Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    Zakir Qaralov: Bəzi qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq cəhdləri Azərbaycanın inkişafına heç bir maneə ola bilməz
    “Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında əldə edilmiş və dünya birliyi dövlətləri tərəfindən də birmənalı şəkildə qəbul edilən köklü islahatlar və onların real nəticələri, dayanıqlı ictimai siyasi sabitliyin bərqərar olduğu demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması, ölkənin yüksələn xətt üzrə mütərəqqi inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir və onların xəyallarını heçə endirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
    20.09.12 Məqaləni oxumaq
     
    Əhalinin sosial müdafiəsi mərkəzlərinin əksəriyyəti elektron imza ilə təmin edilib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub.
    20.09.12 Məqaləni oxumaq
     
    Peşə bayramı günündə 96 neftçiyə yeni mənzil verilib
    Neftçilər günü münasibəti ilə Bakının Badamdar qəsəbəsində, Əziz Nəzərov küçəsi 76 ünvanında ev növbəsinə dayanmış neftçilər üçün tikilmiş iki bloklu 96 mənzilli yaşayış binası istifadəyə verilib. ARDNŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri binaya gələrək, mənzillərdə yaradılmış şəraitlə tanış olublar. R.Abdullayevə məlumat verilib ki, binanın tikintisini ARDNŞ-nin də təsisçisi olduğu “Neftçi” Mənzil Tikinti Kooperativi həyata keçirib. Bina 13 mərtəbədən və 96 mənzildən ibarətdir. Mənzillərdən 60-ı 3 otaqlı, 36-sı isə iki otaqlıdır. Mənzillər tam təmir olunmuş və mətbəx mebeli ilə təmin edilib.
    Qarşıdakı illərdə Bibiheybətdə 1200 neftçi ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni şəhərcik salınacağını bildirən ARDNŞ prezidenti R.Abdullayev evlə təmin olunan neftçilərə mənzillərin açarlarını təqdim edib.
    20.09.12 Məqaləni oxumaq
     
    Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq
    Azərbaycanın Misirdəki səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən veriblər.
    Bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.
    20.09.12 Məqaləni oxumaq
     
    Fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir
    Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, dəyişiklik barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, bu, dəyişiklik Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Dəyişikliyə əsasən fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunun 8 maddəsində əlavə olaraq göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, mirqasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı, fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək. Müzakirələr zamanı deputat Rəfael Hüseynov bildirib ki, bu qanuna gələcəkdə də əlavə dəyişiklər edilməsi vacibdir: “Yəni həmin arxivlərdə elmi-tədqiqat işlərinin aparılması üçün qanunda dəyişikliklər edilməlidir”. Müzakirələrdən sonra dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu.
    19.09.12 Məqaləni oxumaq
     
    Məcburi köçkün gənclər üçün sayt yaradılacaq
    Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi” adlı layihənin icrasına başlayıb. İB-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihədə məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunan ərazilərdən olan gəncləri bu saytın vasitəsilə bir yerə toplamaq, onları bir-birinə tanıtmaqdır. Bu saytda xaricdə təhsil alan, idmanda nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan, vətənin bütövlüyü uğrunda qəhrəmanlıq göstərən məcburi köçkün gənclər haqqında mütəmadi informasiyalar veriləcək.
    18.09.12 Məqaləni oxumaq
     
    Rəqabət Məcəlləsi bu il qəbul oluna bilər
    Bu il Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanıb başa çatdırılması gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mili Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. O qeyd edib ki, bu məcəllə Azərbaycanın iqtisadi inkişafı üçün zəruridir və qəbul edildiyi təqdirdə rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq: “Mən bu haqda müvafiq qurumlarla, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə də danışmışam. Qərara almışıq ki, bu sessiyada məcəllə üzərində müzakirələri gücləndirək və bu il hazırlayıb başa çatdıraq”. Məcəllə komitənin payız sessiyasının gündəliyinə də salınıb.
    18.09.12 Məqaləni oxumaq
     
    Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda konfrans keçiriləcək
    Noyabrın 19-dan 21-dək Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutundan veriblər. Radiasiya Problemləri İnstitutunun dəstəyi ilə keçiriləcək konfransda 100-ə yaxın məruzə dinləniləcək.
    17.09.12 Məqaləni oxumaq
     
    “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik ediləcək
    Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, qanunun 18.65.5 maddəsində nəzərdə tutulan sürücülük vəsiqəsinin verilməsi ilə yanaşı, dəyişdirilməsi zamanı da 15 manat dövlət rüsumunun tutulması nəzərdə tutulur. Müzakirələrdən sonra dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.
    17.09.12 Məqaləni oxumaq
     
    Ölkə qanunvericiliyinin tələblərini pozan 83 əcnəbi aşkar edilib
    Sentyabrın 10-15-i tarixlərində Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər həyata keçirib. DMX-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 83 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində AR inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
    17.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30