Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    SAM-ın nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti İtaliyanın Milan və Roma şəhərlərində rəsmi səfərdə olub. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. SAM və İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar” mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində Milanda işçi görüş keçirilib və gələcək addımlar müzakirə edilib. Növbəti gün Milanın Katolik Universitetində SAM-ın ekspertlərinin iştirakı ilə Azərbaycanın xarici siyasətinə həsr olunan seminar təşkil edilib.
    02.10.12 Məqaləni oxumaq
     
    Din xadimləri treninqə cəlb olunur
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə Azərbaycanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün 1-2 oktyabr tarixlərində Oğuz şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçirəcək. Məlumatı “KƏLAMİNFO”ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçiriləcək seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, ölkə ictimaiyyəti, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə 100-dən artıq nümayəndənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.
    30.09.12 Məqaləni oxumaq
     
    “Körpülərin salınması” adlı beynəlxalq konfrans sona çatıb
    Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfrans sona çatıb. “KƏLAMİNFO” xəbər verir ki, yekunda çıxış edən İNEA-nın rəhbəri Qramke Yurgen bildirib ki, konfrans ciddi nəticələr verəcək və o, bu tədbirin keçirilməsi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan bu gün Şərqlə Qərb arasında körpüdür və Azərbaycanın inkişafı bu körpünün möhkəmlənməsi deməkdir. AVCİYA sədri, deputat Elxan Süleymanov isə tədbirdə iştirak edən xarici qonaqlara təşəkkür edib: “Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olmasını göstərir. Bu konfransın yekunu olaraq biz əldə olunan müvafiq əməkdaşlıq razılıqlarını müzakirə edəcəyik. Nəzərə alsaq ki, iki gündə müxtəlif sahələrdə birgə fəaliyyətdən bəhs etdik, əminəm ki, ciddi nəticələr ortada olacaq”.
    30.09.12 Məqaləni oxumaq
     
    Gülər Əhmədovayla bağlı yayılan videomaterial üzrə cinayət işi açılıb
    Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.
    Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”a verilən məlumata görə, qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
    29.09.12 Məqaləni oxumaq
     
    ATİ-də Beynəlxalq Turizm Gününə həsr olunmuş tədbir keçirilib
    Azərbaycan Turizm İnstitutunda (ATİ) Beynəlxalq Turizm gününə həsr olunan “Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu” mövzusunda konfrans keçirilib. İnstitutdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbir həmçinin 2013-cü ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq formuna hazırlıq məqsədilə baş tutub. Konfransda ATİ-nin rektoru Cəfər Cəfərov və Dialoq Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı çıxışlarında davamlı turizmdə hər kəsin bir öhdəliyi olduğunu xüsusi qeyd ediblər. Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu mövzusuna həsr olunan konfransda BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsinin müavini Vəfa Səfərli, Çağ Ögretim işlətmələri idarə heyətinin sədri Dr.Enver Özerin, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan, ATİ-nin dekanı Nəsirulla Nəsirli, İnstitutun dosenti Minaxanım Əsədova məruzə ilə çıxış ediblər.
    28.09.12 Məqaləni oxumaq
     
    Hökumətin qarşısında növbəti 10 ildə ÜDM-in 2 dəfə artırılması məqsədi qoyulub
    “Son 8 ilin nəticələrinə görə, Azərbaycan dünyada orta gəlirli ölkələr siyahısına düşüb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev bildirib. O qeyd edib ki, makroiqtisadi göstəricilərə görə Azərbaycan sağlam təməllərə malikdir: “Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Ümumi investisiya qoyuluşunda qeyri-neft investisiya qoyuluşları 60 faizi keçib. Azərbaycan gələcəkdə də qeyri-neft sektorunun inkişafını hədəf kimi seçib”. Onun sözlərinə görə, hökumətin qarşısında növbəti 10 ildə ÜDM-in 2 dəfə artırılması və bu artımın qeyri-neft sektorunun hesabına olması məqsədi qoyulub.
    27.09.12 Məqaləni oxumaq
     
