Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib
    Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 şikayəti müzakirə ediblər. Məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər. Əvvəlcə Milli Məclisin deputatı Gülər Əhmədovanın “Bizim yol” qəzetinin 13 iyul 2012-ci il tarixli sayında gedən məqalə ilə bağlı müraciətinə baxılıb. Komissiya deputatın MŞ-yə məktubunda ifadəsini tapan və narazılıq doğuran məqamları araşdıraraq müvafiq rəy qəbul edib. Rəydə həmin yazının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısızlıqla təqdim olunduğu, xüsusilə balansın gözlənilmədiyi, araşdırmanın nəzərə çarpmadığı, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn bir nümunənin səhifəyə çıxarıldığı cavabdeh tərəfin nəzərinə çatdırılıb.
    08.09.12 Məqaləni oxumaq
     
    Cəza çəkməkdən azad edilən gənclərin məşğulluğunun artırılması istiqamətində iş aparılacaq
    “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “İkinci Şans” layihəsinin icrasına başlayıb. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq penitensiar müəssisələrdən azad edilən gənclərin məşğulluğunun artması istiqamətinə tutarlı və kompleks işlər aparacaq. Qeyd edilib ki, penitensiar müəssisələrdən azadlığa buraxılan gənclər bir çox hallarda cəmiyyətə inteqrasiya prosesində rastlaşdıqları çoxsaylı problemlər səbəbindən yenidən cinayət törədərək təkrarən məhkumluq həyatı yaşamalı olurlar. “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin apardığı araşdırmalara görə, əvvəllər məhkumluğu olan gənclərin azadlıqda rastlaşdıqları ən ciddi problem məşğulluqdur: “Məhz bu səbəbdən birliyin növbəti layihəsi sırf bu istiqamətə yönəlib”.
    07.09.12 Məqaləni oxumaq
     
    Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair nəşrlər çap edilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə koalisiya şəklində hazırladıqları “Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT komitəsinə nativ hesabatın hazırlanması və təqdim edilməsi”, “Qadınlarla bağlı məsələlərin həllində və qərar qəbuletmədə vətəndaş iştirakçılığı ilə bağlı siyasət sənədi” və “Stereotipləri qıraq! Qadın polisləri ilə bağlı miflər” adlı nəşrləri təqdim edib.
    06.09.12 Məqaləni oxumaq
     
    RİTN: Azərbaycan Prezidentinin saytı işlək vəziyyətdədir
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir. Ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər. Lakin qeyd edirik ki, bu, aşkar yalandır və Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir və olunan bütün həmlələr dəf edilib. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılıb və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülüb.
    05.09.12 Məqaləni oxumaq
     
    Ermənistan hökuməti Avropa Məhkəməsinin üç sualına cavab verməli olacaq
    Sentyabrın 11-nə kimi Ermənistan hökuməti Avropa Məhkəməsinin Ermənistanda 2008-ci il fevralın 19-da keçirilən prezident seçkiləri ilə bağlı üç sualına cavab verməli olacaq. “KƏLAMİNFO” xəbər verir ki, “Aykakan Jamanak” qəzeti yazır ki, birinci məsələ prezidentliyə namizəd olmuş Levon Ter-Petrosyanın azadlığının məhdudlaşdırılması ilə bağlıdır. İkinci məsələ martın 1-də keçirilən mitinqin dağıdılmasının qanuni olub-olmaması ilə bağlıdır. Üçüncü məsələ Petrosyanın ev dustağı edilməsi ilə bağlıdır. “Yəni Avropa Məhkəməsi sırf 2008-ci il 1 mart hadisələrini araşdıracaq” - deyə nəşrdə göstərilib.
    04.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanın İordaniyaya təyin olunmuş səfiri etimadnaməsini Kral II Abdullaha təqdim edib
    Azərbaycanın İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş səfiri Sabir Ağabəyov Basman sarayında etimadnaməsini Kral II Abdullaha təqdim edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevin iordaniyalı həmkarına səmimi salamlarını çatdıran səfir hər iki ölkə başçısı arasındakı səmimi dostluq münasibətləri sayəsində Azərbaycan-İordaniya əlaqələrinin sürətlə inkişaf etməsindən danışıb. Öz növbəsində, Azərbaycan prezidenti və yaxın dostu İlham Əliyevə səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş edən Kral II Abdullah ölkəmizin yeni səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı S.Ağabəyov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) cari il oktyabrın 16-da Bakıda keçiriləcək 12-ci sammitində iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İordaniya Kralına ünvanlanmış dəvət məktubunu Kral II Abdullaha təqdim edib. Görüşdə səfirliyin müşaviri Hüseyn Rəhimli, Kral Divanının rəhbəri Riyad Əbu Kərəki və İordaniyanın xarici işlər naziri Nasir Cudeh iştirak ediblər.
    04.09.12 Məqaləni oxumaq
     
