Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
    30.04.12 Məqaləni oxumaq
     
    Gənclər və İdman Nazirliyi yeni aksiyaya hazırlaşır
    Aprelin 30-dan mayın 4-ə qədər Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Sən də bir həyat ver” adlı qanvermə aksiyası keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Gerçəkləşən qanvermə aksiyasının əsas məqsədi talassemiya (hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığı) xəstəliyindən əziyyət çəkən uşaqlara diqqətin artırılması və onlara qan verən gənc donorlar vasitəsi ilə köməkliyin göstərilməsidir. Aksiyada 250-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Qanvermə aksiyası 30 aprel tarixdə, saat 11:00-da Respublika Qan Bankında baş tutacaq.
    29.04.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı jurnalistlər Türkiyədə görüşlər keçiriblər
    Azərbaycanın bölgələrində fəaliyyət göstərən jurnalistlərin Ankarada görüşləri başlayıb. Azərbaycan Mətbuat Şurası və Türkiyənin Baş Bakanlığı yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi çərçivəsində reallaşdırılan bu səfərdə ölkəmizin 10 şəhər və rayonunda nəşr olunan yerli qəzetlərin baş redaktorları, dövlət qəzet və informasiya agentliklərinin bölgə müxbirləri təmsil olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər.
    27.04.12 Məqaləni oxumaq
     
    Uşaq Musiqi Yaradıcılığı Festivalında “Aysel” rəqs qrupu da layiqli yer tutub
    Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer-bizim ümumi evimizdir” (“Zemlə - naş obhiy dom”) adlı XIV Beynəlxalq Uşaq Musiqi Yaradıcılığı Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalda ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” uşaq rəqs kollektivi təmsil edib. On ölkənin (Azərbaycan, Rusiya, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan, Qırğızıstan) təmsil olunduğu və min nəfərə yaxın iştirakçısı olan festival çərçivəsində “xoreoqrafiya”, “xor oxuma” ,“instrumental musiqi” və “folklor sənəti” nominasiyaları üzrə müsabiqə keçirilib. Xoreoqrafiya nominasiyası üzrə müsabiqədə “Aysel” uşaq rəqs kollektivi Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək II dərəcəli diploma və xüsusi mükafata layiq görülüb. Eyni zamanda kollektivin bədii rəhbəri İradə Əliyevaya Sverdlovsk vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim edilib.
    27.04.12 Məqaləni oxumaq
     
    Azərbaycanda dövlət qurumları 1000-dən çox elektron xidmət göstərir
    Bu gün Azərbaycanda dövlət qurumları artıq 1000-dən çox elektron xidmət göstərir. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə istinadən xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, bu rəqəm təqribən 8 dövlət qurumunu əhatə edir. Nazir müavini bildirib ki, e-xidmətlərin sayı gündən-günə artmaqdadır. E.Vəlizadə əlavə edib ki, vətəndaşların istər kompyuterlə, istərsə də mobil telefonlarla dövlət orqanlarına müraciət etməsini asanlaşdırmaq üçün artıq şlüz yaradılıb: “Eyni zamanda, e-hökumətin formalaşdırılmasına ölkədə antikorrupsiya fəaliyyətinin tərkib hissəsi kimi baxılır.
    27.04.12 Məqaləni oxumaq
     
    Kamran İmanov: “Plagiatlıq xüsusən Rusiyadan edilir”
    “Elmi əsərlər içərisində çoxlu plagiat işləri var. Son vaxtlar belə işlər daha çox müşahidə olunur”. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda açıqlamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov verib. Sədrin sözlərinə görə, plagiatlıq xüsusən Rusiyadan edilir. “Bunlar demək olar ki, tərcümə olunan əsərlərdir. Azərbaycanda ən çox müəlliflik hüququ 1-ci elmi əsərlər, 2-ci media, 3-cü isə musiqi sahəsində pozulur” – deyə K.İmanov vurğulayıb.
    26.04.12 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: Bu il Azərbaycanda işgəncə faktına rast gəlinməyib
    Bu il Azərbaycanda işgəncə faktına rast gəlinməyib. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Suleymanova deyib. E.Süleymanova bildirib ki, sözügedən məsələ ilə bağlı rəhbərlik etdiyi quruma müraciət olunmayıb. “Doğrudur polis və digər idarələrin saxlama yerlərində döyülmə olub, ancaq işgəncə faktı qeydə alınmayıb”-deyə E.Suleymanova vurğulayıb.
    26.04.12 Məqaləni oxumaq
     
    Saxlama yerlərinin monitorinqi və işgəncə halları üzrə hesabatların hazırlanmasına dair seminar keçirilir
    ATƏT-in Bakı ofisi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə saxlama yerlərinin monitorinqi və milli preventiv mexanizm (MPM) çərçivəsində işgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji seminar başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, 40 nəfərdən artıq iştirakçını bir araya gətirən iki günlük seminarın məqsədi digər ölkələrdəki ən yaxşı təcrübələri nəzərə almaqla, Azərbaycanda MPM-in icrasına cəlb olunan əməkdaşların monitorinq və hesabatların hazırlanması üzrə bacarıqlarını inkişaf etdirməkdir.
    26.04.12 Məqaləni oxumaq
     
    Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Litva Seymi Avropa Parlamentinə müraciət edib
    Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Litva Seyminin üzvləri Emanuelis Zingeris, Egidiyus Vareykis, Arunas Valinskas və digər parlamentarilərdən ibarət 21 nəfərlik qrup Avropa Parlamentinə müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının kədəri ilə həmrəy olduqlarını, Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq, Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə ediblər. Litva Seyminin üzvləri Avropa parlamentarilərinin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi 2216 saylı Qətnaməsini mühüm sənəd kimi qəbul etdiklərini, bu sənəddə erməni təcavüzkarların hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduqlarını və sənəddə təsbit olunmuş prinsipial müddəaların dərhal yerinə yetirilməsini dəstəklədiklərini vurğulayıblar.
    25.04.12 Məqaləni oxumaq
     
    YAP Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxışâ€ť İnkişaf Konsepsiyası ilə bağlı tədbir keçirib
    Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxışâ€ť İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı gənclərin iştirakı ilə tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Birliyin sədri Seymur Orucov tədbirdə gənclərin informasiya kommunikasiya, sosial sahə və sair ilə bağlı təkliflərinin müzakirə edilib layihə şəklinə salınacağını bildirib. O qeyd edib ki, konsepsiyanın hazırlanmasında gənclərin təklifi mütərəqqi hadisədir.
    25.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30