Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Azad Rəhimov və Macarıstanın sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi ilə görüşüb
    Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Macarıstanın sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi Mikloş Soltes arasında görüş olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya GİN-dən veriblər. Azad Rəhimov qonaqla görüşündə gənclər və idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları, Azərbaycan idmançılarının London Yay Olimpiya oyunlarına hazırlığı, müstəqillik qazandıqdan sonra Azərbaycanın ilk dəfə olaraq olimpiadaya ən böyük komanda ilə getməsi, idman infrastrukturu, idman növlərinin inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat verib. A.Rəhimov deyib ki, hazırda ölkəmizdə 34 OİK fəaliyyət göstərməkdədir. 12 OİK isə tikilməkdədir. “Biz 2015-ci ildə Avropa tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya oyunlarına, 2016-cı il Şahmat Olimpiadasına, 2017-ci il İslam oyunlarına ev sahibliyi etmək məqsədi ilə bu istiqamətdə çalışırıq.”
    29.06.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir”
    “Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Bakıda keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalının açılışındakı çıxışı zamanı bildirib. O qeyd edib ki, 20 faiz Azərbaycan torpağı Ermənistanın işğalı altındadır, milyonlarla qaçqın, köçkün var və bu, artıq dünya birliyində qəbul olunan real faktdır. “Baxmayaraq ki, bununla bağlı BMT-nin 4 qətnaməsi qəbul olunub, Ermənistan 20 ildir ki buna əhəmiyyət vermir, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindən çıxmaqdan imtina edir” - deyə E.Aslanov vurğulayıb. PA rəsmisi deyir ki, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması çox böyük iqtisadi təkana səbəb ola bilər və bundan dünya da yaralanar. “Amma indi Ermənistan özü də iqtisadi böhran yaşayır, çıxış yoluna yaxın olmaq əvəzinə, münaqişə bölgəsində vəziyyəti qızışdırır” - deyə o əlavə edib.
    28.06.12 Məqaləni oxumaq
     
    Ombudsmanın müşaviri Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib
    ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Almatıda “İnsan Hüquqları Təsisatları və gender bərabərliyi” mövzusunda seminar təşkil edib. Tədbirdə Orta Asiya, Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin ombudsmanları, insan hüquqları təsisatlarını təmsil edən 25 ekspert iştirak edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi üzrə müşaviri S.Qəhramanova bu tədbirə qatılıb. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. ATƏT-in Gender Məsələləri üzrə Xüsusi təmsilçisi Djun Zeitlin öz çıxışında qadınların insan hüquqları üzrə beynəlxalq normaların həyata keçirilməsinin zəruriliyini, insan hüquqları üzrə təsisatların qadın hüquqları anlayışının təbliği və onların təmin olunmasının müdafiəsində mühüm rolunu qeyd edib.
    28.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya Senatının sədri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan veriblər. Azərbaycan haqda həqiqətlərin çatdırılması və Kaliforniyanın qanunvericilik orqanları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi məqsədilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ştatın paytaxtı Sakramento şəhərində səfərdə olub. Səfər çərçivəsində N.Ağayev Kaliforniya Senatının sədri Darrel Staynberq ilə görüşüb. Görüşdə Azərbaycanın hazırkı inkişafı, regionda oynadığı önəmli rol, Azərbaycan-ABŞ münasibətləri, o cümlədən Azərbaycanın Kaliforniya ştatı ilə əlaqələri və digər məsələlər müzakirə olunub.
    27.06.12 Məqaləni oxumaq
     
    SAM-in direktoru Türkiyədə rəsmi səfərdədir
    Bu gün Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi tərəfindən 25-26 iyun tarixlərində “Yeni vizyon axtarışı: ölkə perspektivləri” mövzusunda forumda iştirak etmək üçün İstanbula rəsmi səfərə gedib. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, keçiriləcək forumun məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçmişdəki fəaliyyətini qiymətləndirmək və gələcək fəaliyyət istiqamətləri haqqında tövsiyələr verməkdən ibarətdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümünün də qeyd ediləcəyi tədbirin birinci günü dövlət və hökumət başçılarının sammiti, ikinci günü isə Azərbaycan, Gürcüstan, Yunanıstan, Rumıniya, Moldova, Bolqarıstan, Serbiya, Albaniya, Türkiyə ekspertlərinin iştirakı ilə forumdan ibarət olacaq.
    26.06.12 Məqaləni oxumaq
     
    Hacıbala Abutalıbov: “Bakıda 198 məktəb və 161 uşaq bağçası Dövlət Proqramına daxil edilib”
    Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. Bunlardan 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının bir illik yekunlarına həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, təsdiq olunmuş sosial-iqtisadi inkişaf proqramına əsasən, 2011-ci ildə adı çəkilən regionun 55 məktəbində tam əsaslı təmir işləri aparılıb, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılıb: “51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılıb, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunub. 2011-ci ilin proqramında asfalt yolların əsaslı təmiri və yenidən qurulması, müasir standartlara cavab verən işıqlandırma sistemi ilə təchiz edilməsi diqqət mərkəzində olub”.
    22.06.12 Məqaləni oxumaq
     
    Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi Xəzər dənizi üzərində uçuşlar keçirir
    Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində və Xəzər dənizi üzərində uçuş peşəkarlığının artırılması məqsədi ilə təlim-məşq uçuşları yerinə yetirilir. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı FHN yayıb. Təlim-məşq uçuşlarında nazirliyin “Mİ-17” və “Ka-32” tipli 2 ədəd vertolyotu və “BE-200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edir.
    20.06.12 Məqaləni oxumaq
     
    “Böyük Bakı” ilə bağlı ictimai müzakirələr təşkil olunacaq
    Bu il iyul ayının sonunda “Böyük Bakı” regional inkişaf planının növbəti mərhələsi ilə bağlı ictimai müzakirələr təşkil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib. O qeyd edib ki, “Böyük Bakı” deyildikdə Sumqayıtdan Ələtədək Abşeron yarımadasını əhatə edən təxminən 280 min hektar ərazi nəzərdə tutulur. “Müzakirələrdə inkişaf əraziləri, hansı yerlərdə hansı tikintinin aparılması nəzərdə tutulması müzakirə olunacaq” - deyə D.Dövlətxanov vurğulayıb.
    19.06.12 Məqaləni oxumaq
     
    Kibercinayətlərə görə cəzalar sərtləşdirilir
    Bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə təklif olunan digər dəyişikliyə görə kompyuter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirməyə görə, həmin məlumatları saxtalaşdırma, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompyuter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliyə görə, qeyd olunan qanun pozuntuları iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetməyədək cəzalandırılır.
    19.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanda uşaq pornoqrafiyası yayanların cəzaları artırılır
    Bu gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin iclasında Cinayət məcəlləsinə yeni təkliflər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə komitə sədri Əli Hüseynli məlumat verib. Müzakirəyə çıxarılan yeni 171-1 maddəsinə görə, uşaq pornoqrafiyasını yaymaq, reklam etmək, satmaq, başqasına vermək, göndərmək, təklif etmək, əldə edilməsinə şərait yaratmaq, yaxud yaymaq və ya reklam etmək məqsədi ilə hazırlamaq, əldə etmək və ya saxlamaq 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
    19.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30