Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
    Azərbaycanlı gənclər “Birləşmiş Ştatlar İnstitutunda təhsil al 2012” proqramı çərçivəsində ABŞ-a gediblər
    Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Mingəçevir Regional ofisinin üzvləri ABŞ-a gediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Onlar Kamal Əhmədov və Cavanşir Əhmədlidir. Səfər ABŞ-da “Birləşmiş Ştatlar İnstitutunda təhsil al 2012” (SUSI 2012) proqramı çərçivəsində baş tutub və 6 həftə davam edəcək. Gənclərimizin qatıldığı proqramın əsas məqsədi azərbaycanlı tələbələri ABŞ-ın tarixi, ictimai-iqtisadi həyatı, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə yaxından tanış etməkdir. Səfər çərçivəsində Vaşinqtonda və bir neçə ştatda əhəmiyyətli görüşlər planlaşdırılıb.
    17.08.12 Məqaləni oxumaq
     
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ictimai maarifləndirmə aksiyasına başlayır
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) regionlarda təhsildən yayınma hallarının, sui-qəsdlərin azaldılması məqsədi ilə ictimai maarifləndirmə aksiyası keçirir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Komitədən veriblər. Aksiya çərçivəsində Komitə tərəfindən həyata keçirilən fəaliyyətlərdən biri də məişət zorakılığının qarşısının alınmasıdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib və həmin qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə ölkənin şəhər və rayonlarında “Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri“ adlı tədbirin keçirilməsinə start verilib. Aksiya Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının hüquq-mühafizə orqanları, bələdiyyələr, icra və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Lerik rayonundakı Mədəniyyət Evində keçiriləcək.
    16.08.12 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Müxalifət hələ də 20 il bundan əvvəlin prinsipi ilə yaşayır”
    “Bu gün Azərbaycanda kifayət qədər demokratik fikirdə olan, mövqeyini müvafiq formada ortaya qoyan tərəflər var. Ölkədə keçirilən istənilən seçkidə də ilk növbədə bu tərəflərin fikirləri və ideologiyası arasında mübarizə gedir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə bildirib. O qeyd edir ki, buna baxmayaraq, seçkiqabağı aktivləşməyə cəhd edən radikal müxalifət qanadı bu parametrlərdən olduqca geridə qalıblar: “Radikal müxalifət hələ də 20 il bundan əvvəlin prinsipi ilə yaşayır. Ona görə də müxalifətin qarşıdan gələn prezident seçkilərində qalib gəlməsi mümkün deyil. Bunun üçün gərək iqtidar zəif işləyə, gərək iqtidar öz vəzifəsinin öhdəsindən gəlməyə, gərək cəmiyyətin böyük bir hissəsi bu iqtidardan narazı qala. Ancaq hansı halda narazı qala bilər ki, insanların problemləri həll edilir, sosial vəziyyəti yaxşılaşdırılır. Yəni bu gün müxalifət liderləri düşünürsə ki, insanlar sadəcə, kiminsə bəlağətli ifadəsinə görə onları seçəcək, çox yanılırlar”.
    16.08.12 Məqaləni oxumaq
     
    Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisini qəbul edib
    Ombudsman Elmira Süleymanova Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdə diplomatik missiyasını başa vuran Bakı təmsilçisi Zeki Qazioğlunu onun xahişi ilə qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Ombudsman Azərbaycanın dünya dövlətləri, o cümlədən türk dünyasının bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq və tərəfdaşlıq əlaqələri qurduğunu söyləyib. Müvəkkil insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülən işlər barədə ətraflı məlumat verib. E.Süleymanova Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilən bir milyon azərbaycanlının hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu vurğulayıb. Qeyd olunub ki, xalqların, bütün tərəqqipərvər bəşəriyyətin, sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırkı dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir. Ombudsman insan hüquqları sahəsində, digər prioritet məsələlər əsasında, şəbəkə şəklində əməkdaşlığa üstünlük verdiyini söyləyib, tərəfdaşlığın daha da artırılmasını vacib sayıb.
    14.08.12 Məqaləni oxumaq
     