    Kompyuter oyunları üzrə 7-ci Azərbaycan milli çempionatının final mərhələsi keçirilib
    Gənclər və İdman Nazirliyi (GİN) və Kompyuter Oyunları Milli Assosiasiyası (KOMA) tərəfindən 28-30 avqust tarixlərində kompyuter oyunları üzrə 7-ci Azərbaycan milli çempionatının final mərhələsi keçirilib. Bu barədə bizim elektron xəbər xidmətinə adıçəkilən assosiasiyanın prezidenti Ramil Əliyev məlumat verib. Onun sözlərinə görə, çempionatın 1-ci seçmə mərhələsi iyun ayında respublikanın bütün rayon və şəhərlərində, zona mərhələsi isə iyul ayında müvafiq 9 bölgədə keçirilib: «Ümumilikdə çempionatda 2500 nəfər iştirak edib. Onlar 5 oyun növü üzrə mübarizə aparıblar. Zona mərhələsində qalib gəlmiş iştirakçılar Bakıdakı düzənlənən final mərhələsinə vəsiqə qazanmışdılar. Finalda da qalib gələn iştirakçılar Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldılar. Bundan əlavə, qaliblər Koreyada keçiriləcək Dünya çempionatına və eləcə də Çində düzənlənəcək Beynəlxalq Kompyuter Oyunları çempionatına vəsiqə qazanıblar».
    03.09.12 Məqaləni oxumaq
     
    Məcburi köçkünlər üçün Abşeronda 180 hektar torpaq sahəsi ayrılıb
    Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonu, Qobu bələdiyyəsinin mülkiyyətində olan ərazidən 180 hektar torpaq sahəsi ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı baş nazir Artur Rasi-zadə sərəncam imzalayıb. Sərəncama əsasən, həmin həə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Abşeron rayonu, Qobu bələdiyyəsinin Abşeron Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul edilib.
    03.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı jurnalistlər Suriya hakimiyyətinə müraciət etdi
    Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Suriyada həbs edilən Türkiyədən olan fotomüxbir (TRT) Cüneyt Ünalın dərhal azad buraxılması çağırışı ilə bağlı bəyanat verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya təşkilatdan veriblər. Bəyanatda bildirilir ki, təxminən on gün müddətində Cüneyt Ünaldan heç bir xəbər olmayıb, bunun ardından isə jurnalist telekanallara çıxarılaraq danışdırılıb.
    03.09.12 Məqaləni oxumaq
     
    “Qarabağ dərsləri” adlı kitabın təqdimatı keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ dərsləri” adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, kitabın təqdimatında “İnam” Plüralizm Mərkəzinin həmsədri İlahə Rafaelqızı bildirib ki, təmsil olunduğu qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihə həyata keçirib. Onun sözlərinə görə, layihənin ilk mərhələsində Ağdam və Xocavənd məktəbliləri arasında “Qarabağ mənim xəyallarımda” adı müsabiqə elan edilib. Müsabiqədə beş məktəbdən 104 şagirdin iştirak etdiyini diqqətə çatdıran qeyd edən İ.Rafaelqızı bildirib ki, jurnalistlərdən ibarət münsiflər heyəti şagirdlər arasından 12 nəfərin yazısını seçib. Layihənin ikinci mərhələsində isə Qarabağ mövzusundan yazan jurnalistlərə yazı sifariş verilib. İ.Rafaelqızı deyib ki, bütün yazılar sonda “Qarabağ dərsləri” adlı kitabda toplanıb.
    03.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30