Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq
    Azərbaycanda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirə olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılıb. Layihə barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, qanunun ikinci oxunuşda qəbul olunduqdan bəri ötən dövr ərzində sənədin beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhətləşmələr aparılıb. “Beynəlxalq standartların tətbiqi icra orqanlarına əlavə vəsaitlər, kadrlar tələb etsə də, Ədliyyə və Daxili İşlər nazirlikləri verilən təkliflərə çox konstruktiv mövqe nümayiş etidriblər” - deyə Ə.Hüseynli vurğulayıb.
    05.05.12 Məqaləni oxumaq
     
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 62 yeni iş yeri açılıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin I rübü ərzində 62 yeni iş yeri açılıb. “KƏLAMİNFO”ya nazirlikdən verilən məlumata görə, bu barədə qurumun birinci rübün yekunlarına həsr olunmuş iclasında bildirilib. Bu il aprelin 1-i tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 310,2 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 % çoxdur. Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 647.2 manat, poçt sektorunda isə 208.4 manat təşkil edib. Məlumat üçün bildiririk ki, hazırda respublika üzrə orta aylıq əməkhaqqı 368,5 manat təşkil edir.
    04.05.12 Məqaləni oxumaq
     
    Kərəm Həsənov: 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatları elektron bazaya köçürülüb
    Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi təmin edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov “Daşınmaz əmlakın idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı” mövzusunda keçirilən tədbirdə açıqlayıb. Onun sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatı əvvəlki illə müqayisədə ötən il 1,5 dəfə artaraq 147 mindən çox təşkil edib.
    04.05.12 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin hakimi Şahmurad Hidayev təqaüdə yola salınıb
    Ali Məhkəmədə hakim Şahmurad Hidayevin anadan olmasının 70 illik yubileyi və təqaüdə yola salınması ilə bağlı mərasim keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Mərasimi giriş sözü ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev açıb. O qeyd edib ki, Şahmurad Hidayevin ömür yolu məsuliyyətli və şərəfli olub. O, 39 ildir ki, hakim adını ləyaqətlə daşıyır. Şahmurad Hidayev həm sovet dönəmində, həm də Azərbaycanın müstəqillik dövründə fəaliyyət göstərib. Onun əməyi həmişə təqdirəlayiq hesab edilib və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib, 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb. Mərasimdə Ali Məhkəmənin hakimləri – Əsəd Mirzəliyev, Bağır Əsədov və İlqar Dadaşov çıxış edərək yubilyarı təbrik edib, ona xoş arzularını bildiriblər.
    03.05.12 Məqaləni oxumaq
     
    “Facebook” donor orqanlarının çatışmazlığını həll edəcək
    “Facebook” sosial şəbəkəsi donor orqanlarının çatışmazlığı problemini həll etmək niyyətindədir. Bundan sonra sosial şəbəkənin istifadəçiləri öz səhifələrində özlərinin donor olduqları barədə məlumatları yerləşdirə bilərlər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı şəbəkənin rəhbəri Mark Çukerberq bildirib. «Biz bunu çox sadə formada etmək istəyirik. Siz sadəcə, yaşadığınız ştat və yaxud ölkəni göstərəcəksiniz və biz sizi müvafiq qeydiyyat strukturlarına göndərə bilərik» - deyə o, “ABC” telekanalına müsahibəsində bildirib. O, etiraf edib ki, donorluğu təbliğ etmək ideyası onda “Apple” kompaniyasının keçmiş rəhbəri Stiv Cobbsla söhbətdən sonra gəlib. Həmin şəxsin ölümünə iki il qalmış qaraciyərinin köçürülməsi əməliyyat edilib. “Facebook” aksiyasına «Həyat bəxş et» QHT-si də qoşulub. Nümayəndələrin sözlərinə görə, hazırda 112 min amerikalı donor orqanlarını gözləyirlər. Onlardan gündə 18-i əməliyyat olunmadan ölür.
    03.05.12 Məqaləni oxumaq
     
    Azərbaycan 27 ölkə ilə hərbi sahədə müqavilələr imzalamağa hazırlaşır
    Azərbaycan 27 ölkə ilə hərbi sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair müqavilələr imzalamağa hazırlaşır. “KƏLAMİNFO” Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu günədək Azərbaycan dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda 27 ölkə ilə analoji sənədlərin imzalanması müzakirə edilir. İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərə hər il Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi qatılır.
    02.05.12 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə apreldə 384 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin aprel ayı ərzində 384 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 201-i (59-u əsaslı, 142-si isə əsassız) şikayət, 91-i sorğu xarakterli, 20-si aidiyyəti üzrə deyil, 72-si isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    02.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Müdafiə Nazirliyi Qazaxıstanda və İordaniyada keçiriləcək hərbi sərgilərə qatılacaq
    Müdafiə Nazirliyinin nümayəndə heyəti Qazaxıstanda və İordaniyada keçiriləcək hərbi sərgilərə qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Müdafiə Nazirliyinin nümayəndə heyəti mayın 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “KADEX-2012” beynəlxalq sərgisinə qatılacaq. Bundan başqa, Azərbaycan heyəti mayın 7-dən 10-dək İordaniyanın paytaxtı Əmman şəhərində keçiriləcək SOFEX-2012 xüsusi əməliyyat qüvvələri sərgisində iştirak edəcək.
    01.05.12 Məqaləni oxumaq
     
    Bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib
    Bu gündən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib. “KƏLAMİNFO” xəbər verir ki, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Mayda BMT TƏhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir, iclasda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.
    01.05.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə uşaqlara qarşı zorakılığa dair beynəlxalq konfrans keçirilir
    Bu gün Milli Məclisdə Avropa Şurası ilə birgə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransda millət vəkilləri, Avropa Şurasının Bakı nümayəndəliyi, bəzi dövlət qurumlarının nümayəndələri və Avropadan, Azərbaycandan olan QHT-lər iştirak edir. Tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, bu gün Azərbaycan Avropa Şurası ilə birlikdə uşaqlara qarşı zorakılığa yox deyir. “Biz uşaqlara qarşı zorakılıq hallarının mövcudluğunu qəbul edir, lakin buna qarşı mübarizənin vacibliyini də önə çəkirik. Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı ciddi işlər görülür, bu yöndə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib, bugünkü tədbir də məhz həmin işlərin davamıdır. Hələ ötən il Avropa Şurası ilə birlikdə “Biz uşaqlara qarşı zorakılığa yox deyirik” adlı böyük tədbir keçirdik və bu tədbir zamanı çağırış etdik ki, uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlər daha da sürətləndirilməlidir. Bundan sonra bir sıra təhsil müəssisələrində, bəzi bölgələrdə uşaqlara qarşı zorakılıqla bağlı silsilə tədbirlər keçirdik, Azərbaycanda uşaqlar daim dövlətin diqqəti və qayğısı altındadır.
    01.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30