    ASAN-Xidmət mərkəzləri 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək
    Tezliklə Azərbaycanda fəaliyyət göstərəcək ASAN-Xidmət mərkəzləri özündə 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

    O qeyd edib ki, adı çəkilən mərkəzlərin fəaliyyətinin şəffaflığının qorunması əsas şərtlərdən biri olacaq: “Vətəndaş artıq bir-birindən kilometrlərlə aralı olan dövlət orqanlarına bir bina içərisində baş vura biləcək. Vətəndaşlar mərkəzdə olan informasiya köşkünə yaxınlaşacaq və oradan istənilən dövlət orqanına müraciət etməyi, növbəyə yazılmağı həyata keçirəcək”. İ.Kərimov bildirib ki, ASAN-Xidmət mərkəzlərində vətəndaşla dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər elektron qaydada bank vasitəsilə ödəniləcək. Mərkəzlər həftənin bütün günləri (istirahət günləri də daxil olmaqla) fasiləsiz, saat 20.00-dək fəaliyyət göstərəcək.
    27.09.12 Məqaləni oxumaq
     
    Medianın gücü onun məsuliyyətindədir
    Bu gün Bakıda keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” adlı beynəlxalq konfrans öz işini davam etdirib. “KƏLAMİNFO” xəbər verir ki, konfransın ikinci günü panellərlə davam edib.

    Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vajid bildirib ki, Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır. Ekspert “Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu” mövzusunda etdiyi təqdimatda Britaniyada jurnalist həmkarlar təşkilatlarının bayağı, qeyri-etik şəkillərlə və  məlumatlarla oxucu cəlb edilməsi ilə apardığı mübarizədən danışıb. A.Vajid deyib ki, medianın gücü onun məsuliyyətində, onun cəmiyyəti məlumatlandırması, ölkədəki cari durumun qiymətləndirməsindədir: “Medianın vəzifəsi həm qərar qəbul edən yuxarı idarəçilik orqanlarını cəmiyyətin problemləri barədə məlumatlandırmaq, həmçinin ölkənin bir hissəsində baş verən hadisələrlə digər hissədəki insanları məlumatlandırmaqdır”. O həmçinin bildirib ki, jurnalistlərin davranışlarını yoxlayarkən onların iş mühiti, onlara qarşı olunan təzyiqlərə fikir vermək lazımdır: “Jurnalistlərin azadlığa, kommersiya təzyiqindən qorunmağa ehtiyacı var”.
    26.09.12 Məqaləni oxumaq
     
    “ASAN Xidmət” mərkəzlərində həyata keçiriləcək xidmətlər açıqlandı
    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən bir sıra xidmətlər həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Agentliyin sədri İnam Kərimov bildirib.
    26.09.12 Məqaləni oxumaq
     
    “Təmiz Şəhər” ASC tullantıların idarə olunması sahəsində gəncləri maarifləndirir
    “Təmiz Şəhər” ASC “Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Həftə - 2012” kampaniyasında iştirak edib. ASC-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Təmiz Şəhər” ASC-nin  Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov “Yaşıl İçki” tədbirində tullantıların idarə olunması mövzusunda gəncləri məlumatlandırıb. “Tullantıların idarə edilməsi” mövzusuna həsr edilmiş görüşdə iştirakçılara tullantıların zərərsizləşdirilmə üsulları, ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər və gənclərin bu sahədə rolundan bəhs edilib. Həmçinin, “Təmiz Şəhər” ASC-nin Balaxanı poliqonunun təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması sahəsində gördüyü işlər, artıq sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş mexanizmi və ilin sonunda istismara veriləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında geniş məlumat verilib.
    “Təmiz Şəhər” ASC-nin nümayəndəsi həmçinin tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha aktiv fəaliyyətə çağırıb.
    26.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30