Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    SAM əməkdaşı Vyanada keçirilən beynəlxalq konfransda iştirak edib
    Vyanada Avstriyanın Enerji Nazirliyi tərəfində təşkil olunan 6-cı “Avropa qaz təchizatı və infrastruktur” adlı beynəlxalq konfrans keçirilib. Konfransda enerji sahəsində tanınmış ekspertlər, qaz şirkətlərinin rəhbərləri, Avropa enerji infrastrukturunun nümayəndələri, boru kəmər operatorları və b. iştirak ediblər. Tədbirdə əsasən Avropa bazarının qazla təchizat, təchizat və tələb təhlükəsizliyi məsələləri, həmçinin Cənub Qaz Dəhlizinə daxil olan layihələrin son inkişaf durumu müzakirə olunub. Azərbaycanı tədbirdə Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edib. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, ekspert çıxışında “Cənub dəhlizi”nin inkişafı haqda danışaraq son hadisələri təhlil edib.
    17.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanda bu gün 461 nəfər prokurorluq orqanlarında işləmək üçün imtahan verir
    Bu gün Azərbaycanda prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. İmtahanı TQDK Baş Prokurorluqla birgə aparır. İşə qəbulla bağlı ərizə qəbulu Baş Prokurorluq tərəfindən aparılıb. Azərbaycan Respublikası Prokurorluğunda 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 461 nəfərin namizədliyi qeydə alınıb. Saat 10-da başlayan imtahan 3 saat davam edəcək. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir.
    14.09.12 Məqaləni oxumaq
     
    Leyla Əliyeva Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün açılışında iştirak edib
    Bu gün Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak edib. Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər qoyublar. Körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib. Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub.
    13.09.12 Məqaləni oxumaq
     
    QHT sektorunun inkişafı ilə bağlı Milli Fəaliyyət Proqramı hazırlanır
    Bu gün Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında hazırlanan “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın layihəsi tanınmış QHT mütəxəssislərindən ibarət işçi qrup tərəfindən müzakirə edilib. Şuradan “KƏLAMİNFO”ya verilən məlumata görə, müzakirələrdə sədr Azay Quliyev bildirib ki, cari ilin 25 mayında yaradılan işçi qrup Proqramın əsas layihə müddəalarını hazırlayıb və sənəd üzvlər arasında paylanıb. A.Quliyev qeyd edib ki, Proqram layihəsi ölkənin QHT sektorunun bütün mənzərəsini tam əks etdirir və onun növbəti mərhələdə ayrı-ayrı sahələr üzrə işlənərək təkmilləşdirilməsi üçün işçi qrup üzvləri arasında konkret iş bölgüsünün aparılması vacibdir. “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın təqdim edilən layihə əsasında işçi qrup üzvləri tərəfindən ayrı-ayrı istiqamətlər üzrə işlənərək təkmilləşdirilməsi məqsədəuyğun sayılıb. Proqramın ilk variantının 30 sentyabrda müzakirəyə təqdim olunması qərara alınıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra onun ictimai müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
    12.09.12 Məqaləni oxumaq
     
    Böyük Britaniyanın Penitensiar Xidmət üzrə keçmiş naziri: “Ermənistan özü terror hücumlarına görə məhkum olunan bir sıra vətəndaşlarını əfv edib”
    “Azərbaycanlı zabit Ramil Səfərovun həbs cəzasının davam etdirilməsi üçün Azərbaycana ekstradisiyası və bunun ardınca da əfv olunması Ermənistan hökuməti, erməni diasporu və onun havadarları arasında odlu fırtınaya səbəb olub. Nəticədə Azərbaycan diplomatları hədələndi, Macarıstanla diplomatik əlaqələr kəskinləşdi, Ermənistan prezidentinin müharibəyə çağırışları artdı və Ramil Səfərovun özü hədəf seçildi”. “KƏLAMİNFO”ya Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bunları Böyük Britaniyanın Penitensiar Xidmət üzrə keçmiş naziri, millət vəkili Qeri Satklif (Gerry Sutcliffe) bildirib.
    12.09.12 Məqaləni oxumaq
     
