Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    “Gənc jurnalistlər proqramı” çərçivəsində AİPS rəsmisi Layma Canusonite ilə görüş keçirilib
    Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS), Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin Bakıda təşkil etdiyi “Gənc jurnalistlər proqramı” layihəsi çərçivəsində bu gün AİPS-in vitse-prezidenti Layma Canusonite ilə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, L.Canusonite planetin ən böyük idman tədbiri olan Olimpiya oyunlarını işıqlandırmağın jurnalistlər üçün o qədər də asan olmadığını səsləndirib: “Eyni vaxtda müxtəlif idman infrastrukturunda bir neçə yarış keçirilir. Yarışda qalib və məğlub olan idmançıya yanaşma tərzi tam fərqli olur”.
    26.09.12 Məqaləni oxumaq
     
    “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır
    Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclasda bir sıra məsələlər müzakirə olunub. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır. Onun sözlərinə görə, qanun layihəsi komitənin payız sessiyasının qanunvericilik işləri planına salınıb. Z.Əsgərov deyib ki, onlara daxil olan qanun layihələri ilə bağlı müvafiq qurumlardan rəylər alınır və onlar rəylər nəzərə alınmaqla yenidən işlənir: “Proses başa çatdıqdan sonra layihələr komitədə müzakirəyə çıxarılır və bundan sonra parlamentə tövsiyə olunur. Bu dəfə də məhz bu cür olacaq”. Birinci vitse-spiker sonra qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqında” qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələləri daha geniş əksini tapacaq: “Çünki “Hərbi qulluqçuların statusu haqqında” mövcud qanun ötən əsrin 90-cı illərində qəbul olunub və təkmilləşdirilməsinə böyük ehtiyac var”.
    26.09.12 Məqaləni oxumaq
     
    Milli Məclis qəbul etdiyi qanunların monitorinqini aparır
    Azərbaycan Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi qəbul olunan qanunların monitorinqini aparır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, monitorinq başa çatdıqdan sonra gərəkli layihələr işlənəcək və rəy alınması üçün müvafiq qurumlara göndəriləcək.
    25.09.12 Məqaləni oxumaq
     
    Azay Quliyev: Ramil Səfərov məsələsini birdəfəlik bağlayın
    Millət vəkili Azay Quliyev Ramil Səfərovla bağlı mətbuatda gedən müzakirələr və mübahisələrə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, A.Quliyev bu mövzudakı müzakirələrdən ciddi narahat olduğunu dilə gətirib. O, Ramil Səfərovun həbs olunduğu gündən indiyə kimi onun hüquqlarını müdafiə edən şəxslərdən biri kimi yox, adi bir vətəndaş olaraq fikir bildirdiyini qeyd edib: “Son günlər Ramil Səfərovla bağlı mətbuatda gedən müzakirələr və mübahisələr məni çox ciddi narahat edir və üzür. Görün biz nəyi müzakirə edirik? Kim Ramilin azad olunması üçün nə qədər iş görüb? Kim Ramilin ailəsinə nə qədər yardım edib? Kim onunla neçə dəfə görüşüb?
    25.09.12 Məqaləni oxumaq
     
    Zərdabi Mətbuat Mərkəzi və “Sport favorit” qəzeti yeni layihənin icrasına başlayıb
    Zərdabi Mətbuat Mərkəzi “Sport favorit” qəzeti ilə birgə “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin icrasına başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, ZMM sədri Rəhim Hüseynzadə açıqlanmasında yeni layihənin reallaşdırılmasını şərtləndirən cəhətlərə aydınlıq gətirib. O əlavə edib ki, idman mövzusuna bütün aparıcı, müntəzəm yayımlanan KİV-lər yer ayırır: “İlk baxışda mövzunun işıqlandırılması vəziyyəti qənaətbəxş təsiri bağışlayır. Doğrudur, məsələyə yanaşmada ixtisaslaşmış idman KİV-lərinin də problemləri mövcuddur. Lakin Zərdabi Mətbuat Mərkəzinin ölkənin 25 qəzet və 9 informasiya agentliyində apardığı monitorinqlər onlarda daha çox həllini gözləyən problemin olduğunu aşkarlayıb”.
    25.09.12 Məqaləni oxumaq
     
    Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
    Ombudsmanın Milli Preventiv Mexanizm Qrupu tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb. 9 saylı CÇM-də aparılan son kadr dəyişikliyindən sonra saxlanma şəraiti təkmilləşdirilib. CÇM-də qəbul edilən 20-dək məhkum saxlanma şəraiti, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyib, aparılan islahatları təqdir ediblər. MPM Qrupunun əvvəlki baş çəkməsindən sonra müəssisədə yeni hamam tikilib, sanitar qovşaqların sayı 16-dan 40-a çatdırılıb, yataqxanalarda təmir işləri aparılıb, məhkumların asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.
    25.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanda “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanır
    Azərbaycan Milli Məclisində “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. O qeyd edib ki, belə bir məsələ ilə əlaqədar mütəmadi olaraq həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti təsisatları tərəfindən təkliflər səslənir. Onun sözlərinə görə, parlamentin Sosial siyasət komitəsi bu təklifləri nəzərə alaraq yeni qanun layihəsi üzərində işləyir: “Ailə cəmiyyətin əsasını təşkil edir. Xüsusilə yeni nikaha girən gənc ailələrin bünövrəsi möhkəm təməllər üzərində qurulmalıdır. Bunun üçün bir sıra amillərlə yanaşı gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də vacib şərtlərdən biridir. Bu mənada sözügedən məsələnin həlli zəruridir”.
    25.09.12 Məqaləni oxumaq
     
    “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AMEA Memarlıq və İncəsənət İnstitutu və Rusiya Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, konfransda çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə bildirib ki, qloballaşma şəraitində hər bir ölkə, xalq özünün kimliyini anlamalıdır. Avrasiyanın böyük bir qitə olduğunu xatırladan Ə.Salamzadə bildirib ki, bu qitə mədəniyyətlərin müxtəlifliyi ilə seçilir.
    24.09.12 Məqaləni oxumaq
     
    “Biz Regionlarda AİDS Görmürük” layihəsinə start verilib
    “Azad Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Biz Regionlarda AİDS Görmürük" adlı layihənin icrasına başlayıb. Layihənin əsas məqsədi "Biz Regionlarda AİDS Görmürük" adlı Gənclər Kompaniyası aparmaqla gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları əsrin təhlükəli xəstəliyi hesab olunan AİDS-dən qorumaqdır. İB-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya daxil olan məlumatda bildirilir ki, sözügedən layihə Qax və Şəki rayonunda uğurla həyata keçirilib. Bundan əlavə, kampaniya 2 ay müddətində Azərbaycanın dörd bölgəsində - Şəki, Qax, Qəbələ və Zaqatala rayonlarında həyata keçiriləcək. Layihə zamanı hər bir regionda seçilmiş gəncin iştirakı ilə xüsusi seminarlar və kampaniyalar təşkil olunacaq. Sonda hər bir seminarda iştirak etmiş aktiv gənclər seçilərək "Biz Regionlarda AİDS Görmürük" adlı Gənclər Kampaniyasını öz yaşadıqları icmada da davam etdirmək üçün məlumatlandırılacaq. Eyni zamanda, bu layihənin nəticəsi olaraq Azərbaycanın qeyd olunan rayonlarında sağlam həyat tərzi uğrunda aparılacaq profilaktik tədbirlər, maarifləndirmə və təbliğat işlərinin ölkəmizin digər regionunda davam etdirilməsi və bununla bağlı yeni layihənin hazırlanması da nəzərdə tutulur.
    24.09.12 Məqaləni oxumaq
     
    Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb
    Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi fəaliyyətə başladığı gündən həyata keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov  “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

    Z.Qaralov bildirib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyub. Onun sözlərinə görə,  əməliyyat axtarış fəaliyyətinin prokurorluq orqanları üçün yeni bir sahə olduğundan, korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması Milli Fəaliyyət Planında icrası prokurorluq orqanlarına həvalə edilən məsələ kimi nəzərdə tutulub.
    21.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 16 17 18 19 20 21 22 23 24 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30