Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 186 187 188 189 190 191 192 » #
    Dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına səbəb olacaq
    Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına, ayrı-ayrı sosial qruplar arasında narazılığın aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxaracaq. Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da yer alıb. Qanuna edilən əlavə və dəyişikliklərin ən mühüm cəhəti keçmiş dövrdə qazanılan əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu dəyişiklik pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldıracaq, bununla həm də sistemdə böyük bir şəffaflıq təmin olunacaq.
    02.11.09 Məqaləni oxumaq
     
    YAP Sumqayıt şəhər təşkilatı imzatoplama prosesini başa çatdırıb
    Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı imzatoplama prosesini başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər. Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri haqqında danışan partiyanın Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, ümumilikdə 3 bələdiyyə üzrə 47 namizəd irəli sürülüb. "H.Zeynalabdin bələdiyyəsi üzrə 15, Sumqayıt bələdiyyəsi üzrə 19 və Corat bələdiyyəsi üzrə 13 nəfərin namizədliyini irəli sürmüşük. Artıq namizədlər imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim ediblər. Düşünürəm ki, xalqın YAP-a olan etimadı, inamı və sevgisi partiyamıza budəfəki seçkilərdə də möhtəşəm qələbə gətirəcək",-deyə məlumatda bildirilib.
    31.10.09 Məqaləni oxumaq
     
    YAP-ın daha 3401 namizədi imza vərəqələrini təhvil verib
    Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən daha 3401 nəfər qeydiyyata alınmaq üçün imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim edib. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, qeydiyyata alınmaq üçün imza vərəqələrini təqdim edən YAP namizədlərinin sayı 10885 nəfərə çatıb. YAP-ın irəli sürdüyü 661 nəfər isə bütün zəruri proseduralardan keçərək bələdiyyələrə namizəd kimi qeydə alınıb.
    30.10.09 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov qaçqınların BDU-nun yataqxanasından köçürülməsi məsələsinə münasibət bildirib
    Hazırda Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında 7 minə yaxın qaçqın məskunlaşıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov qaçqınların yataqxanadan köçürülməsi məsələsinə münasibət bildirərkən söyləyib. A.Məhərrəmov bildirib ki, qaçqınların vəziyyətinin yaxşılaşdırılması ölkə prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə daima müsbət irəliləyişlər olur. Dövlət tərəfindən qaçqınlar üçün yeni binaların tikildiyini söyləyən A.Məhərrəmov qeyd edib ki, növbəti mərhələlərdə yataqxanalarda məskunlaşan qaçqınlar da nəzərə alınacaq. “İndi universitetin yataqxanalarında tələbələr yaşamır. Yataqxanasız universiteti necə təsəvvür etmək olar? Yataqxana həyatı görməyən tələbə universitetin nə olduğu çox çətin anlayar. Ona görə də, hesab edirəm ki, qaçqınlara gözəl şərait yaradılmaqla onların universitetdən köçürülməsi həyata keçirilməlidir.”,-deyə A.Məhərəmov əlavə edib. Onun sözlərinə görə, tələbə yataqxanaları boşalarsa Azərbaycanda oxumaq istəyən xarici tələbələrin də sayı artar.
    30.10.09 Məqaləni oxumaq
     
    YAP üzvlərinin sayı 500 min nəfərə çatacaq
    Yaxın günlərdə Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin sayı 500 min nəfərə çatacaq. Bu barədə məlumatı YAP-ın sədr müavini, icra kitibi Əli Əhmədov verib. Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixində bu qədər insanı öz sıralarında birləşdirən siyasi təşkilat heç bir zaman olmayıb. “İlk dəfə olaraq belə bir yüksək göstəricini YAP nümayiş etdirib. Digər parametrlər baxımından da YAP şəksiz olaraq cəmiyyətimizin ən güclü siyasi partiyasıdır. Bu o qədər böyük bir həqiqətə çevrilib ki, artıq YAP cəmiyyətin ən böyük, ən güclü partiyasıdır fikrini səsləndirmək özü belə adiləşib”,-deyə Ə.Əhmədov vurğulayıb. Partiya rəsmisi həmçinin YAP-ın qarşıdan gələn ildönümünün də qeyd olunacağını söyləyib.
    30.10.09 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyində AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib
    Səhiyyə Nazirliyində AR İnzibati Xətalar Məcəlləsinin 64.1, 230.1 və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Məlumatda bildirilir ki, xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 2009-cu ilin 10 ayı ərzində tibb fəaliyyəti üzrə 116, əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə 2009-cu ilin son üç ayı ərzində 119 fakt aşkar edilib. AR səhiyyə nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsinə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib. Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilib və AR İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilib və cərimə sanksiyaları tətbiq olunub.
    30.10.09 Məqaləni oxumaq
     
    Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi keçirəcək
    Kaspi Təhsil Mərkəzi noyabrın 7-də Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kaspi Təhsil Mərkəzindən veriblər. “Landmark” otelində keçiriləcək sərgiyə giriş pulsuz olacaq. Bir sıra yerli təşkilatların da yer alacağı sərgidə dünyanın nüfuzlu universitetləri iştirak edəcək. Bunların arasında Qlazqo, University of East Anglia (Böyük Britaniya), Glion Institute of Higher Education (İsvecrə) universitetləri, Study Group (UK, Australia, USA, Canada) və Kendall College (ABŞ) İNTO (Böyük Britaniya) təhsil müəssisələri var. Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi öz tələbələrinə dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları üçün imkan yaradır.
    29.10.09 Məqaləni oxumaq
     
    Milli Elmlər Akademiyası əməkdaşlarının əmək haqlarının artırılması gözlənilmir
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı yaxın zamanda hansısa bir irəliləyişin baş verəcəyi gözlənilmir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın prezidenti Mahmud Kərimov məlumat verib. M.Kərimov AMEA işçilərinin əmək haqlarının artırılması istiqamətində hələ heç bir müzakirələrin aparılmadığını söyləyib. “Lakin AMEA əməkdaşları olaraq belə bir halın baş verməsini gözləyirik”,-deyə M.Kərimov əlavə edib.
    29.10.09 Məqaləni oxumaq
     
    BQXK-nin Ermənistan nümayəndəliyinin əməkdaşları əsir əsgərlərə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgərləri Rafiq Rəhman oğlu Həsənova və Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya BQXK-nın Azərbaycan nümayəndəliyin mətbuat katibi Gülnaz Quliyeva verib. G.Quliyeva bildirib ki, görüş zamanı BQXK təmsilçiləri əsirlərin saxlanma şəraitinin monitorinqini keçiriblər və onlarla təkbətək söhbət aparıblar.
    29.10.09 Məqaləni oxumaq
     
    RİTN ilə AMEA arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb
    Bu gün Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. KƏLAMİNFO xəbər verir ki, Protokolu nazir Əli Abbasov və AMEA-nın prezidenti Mahmud Kərimov imzalayıblar. İmzalanan Protokola əsasən RİTN və AMEA informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun davamlı inkişafında innovativ fəaliyyətin genişləndirilməsi, fundamental elmi nailiyyətlərin istifadə edilməsi, mütərəqqi elmi-praktiki nəticələrin İKT məhsul və xidmətlərinin yaradılması və istehsalında tətbiqi, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması və s. bu kimi istiqamələrdə əməkdaşlıq nəzərdə tutulub. Niyyət Protokolundan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün RİTN və AMEA-nın nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması planlaşdırılıb.
    29.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 186 187 188 189 190 191 192 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30