Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 23 24 25 26 27 28 29 30 31 » #
    Bu il 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq
    “Bu il ötən illə müqayisədə Azərbaycanda 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.
    O qeyd edib ki, bu, Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan özəl qurumlardan gələn vəsait hesabına həyata keçirilir: “Yay vaxtı ən çox ərizə və şikayətlərlə müəllimlər müraciət edir. Onları da başa düşmək olar, çünki müəllimlərin istirahət etmək üçün vaxt imkanları yay ayılarına düşür. Çalışırıq iyul-avqust aylarında müəllimləri göndərişlərlə təmin edək”. Onun sözlərinə görə, son 3 ildə əvvəlki illərə nisbətən müəllimlərə 3-4 dəfə artıq göndəriş təqdim olunub: “Konfederasiyanın 1,5 milyondan çox üzvü var və hamını da eyni vaxta istirahətə göndərmək olmur. Bu səbəbdən biz növbəlilik prinsipini əsas götürürük”. S.Mehbalıyev deyib ki, bu il 60 minə yaxın nəzərdə tutulan göndərişdən artıq 50 minə yaxını təqdim olunub.
    31.07.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək”
    “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin dəqiqləşdirilməsinə başlayıb. Bu, Ermənistan üçün bir siqnal olmalıdır.

    Əgər Ermənistan öz qeyri-konstruktiv mövqeyində qalmaqda davam edərsə, Ali Baş Komandanın əmri ilə yaxın zamanlarda öz torpaqlarımızı azad edəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, Ermənistan gec də olsa ayılsa və öz mövqeyini düzəltsə, danışıqlarda hər hansı bir razılığı əldə olunması mümkün ola bilər. Ə.Həsənov bildirib ki, Azərbaycan hökuməti azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb. Bu, qayıdış proqramı, dəymiş ziyanın hesablanması və digər məsələdir. Biz buna hazır olmalıyıq”.
    28.07.12 Məqaləni oxumaq
     
    Bakıda beynəlxalq gənclər forumu keçiriləcək
    Oktyabrın 28-30-da Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum keçiriləcək. Azərbaycan Gənclər Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, forumun təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, SALTO EECA, SALTO EuroMed, SALTO SEE, SALTO Resurs Mərkəzinin Fransa, Polşa və Sloveniyadakı milli agentlikləri, FRSE (Təhsil sisteminin inkişafı Fondu), MOviT (Gənclərin səfərbərliyinin inkişafı institutu) və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir.
    27.07.12 Məqaləni oxumaq
     
    1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb
    Bu ilin ilk yarısında yol polisi əməkdaşları tərəfindən 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Bu barəd “KƏLAMİNFO” Respublika Baş Dövlət Yol Polisi İdarəsində məlumat verilib.
    Məlumata görə, 2012-ci ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində yol polisi əməkdaşları 449986 yol hərəkəti qaydası pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9116, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 47440, ötmə qaydalarının pozulması üzrə 6089, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 15989, sərnişin daşıma qaydalarının pozulması üzrə 2548 fakt aşkar edib.
    Yol hərəkəti qaydası pozuntusuna görə 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
    27.07.12 Məqaləni oxumaq
     
    Diplomatımız İranda saxlanılan şairlərlə görüşüb
    Ötən gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun vitse-konsulu Nəriman Orucəliyev naməlum şəkildə İranda saxlanılan şairlərimiz Şəhriyar Hacızadə və Fərid Hüseyn ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
    27.07.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat: “Morninqstar seçilən səfir olacaq”
    “Hesab edirəm Richard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri kimi təsdiq olunması maraqlı bir siyasi hadisədir. Ən azı R.Morninqstar ABŞ siyasi elitasında kifayət qədər tanınmış bir şəxsdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Musa Qasımlı bildirib. Millət vəkili qeyd edib ki, R.Morninqstar bir diplomat kimi bölgəni yaxşı tanıyan, Cənubi Qafqazla bağlı bir çox layihələrdə önəmli rol alan, xüsusən enerji məsələlərində həlledici mövqelərdə olmuş bir adamdır: “Təbii ki, belə bir təcrübəli və bölgənin problemlərini bilən bir şəxsin Azərbaycana səfir təyin olunması müəyyən məqsədlərdən xəbər verir. Fikrimcə, onun səfirliyi ABŞ-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafına xidmət edəcək”. M.Qasımlı deyib ki, Vaşinqtonun bu səfir təyinatında ənənəvi üç hədəfi - təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi-iqtisadi islahatlar, demokratikləşmə istiqamətində müsbət nəticələr verəcək: “Morninqstar seçilən səfir olacaq”.
    27.07.12 Məqaləni oxumaq
     
    Ünvanlı sosial yardımların ödəniş sistemi təkmilləşdirilib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımlarının mərkəzləşmiş qaydada ödənişi sisteminin yaradılması və plastik kartların hazırlanaraq vətəndaşlara verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin təqdimatı olub. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması əsas prioritetlərdən biridir.
    26.07.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Dağlıq Qarabağdakı qondarma rejim rəsmi İrəvan tərəfindən idarə olunur”
    “Dağlıq Qarabağda atılan istənilən addım, o cümlədən də qondarma prezident seçkiləri danışıqlar prosesinə ciddi ziyan vurur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi hər zaman bildirib ki, Ermənistan daha konstruktiv mövqe göstərməli və regionda status-kvonun qorunmasına deyil, vəziyyətin dəyişməsinə və sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır. Onun sözlərinə görə, Avropa İttifaqı və bir çox digər ölkələr qondarma rejimdə keçirilən şounu pisləyiblər və öz mövqelərini qətiyyətlə ortaya qoyublar: “Bu gün Dağlıq Qarabağdakı qondarma rejim rəsmi İrəvan tərəfindən idarə olunur”.
    26.07.12 Məqaləni oxumaq
     
    YAP jurnalistləri mükafatlandırıb
    Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini, deputat Əli Əhmədov Milli Mətbuat günü ilə bağlı jurnalistlərlə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə çıxış edən Ə.Əhmədov bildirib ki, Azərbaycanda ictimai maraqlara tam cavab verən, inkişaf etmiş mətbuat mövcuddur.

    O qeyd edib ki, insan hüquqları və söz azadlığını prinsip götürən Azərbaycan dövləti də söz azadlığının inkişafında, ictimai maraqların qorunmasında tam olaraq maraqlıdır: “Azərbaycan mətbuatının modernləşməsini, təkmilləşməsini Azərbaycanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil”.
    25.07.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: Rusiya bizim regiona hücum etmək üçün bəhanə axtarır
    â€śİşğal olunmuş torpaqlarda “Xankəndi” aeroportunun Ermənistan tərəfindən istismarına Azərbaycan heç cürə razılıq verə bilməz. Çünki buna razılıq vermək Dağlıq Qarabağı müstəqil bölgə kimi tanımaq deməkdir. Bu da təbii ki. cəfəngiyat olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Politoloq ATƏT Minsk Qrupunun bununla bağlı bəyanatını da cəfəngiyat adlandırır: “Onların bəyanatında başa düşülür ki, guya Azərbaycan bu aeroportun işə düşməsinə etiraz etməz, amma təəssüf ki, onlar bununla yenə yalan danışırlar. Çünki Azərbaycanın bu məsələdə razılıq verməsi inandırıcı deyil, ora bizim torpaqlardır”.
    25.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 23 24 25 26 27 28 29 30 31 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30