Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    “Qayıdış və yenidən məskunlaşmanın qanunverici bazası yaradılmalıdır”
    “Azərbaycanda qayıdış və yenidən məskunlaşmanın qanunverici bazası yaradılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən dinləmələrdə vitse-spiker Bahar Muradova bildirib. O qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ötən illər ərzində xeyli müzakirə aparılıb və öz həllini tapıb. “Ağdam və Füzuli rayonlarının bir hissəsinə qayıdış baş verib və bu onu deməyə əsas verir ki, presedent var, bu sahədə artıq təcrübə var” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker deyib ki, 2003-cü ildən sonra qaçqınların sosial problemlərinin həlli istiqamətində işlər görülüb. “Bu məqsədlə 4,68 milyard dollar vəsait xərclənib. Bunun da 2,7 milyard dolları dövlət büdcəsindən ayrılıb, 1 milyardı beynəlxalq təşkilatlardan, 900 milyon dollar vəsait isə Dövlət Neft Fondundan ayrılıb” - deyə o əlavə edib.
    08.06.12 Məqaləni oxumaq
     
    Parlamentdə “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirilib
    Bu gün Milli Məclisdə Sosial siyasət və İnsan haqları komitələrinin birgə təşkilatçılığı ilə “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu mövzu Azərbaycan üçün həssas məsələdir və biz hər an işğal olunmuş torpaqlarımıza qayıdış məsələsini düşünməliyik. Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanda dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğıdan danışıb. Dinləmələrdə çıxış edən Laçın rayon 37 saylı orta məktəbin şagirdi Ülkər Daşdəmirova yay düşərgələrinin olmamasından, həmçinin təhsil aldığı – Taxtakörpü qəsəbəsində yerləşən məktəbin kiçikliyindən şikayətlənib. O qeyd edib ki, otaqların sayı artırılsaydı, daha yaxşı olardı. Dinləmələrdə bir sıra deputatlarla yanaşı, 20-dən çox qaçqın və məcburi köçkün uşaq da iştirak edib.
    08.06.12 Məqaləni oxumaq
     
    İctimai Televiziyaya dövlət büdcəsindən vəsaitin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
    İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “İctimai televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər müzakirə olunub. Komitə sədri Nizami Cəfərov iclasda bildirib ki, İTV yaradılanda dövlət büdcəsindən ayırmaların müəyyən müddətdən sonra dayandırılması və şirkətin kommersiya fəaliyyəti, abonent haqları ilə gəlir əldə etməsi düşünülmüşdü: “Artıq İctimai yayım xidmətlərinin maliyyə mənbələrinə dövlət büdcəsindən ayırmalar da daxil edilir”. “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, İctimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilir. Komitə sədrinin müavini Rəfael Hüseynov gələcəkdə İTV-nin abunəçiləri hesabına gəlir əldə edəcəyinə inandığını bildirərək hazırda bunun mümkün olmadığını vurğulayıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    07.06.12 Məqaləni oxumaq
     
    Sosial hüquqlarla bağlı maarifləndirmə işləri aparılır
    İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə mayın 18-dən başlayan və iyunun 18-dək davam edəcək “İnsan hüquqları aylığı” çərçivəsində Şağanda tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirlik tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarını, o cümlədən sosial hüquqları təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də bu gün Şağanda 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində â€śİşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokoluna uyğun olaraq hazırlanmış milli preventiv mexanizmin funksiyalarının səmərəli icrası ilə bağlı seminar olub. Nazirliyin tabeliyində olan sosial xidmət müəssisələrinin işçiləri üçün keçirilən seminarda nazirliyin əməkdaşları ilə bərabər, nazirlik yanında İctimai Şuranın işçi qruplarına daxil olan vətəndaş cəmiyyəti birliklərinin nümayəndələri də iştirak ediblər.
    06.06.12 Məqaləni oxumaq
     
    Nazir: “Ümid edirik ki, İranda saxlanılan iki Azərbaycan vətəndaşı ilə ünsiyyətə imkan yaradılacaq”
    Ötən ay  İranda saxlanılan iki Azərbaycan vətəndaşının taleyi ilə bağlı İran Xarici İşlər Nazirliyi ilə müvafiq görüşlər davam etdirilir. Azərbaycanın İrandakı səfiri və Təbrizdəki baş konsulunun bu məsələ ilə bağlı mütəmadi görüşləri olur. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

