Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Miqrasiya Məcəlləsinin layihəsi hazırdır
    Bu gün Bakıda Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü, Avropa Birliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin dəstəyi ilə MİEUX proqramı çərçivəsində “Readmissiya və qayıdışa dəstək” mövzusunda seminar işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, seminarda çıxış edən DMX Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib ki, layihə çərçivəsində indiyədək 2 tədbir keçirilib.
    24.07.12 Məqaləni oxumaq
     
    Azərbaycanda qanunvericiliyinin tələblərini pozmuş 100-dən çox əcnəbi saxlanılıb
    Dövlət Miqrasiya Xidməti tərəfindən 6-21 iyul tarixlərdə Bakı və Gəncə şəhərlərində, həmçinin Bərdə, Ağcabədi, Yevlax, Şəki Göygöl, Tovuz, Qazax, Xaçmaz və Şabran rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 103 əcnəbi aşkar edilib. Dövlət Miqrasiya Xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
    24.07.12 Məqaləni oxumaq
     
    RİTN-də 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib
    Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələr barədə danışıb, respublikamızda aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.
    18.07.12 Məqaləni oxumaq
     
    Ceyhun Osmanlı Gənc Təbiblərin 2-ci Almaniya Forumunda iştirak edir
    2012-ci il tarixləri arası Almaniyanın Mannheim şəhərində keçiriləcək Gənc Təbiblərin 2-ci Almaniya Forumunda millət vəkili Ceyhun Osmanlı iştirak edir. “KƏLAMİNFO” xəbər verir ki, Almaniyanın Mannheim və Heidelberg şəhərlərində keçirilən forum dünyanın ən aparıcı universitetlərindən biri olan Heidelberg Universiteti və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib. Forumda tibb mütəxəssisləri, akademiklər, elmi işçilər, dövlət nümayəndələri, müxtəlif universitetlərin professor, müəllim heyəti iştirak edir. Forumun əsas məqsədi dünya tibb elminin ən qabaqcıl nailiyyətlərini öyrənmək və qazanılmış təcrübədən yararlanıb Azərbaycan tibb sahəsində tətbiq etməkdir. Qeyd edək ki, forum AzerMDS və ASAİF-ın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə həyata keçirilir.
    14.07.12 Məqaləni oxumaq
     
    İranın təhsil naziri: “Eə etməliyik ki, hər iki xalq bir-birinə çox mehriban baxsın”
    Bu gün təhsil naziri Misir Mərdanov iranlı həmkarı Həmidrza Babayi ilə görüşüb. “KƏLAMİNFO”un məlumatına görə, görüşdə M.Mərdanov deyib ki, İrandan Azərbaycanda və ölkəmizdən İranda çoxsaylı tələbə təhsil alır. Azərbaycanın verdiyi diplomun İranda tanınması ilə bağlı demək olar ki, heç bir problemin olmadığını diqqətə çatdıran nazir əlavə edib ki, əsas ciddi problem orta məktəblərdə dərsliklərlə bağlıdır: “Qərara gəlinib ki, bu məsələ ilə bağlı hər iki ölkənin Təhsil nazirlikləri birgə komissiya yaratsınlar. Artıq Azərbaycan həmin komissiyanı yaradıb. Sizdən də cavab gözləyirik. Düşünürəm ki, problemi bu yolla həll edə bilərik. Yəni hər iki tərəfdən olan komissiyanın ortaq rəyi ilə verilən qərar bu problemi həll edə bilər”.
    13.07.12 Məqaləni oxumaq
     
    QHT Əməkdaşlıq Alyansı 1 illik fəaliyyətinin hesabatını verib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansı bir illik fəaliyyəti ilə bağlı tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Alyansın bir illik fəaliyyəti, görülən və görüləcək işlər haqqında məlumat verilib. Alyansın Şura üzvü, İcra Katibliyinin rəhbəri Rəfail Becanov bildirib ki, QHT Əməkdaşlıq Alyansı ötən il iyulun 8-də təsis edilib. Onun sözlərinə görə, əsas məqsəd müxtəlif və ölkəyüklü məsələlərdə, vətəndaş cəmiyyətinin inkişafında QHT-lərlə birgə fəaliyyət göstərməkdir: “Ən böyük amalımız isə istər ölkə üçün əhəmiyyətli olan, istərsə də vətəndaş cəmiyyəti sektoru üçün önəmli saydığımız sahələrdə QHT-lərin, QHT koalisiyalarının əməkdaşlığına və onların eyni mövqedən çıxış etmələrinə nail olmaqdır”.
    11.07.12 Məqaləni oxumaq
     
    QHT Suraxanıda apardığı monitorinqin nəticələrini açıqlayıb
    Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Suraxanı rayonunda apardığı monitorinqin nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mərkəzdən veriblər. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Suraxanı rayonunda regionların sosial-iqtisadi inkişafına həsr olunmuş tədbir keçirib. Qurumun “Bakı ətrafı qəsəbələrdə sosial proqramların icrasının monitorinqi və təbliği” layihəsi çərçivəsində növbəti tədbiri Suraxanı rayon icra hakimiyyətində keçirilib. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
    11.07.12 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: “Türkiyədə olan mətbuat və elan qurumunun Azərbaycanda tətbiqi gündəmdədir”
    “Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə mətbuat nümayəndələrinin görüşündə çoxsaylı təklif olub”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, həmin təkliflər həm praktiki baxımdan, həm də qanunvericilik baxımından həyata keçirilə bilər: “Bu da dövlət qurumlarının büdcələrinin 1 faizinin reklama və elana ayrılması və digər məsələlərdən ibarət ola bilər. Türkiyədə olan mətbuat və elan qurumunun Azərbaycanda tətbiq olunması məsələsi gündəmdədir”. Qeyd edək ki, PA rəsmisi Ə.Həsənov ilə qəzet redaktorları arasında bu yaxınlarda görüş baş tutub.
    11.07.12 Məqaləni oxumaq
     
    Cəmiyyətin hüquqi maarifləndirilməsinə dair kitab çap olunub
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzeti və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin birgə təşəbbüsü ilə nəşr olunan “Vəkil Məsləhətləri Toplusu” kitabının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunan kitabın qayəsi əhalinin hüquqi maarifləndirilməsi səviyyəsinin artırılması vasitəsilə onların məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarını asanlaşdırmaqdır. Təqdimat mərasimində çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov nəşrin ölkəmizdə insan hüquqlarının səmərəli təmin edilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
    10.07.12 Məqaləni oxumaq
     
    Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının layihələrinə 851 min manat ayırıb
    Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının təqdim etdiyi layihələri maliyyələşməsi ilə bağlı nəticələri açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Ümumilikdə Azərbaycanda 57 gənclər təşkilatının layihələrinin maliyyələşməsi üçün 851 min manat ayrılıb. Müsabiqəyə 115 təşkilat layihə təqdim edib, təqdim edilən layihələrin dördü müsabiqənin mövzusuna uyğun gəlmədiyi, 18 təşkilat isə gənclər təşkilatı olmadığı üçün həmin təşkilatların layihələrinə baxılmayıb.
    10.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30