Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    Əli Əhmədov: “Ramil Səfərovun azadlığa çıxması qətiyyətin, cəsarətin və ədalətin təntənəsidir”
    «Prezident İlham Əliyevin Ramil Səfərovun əfv edilməsi haqqında sərəncamını mən qətiyyətin, cəsarətin və ədalətin təntənəsi adlandırmaq istəyirəm. Hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikirdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib. YAP-ın sədr müavini qeyd edib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaq. “Çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində bir oxşarlıq var: həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi azadlıqdan mərhum olmuşdu. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də hörmətli Prezident və Ali Baş Komandan İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də inanıram elə bu cür aradan qaldırılacaq. Əlbəttə, Ramil Səfərovun azadlığa buraxılması dövlətimizin sülhsevər siyasətinin, beynəlxalq aləmdə hörmət və nüfuzunun yüksəlməsinin aydın ifadə olunan nəticəsidir. Azərbaycan xalqı və dövləti bütün dünyada sülhsevərliyi ilə tanınır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmətlə yanaşır.
    01.09.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov ABŞ-a gedəcək
    Gələn ay Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfərdə məqsəd BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etməkdir. Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. O cümlədən səfər zamanı ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş də gözlənilir. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında yaranmış vəziyyət və problemin həlli yolları müzakirə olunacaq.
    01.09.12 Məqaləni oxumaq
     
    İsrailin Azərbaycana təyin olunmuş yeni səfiri diplomatik fəaliyyətə başlayıb
    Bu gündən İsrailin Azərbaycana təyin olunmuş səfiri Rafi Apraz diplomatik fəaliyyətinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfir Bakıya dünən gəlib və yaxın günlərdə Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşərək etimadnaməsini onlara təqdim edəcək. Həmin görüşlərdə iki ölkə arasında mövcud və gələcək əlaqələrin daha da inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.
    31.08.12 Məqaləni oxumaq
     
    BMT Baş Assambleyasının gündəliyinə işğal olunmuş ərazilərlə bağlı 2 bənd salına bilər
    Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasının gündəliyinə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 2 bənd salına bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

    O qeyd edib ki, BMT-nin Baş Assambleyasının gündəliyinə 2004-cü ildən bəri Azərbaycanın işğal olunmuş ərazilərinə dair 2 bənd hər dəfə salınır. Azərbaycan bununla bağlı qətnamə layihəsinin müzakirəyə salınmasına dair məsələni daim diqqətdə saxlayır: “Bu 2 bəndin biri konkret olaraq işğal olunmuş Azərbaycan əraziləri, digəri isə Azərbaycanın da üzv olduğu GUAM ərazisindəki həll olunmamış münaqişələr ilə bağlıdır”.
    30.08.12 Məqaləni oxumaq
     
    Musa Qasımlı: “Bəzi ixtisaslar üzrə təhsil haqları həqiqətən çox yüksəkdir”
    Azərbaycanda ali məktəblərin elə ixtisasları var ki, təhsil haqları həqiqətən də xeyli yüksəkdir. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Onun sözlərinə görə, elə bu səbəbdən də bəzi gənclərimiz fərdi qaydada təhsil almaq üçün xarici ölkələrə üz tuturlar: “Bu ölkələr arasında Türkiyə, Şimali Kipr üstünlük təşkil edir. Amma yaxşı olardı ki, Azərbaycanda təhsil haqları azaldılardı, tədrisin keyfiyyəti artırılardı, universitetlər yataqxana şəbəkələrini qurardılar. Xaricə gedən gənclərimiz də o ölkələrdə təhsilə xərclədikləri pulu özümüzə xərcləyərdilər”.

    Qeyd edək ki, TĂĽrkiyə baş nazirinin müavini Bülənd Arınç ölkədə təhsil haqqının ləğv edildiyini bildirib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, jurnalistlərə açıqlama verən B.Arınç deyib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın  qəbul edəcək qərarı ilə universitet tələbələrinin təhsil haqqından azad olunması rəsmiləşəcək. 2011-2012-ci tədris ilindən etibarən 1 milyon 524 min 380 tələbənin təhsil haqqından azad olunmasını nəzərdə tutan qərarın yaxın günlərdə rəsmən elan ediləcəyi bildirilir. 
    30.08.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Qazaxıstana dəvət olunub
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib.
    O qeyd edib  ki, E.Məmmədyarov Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclasında iştirak üçün dəvət alıb: “Sentyabrın 12-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Müşavirəsinin Xarici İşlər Nazirləri Şurasının dördüncü iclası keçiriləcək və Azərbaycan tərəfinin iclasda iştirakı ilə bağlı nazir Elmar Məmmədyarovun adına dəvət gəlib”.
    29.08.12 Məqaləni oxumaq
     