    Məlahət İbrahimqızı: “7 yaşa qədər qız uşaqlarının sayında kəskin azalma var”
    “Son bir neçə ildə Azərbaycanda 7 yaşa qədər oğlan uşaqlarının sayında artım, qızlarda isə kəskin azalma var”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib. O qeyd edib ki, uşaqlara qarşı təcavüzün ən erkən və ən ağır forması kimi ana bətnində qız uşaqlarının abort etdirilməsi faktı çoxalıb: “Azərbaycanda ulturasəs müayinəsi ancaq cinsin müəyyən olunması üçün istifadə olunur. Bu da əsasən ondan ibarətdir ki, ana bətnində uşağın cinsi qız olaraq müəyyən olunursa, əksər hallarda uşaq ana bətnində ləğv edilir. Ona görə də getdikcə qızların sayında ciddi azalma var”. Deputat deyir ki, xeyli vaxtdır bunun qanunvericiliklə tənzimlənməsi aktual olsa da, məsələ hələ də açıq qalır: “Hesab edirəm ki, bu məsələyə vaxtında münasibət bildirmək lazımdır, ən azı qanunla bu məsələ qadağan olunmalıdır”.
    13.08.12 Məqaləni oxumaq
     
    Bu il Prezident təqaüdünü hər qrup üzrə maksimal bal toplayan 25 nəfər alacaq
    Azərbaycanda bu il Prezident təqaüdünü hər qrup üzrə maksimal bal toplayan 25 nəfər alacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qruplarda ballar fərqli olduğundan, ola bilsin bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın. M.Abbaszadə qeyd edib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında və yaxud "Abituriyent" jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.
    10.08.12 Məqaləni oxumaq
     
    Gənc mütəxəssislər üçün Almaniyanın klinikalarında ixtisasartırma kursları təşkil edilir
    Azərbaycan Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində səhiyyənin prioritet sahələri üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə 2012-ci il ərzində Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulub. Səhiyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu məqsədlə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq. Kurslarda iştirak etmək istəyən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilən mütəxəssislər (Bakı şəhəri üzrə) 9 avqust 2012-ci il tarixindən 9 sentyabr 2012-ci il tarixinədək Səhiyyə Nazirliyinə (111 nömrəli otaq) müraciət edə bilərlər.
    10.08.12 Məqaləni oxumaq
     
    Bu gün Beynəlxalq Yerli Əhali Günüdür
    Bu gün - 9 Avqust Beynəlxalq Yerli Əhali Günüdür. “KƏLAMİNFO” mövzusu "Yerli Mətbuat Yerli Xalqların səsini gücləndirir" şüarı olan Beynəlxalq Yerli Əhali Günü münasibətilə BMT-nin baş katibinin müraciəti olub. Müraciətdə qeyd olunub ki, yerli əhalinin hüquqları haqqında BMT Bəyannaməsinin qəbul olunmasından bəri beş il ərzində icmalar və fərdlər öz həyat hekayələrini bölüşmək və səslərini hər tərəfə yaymaq üçün ənənəvi və yeni mətbuatdan istifadə etmək imkanından faydalanıblar.
    09.08.12 Məqaləni oxumaq
     
    Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-31 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatları, atmosfer havası, yerin təki, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 54 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 29 iş üzrə 73600 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 27 iş üzrə 382020.27 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 38602.63 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 20 iş göndərilib.
    09.08.12 Məqaləni oxumaq
     
    Baş Prokurorluq korrupsiya faktları ilə bağlı məlumat yayıb
    Baş Prokurorluq korrupsiya faktları ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumatda bildirilir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir. Kürdəmir rayonunun keçmiş Məhərrəmli bələdiyyəsinin sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, bələdiyyənin sədri Xanəkbər Rüstəmov 2007-2009-cu illərdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara satılması və icarəyə verilməsinin qanunla qadağan olunmasına baxmayaraq bələdiyyənin iclas protokollarının, iclas protokollarından çıxarışların və iclaslarda qəbul olunmuş qərarların məzmununa yalan məlumatlar daxil edərək müvafiq sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim etməklə ümumilikdə 47,21 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə icarəyə verilməsinə və satılmasına nail olmaqla bələdiyyəyə mühüm zərər vurub.
    07.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30