    Ermənistan və Gürcüstandan Azərbaycan ərazisinə axıdılan tullantıların miqdarı artmaqdadır
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
    12.09.12 Məqaləni oxumaq
     
    Media qurumları və xəbər saytlarının monitorinqinə başlanıb
    Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu gündən mətbuatın monitorinqinə başlayır. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinq sentyabrın 17-dək davam edəcək. Dilçi alimlər və mütəxəsislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb olunub. Monitorinqin nəticələrinə əsasən, Azərbaycan dil normalarını əməl etmə baxımından media qurumlarının reytinqi açıqlanacaq. Nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.
    12.09.12 Məqaləni oxumaq
     
    ADP namizədini irəli sürməyə tələsmir
    Azərbaycan Demokrat Partiyası (ADP) qarşıdan gələn president seçkilərində hansı formada iştirak etməsi ilə bağlı hələ qərar verməyib. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında partiya sədri Sərdar Cəlaloğlu bildirib. O qeyd edib ki, çox güman ki, ADP Azərbaycanda bu məsələ ilə bağlı ən son qərar verən partiya olacaq: “Hələ ki partiyada hamı öz mövqeyini bildirməyib, hamı öz mövqeyini bildirəndən sonra partiya olaraq bu barədə qərar verəcəyik. Biz elə hesab edirik ki, tələsik öz namizədini irəli sürmək, hansısa qərarlar vermək müxalifətin bir araya gəlməsində ən çox əngəl olan məsələlərdən biridir”. S.Cəlaloğlu deyir ki, əgər doğrudan da müxalifətin bir araya gəlmək şansı tükənəcəksə, o zaman ADP öz mövqeyini ortaya qoyacaq: “Amma istənilən halda bu və ya digər formada prezident seçkilərində iştirak edəcəyik”. Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Azərbaycanda növbəti prezident seçkiləridir.
    11.09.12 Məqaləni oxumaq
     
    Sumqayıtın yeni simvolu necə olacaq?
    Avqustun 21-də Sumqayıtın giriş hissəsindəki simvol söküldü. Söhbət üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan yuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət 13 metrlik abidədən gedir. Abidənin sökülməsinə səbəb onun betondan hazırlandığı, artıq keyfiyyətini itirdiyi və yenilənmiş versiyası ilə əvəz olunmasının vacibliyi göstərildi. “KƏLAMİNFO” verdiyi xəbərə görə, yenisi ilə əvəzlənən simvol artıq hazırdır və hazırda tamamlama işləri görülür. Yeni simvol Sumqayıt Texnologiyalar Parkında hazırlanıb, üzəri isə xromdandır. İşçilərin verdiyi məlumata görə, işlər demək olar ki, yekunlaşıb. Bəzi yerlərdə qaynaq işləri aparılır. Uzunluğu 18-20 m olan simvola 3 daş əlavə olaraq artırılıb. Burada 12 işçi, 1 texnika fəaliyyət göstərir.
    11.09.12 Məqaləni oxumaq
     
    Əli Abbasov Dünya İqtisadi Forumunda iştirak etmək üçün Çinə gedib
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya İqtisadi Forumunun direktoru Borge Brendenin dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər 10-13 sentyabr tarixlərində Çinin Tiancin şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində Azərbaycanı təmsil etmək məqsədi daşıyır. Yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq kimi məsələləri gündəmə gətirəcək sammitdə İKT-nin inkişafı, innovativ texnologiyaların iqtisadi inkişafa təsiri, eləcə də bu sahələrdə hökumətin rolu kimi mövzuların müzakirəsi də nəzərdə tutulur. Sözügedən tədbirdə iştirak son illər Azərbaycanda əldə olunmuş nailiyyətlərin təbliği, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsinə və reallaşdırılmasına da öz töhfəsini verəcək. Sammit həmçinin müxtəlif ölkələrin İKT üzrə tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını da genişləndirəcək.
    11.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30