    Elman Abdullayev: Dünya birliyi beynəlxalq hüquqa zidd hərəkətlərə biganə yanaşır
    Azərbaycanın işğal olunmuş ərazilərində son günlər hərbi təlimlərin keçirilməsi Ermənistanın aqressiv siyasətinin göstəricisidir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
    O, təəssĂĽflə qeyd edib ki, dĂĽnya birliyi beynəlxalq hüquqa zidd bu hərəkətlərə biganə yanaşır: “Azərbaycanın bu barədə mövqeyini dəfələrlə ortaya qoymasına baxmayaraq, Ermənistan tərəfi hələ də təlimləri davam etdirir”.
    29.08.12 Məqaləni oxumaq
     
    Azərbaycanın telekommunikasiya operatorları beynəlxalq konfransa qatılacaqlar
    Azərbaycanın telekommunikasiya operatorları sentyabrın 18-19-da İstanbulda keçiriləcək “Capacity Eurasia 2012” beynəlxalq konfransı çərçivəsində telekommunikasiya sənayesinin başlıca məsələlərini nəzərdən keçirəcəklər. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan konfransda telekommunikasiya xidmətlərinin ilkin tədarükçüləri olan “Delta Telecom” və “Azertelecom” şirkətləri ilə təmsil olunacaq.
    Konfrans çərçiivəsində toxunulacaq əsas məsələlərdən biri məlumatların işlənməsi mərkəzlərinin yaradılması və səmərəli istifadəsi, yeni xidmətlərin, veb-servislərin, əlavələrin, “bulud” servislərinin modellərinin və s. tətbiqinin stimullaşdırılması olacaq.
    Həmçinin, genişzolaqlı xidmətlərin, “3G”, “WiMAX”, “4G/LTE”-nin işə salınmasında investisiya planlaşdırma məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır.
    Konfrans Avrasiyada qabaqcıl beynəlxalq və regional operatorları, xidmət tədarükçülərini birləşdirir. Konfransın işində yeni biznes imkanları haqqında müşavirə və diskussiya keçirəcək 300 nümayəndə heyəti və telekommunikasiya operatorlarının iştirakı gözlənilir.
    29.08.12 Məqaləni oxumaq
     
    Miqrasiya orqanlarında çalışmaq istəyən namizədlərin imtahanının vaxtı açıqlanıb
    Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar 2 iyul 2012-ci il tarixdən 3 avqust 2012-ci il tarixədək elan olunan sənəd qəbulu başa çatıb. Dövlət Miqrasiya Xidmətindən “Azadinform”a verilən məlumata görə, müsabiqənin test mərhələsi bu il sentyabrın 2-i Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında – Bakı Qızlar Universitetinin inzibati binasında saat 11:00-da keçiriləcək. Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər “İmtahana buraxılış vərəqəsi ”ni 30 avqust 2012-ci il tarixədək (30 avqust daxil olmaqla) saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202 ünvanından - Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.
    29.08.12 Məqaləni oxumaq
     
    Əlyazmalar İnstitutunun şöbə müdiri: “Bizdə şəxsiyyətlər kimi əlyazmalar da repressiyaya uğradılıb”
    “Bütün Avropa və Şərq ölkələrində çoxsaylı Azərbaycan əlyazmaları var. Bu əlyazmalar çap olunmadan müxtəlif yollarla gedib. Əlyazmalar hədiyyə kimi gedib, yaxud satın alınaraq aparılıb”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində AMEA Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Azadə Musabəyli məlumat verib. 

    Vaxtilə Avropada Şərqlə çox maraqlandıqlarını xatırladan A.Musabəyli bu əlyazmaların da həmin vaxtlar aparıldığını qeyd edib: “Məsələn, Pyotrun yaratdığı Şərqşünaslıq Akademiyasının alimləri xüsusi olaraq Şərq ölkələrinə göndərilib və onlara da çoxsaylı əlyazmaları aparıblar. Aparılanların içərisində Azərbaycan əlyazmaları da var”.
    A.Musabəyli əlavə edib ki, İranda, Türkiyədə orta əsrlərdən toplanıb qalan Azərbaycan əlyazmaları var. Bu çox geniş sahələri əhatə edir və bunlar ərəb, fars və türk dillərindədir: “Amma bizdə 20-ci, 30-cu illərdə şəxsiyyətlər kimi əlyazmalar da repressiyaya uğradılıb. Onları ya yandırıb, ya da dağıdıblar. Bunlar bizdə sonradan toplanıb. Amma xarici ölkələrdə belə olmayıb, onlar orta əsrlərdən bəri əlyazmaları toplayıblar”.
    25.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30