Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    Bakıda Ombudsmanların X Bakı Beynəlxalq konfransı keçirilir
    Bu gün Bakıda İnsan Hüquqları Günü, Azərbaycan Ombudsmanının fəaliyyətinin 10 illiyi və ölkəmizin YUNESKO-ya üzv olmasının 20 illiyi münasibətilə “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusuna həsr edilən Ombudsmanların X Bakı Beynəlxalq konfransı başlayıb.
    19.06.12 Məqaləni oxumaq
     
    Rüstəm Usubov: “Ağır cinayətlərlə bağlı ciddi və hərtərəfli iş aparılır”
    “Azərbaycanda cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılır. Xüsusilə ağır cinayətlərlə bağlı ciddi və hərtərəfli iş aparılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokurorun müavini Rüstəm Usubov bildirib. O qeyd edib ki, il ərzində qəsdən adam öldürmə ilə bağlı cinayətlərin sayı 200-ə yaxın olur. “Əvvəlki illərdə açılmayan cinayətlərin sayı elə də böyük olmayıb. İldə təxminən 18 qəsdən adam öldürmə cinayəti bağlı qalır. Lakin növbəti illərdə də biz bunların açılmasına nail oluruq. Baş Prokurorluq və digər hüquq-mühafizə orqanlarının koordinasiyası, peşəkar mütəxəssislərin fəaliyyəti nəticəsində bu cinayətlər açılır” - deyə R.Usubov vurğulayıb. Onun sözlərinə görə, bu il isə qəsdən adam öldürmə və açılmayan cinayətlərlə bağlı səmərəli işlər aparılıb. “Bu il qəsdən adam öldürmə ilə bağlı 4 cinayət faktı qeydə alınıb və açılması ilə bağlı işlər gedir. Sözsüz ki, hər bir ölümə cəhd hadisəsi və yaxud digər ağır cinayətlər hüquq-mühafizə orqanlarının rəhbərlərini çox narahat edir. Çalışırıq ki, bağlı qalan cinayətlər olmasın. Hesab edirəm ki, bağlı olan 4 cinayətin də bu il açılmasına nail olacağıq” - deyə baş prokurorun müavini bildirib.
    18.06.12 Məqaləni oxumaq
     
    Nazirlikdə kadr dəyişikliyi olub
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə, İnformasiya texnologiyaları şöbəsinin müdir müavini Elnur Camalxanov isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq qanunvericiliyin, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılan kadr islahatları gənc və layiqli mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və idarəetmə sistemində onların bilik və bacarıqlarından daha dolğun şəkildə istifadə edilməsinə, nəticə etibarilə sosial müdafiə tədbirlərinin təşkilində səmərəliliyin artırılmasına xidmət edir.
    18.06.12 Məqaləni oxumaq
     
    ATƏT 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək niyyətindədir
    ATƏT müşahidəçiləri 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək niyyətindədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor bildirib.

    O qeyd edib ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün dəvət gözləyirlər. ATƏT sədri növbəti prezident seçkilərində də ötən illərdəki seçkilərdə əldə olunan nailiyyətlərin təkrarlanmasına ümidvar olduğunu bildirib.
    B.Muradova isə bildirib ki, ATƏT kimi bütün beynəlxalq təşkilatlar seçkiləri izləmək üçün dəvət olunacaq. “Seçki monitorinqi arasındakı fərqlər hər zaman Azərbaycanı da narahat edir və vahid seçki monitorinqinin formalaşması üçün ciddi işlər görülməlidir. Bu bizim üçün vacib amildir” - deyə o əlavə edib.
    15.06.12 Məqaləni oxumaq
     
    “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilib
    Milli Məclisin bu gün keçirilən iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliklərə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında qanunla məhkəmə, istintaq, təhqiqat orqanlarına, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada monitorinq orqanına, kommersiya hüquqi şəxsin digər təsisçilərinə və şəxsin razılığı ilə üçüncü şəxsə verilə bilər. Müzakirələrdən sonra qanuna dəyişikliklər səsə qoyularaq qəbul olunub.
    13.06.12 Məqaləni oxumaq
     
