İnteqral”şirkətlərinin “Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” mövzusunda birgə keçirdikləri müsabiqənin vaxtı aprelin 21-nə qədər uzadılıb. “KƏLAMİNFO” bu barədə İKT İnformasiya Mərkəzinə istinadən xəbər verir. Mərkəzdən bildirilib ki, vaxtın uzadılması jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən həyata keçirilib. Qeyd edək ki, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Məqalələri 21 aprel tarixinədək təqdim etmək üçün info@media.az elektron poçtuna və ya (070) 315 51 51 müraciət etmək mümkündür. Radio və televiziya reportajlarının isə CD və ya fləş-kartlarda təqdim olunması zəruridir. Müsabiqə üzrə təklif olunan mövzulara gəlincə, buraya “İMEI” kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar”, “Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir”, “Rəsmi idxal olunmuş mobil telefonların üstünlükləri”, “Qeyri-leqal idxal olunan telefonları nə üçün almaq olmaz”, “Qeyri-leqal telefon almış istehlakçıları nə gözləyir”, “İMEI” kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri” kimi mövzular daxildir.
    13.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30