    Nazir Vyana Konvensiyasına əsaslanaraq ümid etdiyini bildirib ki, İran tərəfi təkcə vətəndaşlarımızın saxlanma səbəblərini açıqlamayacaq, həm də  hansısa istintaq təcridxanasında saxlanılan gənc şairlərlə ünsiyyətə imkan yaradacaq.
    Nazir İranla Azərbaycan arasında son vaxtlar davam edən gərginliyin günahkarının Azərbaycan olmadığını qeyd edib. İranla Azərbaycan arasında min illərlə dərin münasibətlərin olduğunu xatırladan E.Məmmədyarov əlavə edib ki, Azərbaycan İranla daim normal, dinc qonşuluq münasibətlərinin tərəfdarı olub.
    06.06.12 Məqaləni oxumaq
     
    Elşad İsgəndərov: Komitə fəaliyyətini Azərbaycanın inkişafına yönəldən bütün qurumlarla dialoqa hazırdır
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bütün sağlam - həm müsəlman, həm digər icmalarla, Azərbaycan dövlətçiliyini özlərinə doğma bilən, ona sadiq olan, fəaliyyətini Azərbaycanın inkişafına yönəldən bütün qurumlarla dialoqa hazırdır və bunu aparmağa cəhd edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib.
    Onun sözlərinə görə, komitənin əsas fəaliyyəti bu sahədə profilaktik işlə məşğul olmaqdan, Azərbaycan dövlətçiliyinin inkişafı istiqamətində işlərdən ibarət olacaq. Bu istiqamətdə həm ideoloji, həm təbliğati, həm də təşkilati məsələlərlə məşğul olacağıq.
    05.06.12 Məqaləni oxumaq
     
    YAP Gənclər Birliyi «Universal gənclik» layihəsi həyata keçirir
    Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yeni layihələrin icrasına başlayıb. Bunlardan biri də «Universal gənclik» layihəsidir. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, layihənin əsas məqsədi YAP Gənclər Birliyində daha aktiv fəaliyyət göstərən gənclər üçün müxtəlif istiqamətlərdə mühazirələr təşkil etməkdən ibarətdir. Mühazirələr ölkəmizin nüfuzlu elm xadimləri tərəfindən təqdim olunur. Layihə çərçivəsində ötən şənbə günü YAP Gənclər Birliyinin ofisində BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimov «Dağlıq Qarabağ və erməni terrorizmi» mövzusunda mühazirə oxuyub. Mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb.
    05.06.12 Məqaləni oxumaq
     
    Elin Süleymanov: “Eurovision-2012” bütün dünyaya Azərbaycanın uğurlarını nümayiş etdirdi”
    “Eurovision-2012” müsabiqəsi bütün dünyaya Azərbaycanın uğurlarını və həyata keçirdiyi dəyişiklikləri nümayiş etdirdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Washington Times” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, mahnı yarışması 40 ölkənin nümayəndələrinə respublikanın SSRİ dağıldıqdan sonra nə qədər böyük yol keçdiyini görməyə imkan vermiş oldu. Səfir bununla yanaşı bildirib ki, Bakı ABŞ-ın Xəzər regionunda enerji layihələrinin bələdçisidir və bunun bariz nümunəsi kimi Bakı-Ceyhan boru xəttini göstərmək olar.
    04.06.12 Məqaləni oxumaq
     
    Ümumvətəndaşlıq pasportları 10 iş gününə veriləcək
    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Dəyişikliklərə əsasən, ümumvətəndaşlıq pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir. Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq. Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.
    02.06.12 Məqaləni oxumaq
     
    San Dieqo şəhərində Respublika Günü qeyd olunub
    Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 28 may-Respublika Günü münasibətilə Kaliforniyanın San Dieqo şəhərində ziyafət keçirib. Baş Konsulluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan Demokratik Respublikasının (ADR) əldə etdiyi nailiyyətlərdən, ABŞ Prezidenti V.Vilsonun ADR diplomatları ilə tarixi görüşündən, müstəqilliyin 21 ili ərzində Azərbaycanın keçdiyi sürətli inkişaf yolundan, Azərbaycan-ABŞ tərəfdaşlığının və San Dieqo və Bakı şəhərlərinin sözügedən rayonları arasındakı münasibətlərin önəmindən bəhs edib.
    01.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30