    Şirkət təsisçiləri barədə məlumatlar kommersiya sirri sayılacaq
    Bu gün Milli Məclisin növbədənkənar iclasında “Kommersiya sirri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, qanun 4-cü “Kommersiya sirri hesab edilən məlumatlar” maddəsinə əlavələr edilib. Maddəyə olunan əlavəyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab olunacaq.
    12.06.12 Məqaləni oxumaq
     
    Bakıda Səudiyyə Ərəbistanı Krallığının Orta və Qərbi Asiyada fəaliyyət göstərən səfirlərin toplantısı keçirilib
    Bakıda Səudiyyə Ərəbistanı Krallığının Orta və Qərbi Asiyada fəaliyyət göstərən səfirlərin toplantısı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanda səfərdə olan Krallığın xarici işlər nazirinin köməkçisi, şahzadə Xalid bin Xalid əl-Səud qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. İki xalq arasında mədəni, iqtisadi əlaqələrin böyük tarixə malik olduğunu deyən şahzadə vurğulayıb ki, bu fakt və ölkə başçılarının arasındakı münasibətlər əməkdaşlığımızın daha da yüksək olmasına sövq edir. Son illər ərzində Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bir sıra mühüm sənədlərin imzalandığını xatırladan şahzadə ikitərəfli iqtisadi əlaqələrin də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
    12.06.12 Məqaləni oxumaq
     
    “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin ilk mərhələsi başa çatmaq üzrədir
    Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” (SCİBM) layihəsi artıq ilkin mərhələsini başa çatdırmaq üzrədir. “KƏLAMİNFO” xəbər verir ki, layihə çərçivəsində keçən iki il müddətində müasir sərhəd idarəçiliyi tətbiqi sahəsində bir sıra uğurlara imza atılıb.
    11.06.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “İt qorxusundan hürər”
    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cəbhə bölgəsində baş verən insidentlər və Ermənistan rəhbərliyinin bəyanatına münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Həsənov münasibətini əvvəlcə xalq deyimi ilə ifadə edib: “Xalq arasında xoşagəlməz bir deyim var. Bu mənim leksikonuma aid deyil, amma ermənilər üçün onu deyəcəm. Xalq arasında deyilir ki, “it qorxusundan hürər”. Onların hərəkəti təxminən buna bənzəyir” - deyən Ə.Həsənov cəbhə bölgəsində baş verənləri ermənilərin növbəti təxribatı olduğunu söyləyib. Onun sözlərinə görə, yəqin ki, bu təxribatlar Hillari Klintonun da səfəri ilə əlaqədardır: “Ola bilər ki, ermənilərə himayədarlıq edən bəzi dövlətlər burada təşkilatı işlərdə iştirak edirlər. Hər halda ermənilər bununla bir daha dünya ictimaiyyətinə iç üzlərinin açıb göstərirlər” - deyə Ə.Həsənov əlavə edib.
    09.06.12 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Nə ermənilər ordan köçəsidir, nə də biz”
    “Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşən qaçqınların öz torpaqlarına qayıdışı o zaman mümkün olacaq ki, Dağlıq Qarabağ məsələsinin həll olunması ilə bağlı hüquqi baza yaradılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən dinləmələrdə İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O qeyd edib ki, qaçqınların öz torpaqlarına qayıtması bütün dünyanı maraqlandıran məsələdir, çünki dünyada 43 milyonadək qaçqın olan şəxs yaşayır. “Azərbaycanda bu məsələ ilə bağlı əvvəlcədən yenidən məskunlaşma qrupları müəyyən olunmalıdır. Nə ermənilər ordan köçəsidir, nə də biz. Ona görə də biz bunun həm nəzəri, həm də praktik məsələlərini həll etməliyik” - deyə R.Aslanova vurğulayıb.
    09.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30