Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    Piyadalar üçün cərimə artırılır
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklər layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliyə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə cərimə 20 manata qaldırılır. Dəyişikliklər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    01.06.12 Məqaləni oxumaq
     
    Müəllimlər və həkimlərə dövlət qulluğuna uyğun xüsusi status veriləcək
    Müəllimlər və həkimlərə dövlət qulluğuna uyğun xüsusi status veriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib. Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Konsepsiya layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Hazırda həmin Konsepsiyaya hökumətdə baxılır.
    01.06.12 Məqaləni oxumaq
     
    Dövlət qulluqçularının etik qaydaları pozması ilə bağlı 62 müraciət edilib
    Ötən il Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) etik qaydaların pozulması ilə bağlı 62 müraciət daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DQMK-nin hüquq sektorunun müdiri Vüqar Əsgərov Bakıda “Dövlət qulluğuna qəbulda şəffaflıq və etik tələblər” mövzusunda keçirilən Dəyirmi masada deyib. Onun sözlərinə görə, həmin şikayətlərin 32-si dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanlarında, o cümlədən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və digər xüsusi və hərbi vəzifə daşıyan şəxslərlə bağlı olub. Daxil olan şikayətlər baxılması üçün həmin orqanlara göndərilib.
    31.05.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Eurovision”un pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı alındı”
    “Bəzi anti-Azərbaycan qüvvələr, bunların arasında xüsusilə radikal dinin qruplaşmalar Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində hədələyici xəbərdarlıqlar etsə də, Azərbaycan bu tədbirin təhlükəsizliyini yüksək səviyyədə təşkil etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycan bir dövlət kimi bu tədbirə gələn bütün qonaqların təhlükəsizliyini təmin edib. “Azərbaycanın bütün hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışdı və bunun da nəticəsi olaraq MTN tərəfindən terrorçu qruplar saxlanıldı və ifşa olundu. “Eurovision”un pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı alındı” - deyə o əlavə edib.
    31.05.12 Məqaləni oxumaq
     
    PA şöbə müdiri: “Hakimiyyət olaraq QHT-lərin yanında üzümüz ağdır”
    “Azərbaycanın müstəqilliyinin ilk illəri vaxtı QHT-lər ilə siyasi partiyaların mahiyyəti eyni idi. Ona görə də o dövrdə hakimiyyət QHT-lərin mahiyyətini anlamırdı”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” adlı konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, o dövrdə QHT-ləri anlamayan hakimiyyət öz fəaliyyətinin mahiyyətini də bilmirdi. “Müstəqilliyin ilk dövrlərində hakimiyyət və QHT-lər bir-birinə rəqib kimi baxırdılar. 1998-ci ildə Azərbaycanda “Qrantlar haqqında” qanunu qəbulu ilə QHT-lərin fəaliyyətinə təkan verildi. 1998-2002-ci illərdə münasibətlər artıq yaxşılaşmağa başladı və bu gün bizim hakimiyyət olaraq QHT-lərin yanında üzümüz ağdır” - deyə o əlavə edib.
    31.05.12 Məqaləni oxumaq
     
    Dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndiriləcək
    Gələn ildən Azərbaycanda bütün dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib. Onun sözlərinə görə, bu il Dövlət Sosial Müdafiə Fondundan və Sumqayıt şəhər İcra Hakimiyyətində pilot olaraq bu qiymətləndirmə həyata keçirilib. Bu ilin sonunda həmin pilot layihənin nəticələri müzakirə ediləcək və qəbul ediləcək. Gələn ilin yanvarından isə bütün dövlət orqanlarında layihənin tətbiqinə başlanacaq.
    30.05.12 Məqaləni oxumaq
     
    Toronto şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
    28 May – Respublika Günü münasibətilə Kanadanın Toronto şəhərinin meriyası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Kanadadakı səfirliyimizdən veriblər.

    Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının və Azərbaycanlı Gənclərin Kanada Şəbəkəsinin təşəbbüsü ilə keçirilib. Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin nümayəndəsi də iştirak edib.
    Mərasimdə Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri İsgəndər Qədirzadə çıxış edərək Azərbaycan Demokratik Respublikasının tarixi barədə bəhs edib.
    30.05.12 Məqaləni oxumaq
     
    İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məcburi əməyə cəlb edilmə ilə bağlı 20 müraciət daxil olub
    Bu il Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məcburi əməyə cəlb edilmə ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən 20 müraciət daxil olub.  Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev deyib. Onun sözlərinə görə, müraciətlər Rusiyada məcburi əməyə cəlb edilmə ilə bağlı olub. Hazırda sözügedən məsələ ilə bağlı istintaq  aparıldığını xatırladan F.Əliyev ona görə də məsələ ilə bağlı ətraflı məlumat verməyib.
    29.05.12 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin hakimi aşağı vəzifəyə təyin olunub
    Azərbaycan Ali Məhkəməsinin hakimi daha aşağı vəzifəyə keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Səadət Bektaşinin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılaraq qəbul olunub.
    29.05.12 Məqaləni oxumaq
     
    İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdindəki sığınacaqda 24 insan alveri qurbanı yerləşdirilib
    Hazırda Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdindəki sığınacaqda 24 insan alveri qurbanı yerləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı sığınacağın direktoru Kəmalə Ağazadə deyib.
    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnsan alveri ilə mübarizə və Azərbaycan təcrübəsi: ictimai müzakirələrin keçirilməsi” adlı layihə çərçivəsində keçirdiyi ictimai dinləmədə iştirak edən K.Ağazadə bildirib ki, sığınacaqda yerləşdirilən qurbanların çoxu Sumqayıtdandır.
    29.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30